Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-561/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Məmmədov Vahı̇ dcan Anarbəy oğlu, Cavabdeh4, Əlı̇ yev Xəyal Novruz oğlu və Əlı̇ yev Fuğayar Feyzulla oğluna qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpası) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı cavabdehlər Məmmədov Vahı̇ dcan Anarbəy oğlu, Cavabdeh4, Əlı̇ yev Xəyal Novruz oğlu və Əlı̇ yev Fuğayar Feyzulla oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: a) Birinci instansiya məhkəməsində icraat
1. Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilməklə, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4700 (dörd min yeddi yüz) manat məbləğində dəymiş zərər və ödənilmiş 136,80 manat dövlət rüsumunun 41 (qırx bir) manatının tutulması qət edilmişdir.
2. 24 yanvar 2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsindən həmin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
3. 13 aprel 2022-ci il tarixdə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə vermiş, Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadı ilə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(105)-1499/2022 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsi Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia tələbi bu hissədə təmin edilməmişdir.
5. 24 noyabr 2022-ci il tarixdə Cavabdeh2 Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə göstərilmişdir ki, məhkəmənin qətnaməsini xx.xx.2021-ci il tarixdə almış və 1 ay müddətində apellyasiya şikayəti təqdim etmişdir. Lakin, həmin apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş və geri qaytarılmışdır. Bir müddət sonra ona SMS bildiriş gəlmiş və işə apellyasiya məhkəməsində baxıldığı məlum olmuşdur. Bundan sonra, işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış və yekun məhkəmə qətnaməsini alanda isə yalnız Cavabdeh1 apellyasiya şikayətinə baxıldığını bilmişdir. Daha sonra, öz adına “Asan imza” nömrəsi almış və məhkəmə qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermişdir.
6. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Emin Abdullayev) apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Cavabdeh2 vəsatətinin təmin edilməməsi qərara alınmışdır.
7. Cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməsini xahiş etmişdir.
8. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
9. Cavabdeh Əlı̇ yev Xəyal Novruz oğlu şikayəti onunla əsaslandırmışdır ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(068)-54/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 4700 manat dəymiş zərər və ödənilmiş 136,80 manat dövlət rüsumunun 41 manatı tutulması qət edilmişdir. Həmin qətnamənin surətini xx.xx.2021-ci ildə almış və aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayətini təqdim etmişdir. Lakin, həmin şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə qeyrimümkün hesab olunmuş və geri qaytarılmışdır. Buna səbəb kimi apellyasiya şikayətinin elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilməməsi göstərilmişdir. Ona bir müddət sonra SMS gəlmiş və işə apellyasiya məhkəməsində baxıldığı məlum olmuşdur. Lakin məhkəmə qərarını aldıqda məlum olmuşdur ki, məhkəmə apellyasiya qaydasında yalnız cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətinə baxmışdır. Onu da qeyd edir ki, o, işi ilə bağlı qeydiyyatda olduğu ünvanı dəfələrlə uzun müddətə tərk etdiyi üçün məhkəmə qərarları ona vaxtında təqdim edilməmiş və o, həmin məktubların bir çoxunu vaxtında ala bilməmişdir. Öz adına «Asan imza» nömrəsi almış və məhkəmə qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini yeni qaydada-elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim etmiş, eyni zamanda da məhkəməyə apellyasiya şikayəti müddətinin bərpasına dair vəsatət də vermişdir. Lakin, məhkəmə apellyasiya şikayəti müddətinin bərpasına dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, o, qətnamədən 1 il keçəndən sonra və digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxıldıqdan sonra ilk qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında ərizə vermiş və qətnamənin surətinin 05 yanvar 2022-ci il tarixdə rəsmi qaydada almasına istinad edən məhkəmə, qətnamədən ona münasibətdə şikayət vermə müddətinin son gününü 05 fevral 2022-ci il tarixi hesab etmiş və Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi kimi səhv nəticəyə gəlmişdir. Onun irəli sürdüyü dəlilləri əsaslı hesab etməmiş və Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsindən digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına və qətnamənin qanuni qüvvəsini almasından 4 aya yaxın müddət keçməsinə də istinad etməklə yenidən