Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-563/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən (VÖEN **********) 9000 (doqquz min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Şabran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti imzalanmadığı üçün geri qaytarılmışdır. Cavabdeh tərəfindən qətnamədən yenidən xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-4034/2021 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (elektron kabinet vasitəsilə verilmədiyinə görə). Cavabdeh tərəfindən qətnamədən yenidən xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Şabran Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)- 482/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında ərizə təqdim etmişdir. Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(031)- 482/2021 nömrəli qərardadının ləğv edilməsi barədə şikayətin əsassız olduğundan təmin edilməməsi, İddiaçı şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli və onunla bağlı 29 aprel 2022-ci il tarixli qərardadlarının ləğv edilməsi, prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)- 482/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Cavabdeh tərəfindən həmin məhkəmə qərardadından xx.xx.2022-ci il tarixdə şikayət verilmişdir. Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Şabran Rayon Məhkəməsinin 2(031)-482/2021 nömrəli mülki işi üzrə 14 iyul 2022ci il tarixdə qəbul edilmiş qərardaddan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə şikayət verərək, xx.xx.2022-ci il tarixli məhkəmə qərardadının ləğv edilməsi, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMCnin nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Şabran Rayon Məhkəməsinin 2(031)482/2021 nömrəli xx.xx.2022- ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayətinin əsassız olduğundan təmin edilməməsi, "xxxx" MMC-nin nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(105)-2111/2022 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli və onunla bağlı 25 avqust 2022-ci il tarixli qərardadları ləğv edilmiş və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmışdır. Şabran Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı ilə (hakim Çingiz İsgəndərov) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Şabran Rayon Məhkəməsinin 2(031)-482/2021 nömrəli mülki iş üzrə 14 iyul 2022-ci il tarixli qərardadından cavabdehin şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh tərə həmin qərardaddan xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(105)-2568/2022 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilərək Şabran Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 11 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı ləğv edilmiş və İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə cavabdeh "xxxx" MMC-nin Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması barədə ərizəsi təmin edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(105)-2568/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(105)-2568/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 qərardadı ilə caavbdeh tərəfindən müvafiq məhkəmə qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3 və 133.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən məhkəməyə apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsinə dair heç bir sənəd və sübut növü təqdim edilməmişdir. Şikayətin dəlilləri: Cavabdehin nümayəndəsi müvafiq məhkəmə qərardadından şikayət verərək, onun olunması və cavabdeh "xxxx" MMC tərəfindən Şabran Rayon Məhkəməsinin 2(031)- 482/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsi və cavabdeh "xxxx" MMC tərəfindən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb olmuş hallar göstərilsə də, birinci instansiya məhkəməsi tərəfindən bu halların düzgünlüyünü ətraflı araşdırmamışdır. Bununla yanaşı prosessual qanunvericiliyin tələbi baxımından müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməli olduğu halda, buna riayət edilmədiyini nəzərə almamışdır...” Göründüyü kimi, bu qərardadda qeyd edilən hallar və göstərişlər tamamilə başqa bir mülki işə aiddir və cavabdehə işə heç bir aidiyyəti yoxdur və nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsinin müvafiq qərardadlarında konkret və dəqiq olaraq hansı halların araşdırılmaması və konkret və dəqiq olaraq hansı zəruri prosessual hərəkət edilməli olduğu halda, buna riayət edilmədiyi izah edilməmiş və müəyyən edilməmişdir. Cavabdeh tərəfin məhkəmənin müəyyən etdiyi texniki səhvi aradan qaldırdıqdan sonra apellyasiya şikayətini və ona əlavə edilən zəruri sənədləri elektron qaydada elektron məhkəmə sisteminə yükləmişdir. Göründüyü kimi, müddətin bərpası barədə ərizə ilə birlikdə bütün zəruri prosessual hərəkətlər edilmişdir. Halbuki, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb olmuş hal (sadəcə olaraq unudularaq apellyasiya şikayətinin imzalanmaması) barədə geniş və ətraflı olaraq bəhs edilmişdir. Belə ki, həmin Ərizədə deyilir ki, “...Yazıb qeyd edirəm ki, Şabran Rayon