Xızı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini mülki məhkəmə icraatının uzun və yorucu bir prosedura çevrilməsinə səbəb olacağını qeyd etməklə vəsatəti əsaslı saymamış və təmin etməmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır, çünki apellyasiya məhkəməsi həmin qətnaməni digər Cavabdeh1 münasibətdə qəbul etmiş və onun şikayətinə baxılması onu həmin qətnaməni mübahisələndirmək hüququndan məhrum etmir. Digər tərəfdən o, qətnamədən 1 ay ərzində apellyasiya şikayəti vermiş və ona həmin şikayətin nəticəsi ilə bağlı qərar verilməmiş, ümumiyyətlə o, şikayətin nəticəsindən məlumatsız olmuşdur. Yalnız icra şöbəsinə dəvət olunanda ona Cavabdeh1 apellyasiya şikayəti üzrə işə baxılması və qətnamənin yalnız ona aid olan hissədə ləğv olunmasını bilmişdir. Bu hal da müddətin bərpası üçün əsas verdiyi halda məhkəmə müddəti bərpa etməmiş və onun prosessual hüquqlarını pozmuşdur. Məhkəmə ona göndərilən məktubun ona deyil, Cavanşir adlı qonşuya verildiyini və məhkəmə qərarının ona təqdim olunmadığını məhkəmə araşdırması zamanı müəyyən etdiyi halda əsaslı vəsatətini rədd etmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-198/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1 hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-198/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
13. Odur ki, kollegiya Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)- 198/2021 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Xızı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli və bununla bağlı 23 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 vəsatəti təmin edilməlidir.
15. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi tərəflərin qeydiyyat ünvanına göndərilmiş və 05 yanvar 2022-ci il tarixdə poçt vasitəsilə şəxsən Cavabdeh2 verilmişdir.
16. 24 yanvar 2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsindən həmin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
17. Mülki iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsindən həmin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasına baxmayaraq, birinci istansiya məhkəməsi tərəfindən müvafiq prosesual hərəkətlər yerinə yetirilməmişdir.
18. Göründüyü kimi Cavabdeh2 şikayətin dəlillərindən biri olaraq məhkəmə qətnaməsindən bir ay ərzində apellyasiya şikayəti verdiyini, həmin şikayətin nəticəsi ilə bağlı ona qərar verilmədiyini, şikayətin nəticəsindən məlumatsız olduğunu qeyd etmişdir.
19. Şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin göstərişinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
20. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır.
21. Qanunvericiliyin tələbinə görə MPM-nin 363-cü maddəsində nəzərə tutulmuş hallarda apellyasiya şikayəti birinci insantansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
22. İşin halları ilə müəyyən edilir ki, cavabdeh sözügedən məhkəmə qətnaməsindən ilk vaxtdan apellyasiya şikayəti vermək hüququndan istifadə edərək vaxtında apellyasiya şikayəti versə də, elektron kabinet vasitəsi ilə göndərilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-nin 363-ci maddəsinin göstərişinə uyğun olaraq geri qaytarmalı olduğu halda həmin prosessual hərəkətləri etməmiş, cavabdeh qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmamış, bu səbəbdən də prosessual müddəti özündən asılı olmayaraq üzürlü olaraq ötürmüşdür.
23. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.
24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
26. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
28. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
29. Kollegiya işin faktiki hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi barədə vəsatətə baxarkən yuxarıda qeyd olunan prosessual pozuntulara diqqət yetirməmiş və vəsatəti təmin etməməkdə haqlı olmamışdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməli, Xızı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(068)-198/2021 nömrəli qərardadı ləğv edilməli, Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 nömrəli qətnaməsindən cavabdeh Əlı̇ yev Xəyal Novruz oğlunun apellyasiya şikayəti verməsi üçün prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməlidir.
32. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
33. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
Cavabdeh Əlı̇ yev Xəyal Novruz oğlunun şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(068)-198/2021 nömrəli və bununla bağlı 23 dekabr 2022-ci il tarixli 2(068)-198/2021 nömrəli qərardadları ləğv edilsin. Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 nömrəli qətnaməsindən cavabdeh Əlı̇ yev Xəyal Novruz oğlunun apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.