Məhkəməsinin 2(037)-482/2021 saylı, iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının "xxxx" MMC-yə dair pul tələbi barədə iddiası təmin edilmişdir. Adıçəkilən qətnamadən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayəti hazırlandıqda cavabdeh tərəfindən texniki səhvə yol verilmiş və şikayəti imzasız olaraq göndərilmişdir. Adıçəkilən şikayət bu səbəbdən geri qaytarılmışdır. Təkrar müraciət zamanı isə artıq şikayət verilmə müddəti ötürülmüşdür. Hazırda müraciət edərək, müddətin buraxılma səbəbini üzürlü hesab edilməsi və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında qərardad çıxarılmasını xahiş edirəm...” Cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb olmuş halın necə və hansı qaydada araşdırılmalı olması cavabdeh tərəfə hələ bu günədək də məlum deyildir. Hər iki instansiya məhkəməsi unutmuşdur ki, birinci instansiya məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti ilk dəfə qanunla müəyyən edilmiş müddət daxilində (hətta 1 ay müddətindən bir neçə gün əvvəl) verilmişdir. Sonradan ən qısa müddət daxilində buraxılmış texniki səhv (apellyasiya şikayətinin imzalanmaması) aradan qaldırılmışdır. Məhz buna görə də birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq birinci dəfə buraxılmış müddətin bərpası barədə ərizəni təmin etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri öz qərardadlarında qeyd edirlər ki, "xxxx" MMC tərəfindən məhkəməyə apelyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsinə dair heç bir sənəd və sübut növü təqdim edilməmişdir. Cavabdeh tərəf apellyasiya şikayəti verilməsi üçün müddətin üzürlü səbəbdən buraxılmasının səbəbini məhkəmələrin öz qərardadlarında istinad etdiyi üzürlü səbəblərin (məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.) olmasına istinad etməmişdir və buna görə də bu səbəblər barədə hər hansı bir sənəd və sübut növünün təqdim edilməsinə heç bir zərurət və ehtiyac olmamışdır. Cavabdeh tərəf üzürlü səbəb olaraq yalnız texniki səhvə (apellyasiya şikayətinin unudularaq imzalanmamasına) istinad etmişdir və bu zaman unudulmamalıdır ki, apellyasiya şikayəti ilk dəfə qanunla müəyyən edilmiş müddət daxilində verilmişdir. Görəsən belə bir üzürlü səbəb (texniki səhv olaraq apellyasiya şikayətinin imzalanmaması) üçün hansı sənəd və sübut növü təqdimedilməli idi? Birinci və apellyasiya instansiya məhkəmələri unutmuşlar ki, cavabdeh tərəf apellyasiya şikayəti verildiyi gündən bu günədək fasiləsiz olaraq aktiv prosessual hərəkətlər etmiş və buna görə də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən şikayətin verilməsi və müddətin bərpası ilə bağlı çoxsaylı qərardad qərardadlar qəbul edilmişdir. Bu da onu açıq-aşkar və mübahisəsiz şəkildə təsdiq edir ki, üzülü səbəb olduğu və bu səbəbdən ötürülmüş müddətin bərpası üçün kifayət qədər əsaslar və hallar mövcuddur və adi gözlə baxmaq kifayətdir ki, unudulma səbəbindən apellyasiya şikayəti lazımi qaydada imzalanmamışdır və apellyasiya şikayətinin geri qaytarılmasının yeganə və tək bir əsası apellyasiya şikayətinin imzalanmamasıdır. Bu qüsur (səhv) də ən qısa müddət daxilində aradan qaldırılmışdır. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə cavabdeh müvafiq məhkəmə qətnaməsini xx.xx.2021-ci il tarixdə təhvil almış, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə həmin məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermiş, şikayət məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Həmçinin, qeyd edilən apelyasiya şikayəti imzalanmadığından, daha sonra elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Daha sonra müvafiq məhkəmə qərardadlarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda şikayətlər verilmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən müvafiq məhkəmə qətnaməsindən apelyasiya şikayəti əslində vaxtında, yəni qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddətə dair tələbə əməl edilməklə verilmişdir. Qeyd edilən prosessual müddətin ötürülməsinə əsas olan hal müvafiq apelyasiya şikayətinin verilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı olmuşdur ki, həmin halların üzrlü hal kimi qiymətləndirilməsi hər bir kəsin hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat, məhkəməyə əlçatımlıq, məhkəmə qərarlarından şikayət vermək hüququ kimi konstitision prinsiplərə və beynəlxalq insan hüquqlarının təməl prinsiplərinə əməl edilməsi baxımından daha məqsədəmüvafiqdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən müvafiq məhkəmə qətnaməsindən apleyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət üzrlü səbəbdən ötürüldüyündən, ötürülmüş prosessual müddət bərpa edilməli, cavabdeh tərəfin müvafiq məhkəmə qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərardadı ləğv edilməli, cavabdeh tərəfindən müvafiq məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" MMC-nin Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(105)-563/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-563/2023
30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver