Məhkəmə qərarları › İş №2(105)-566/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-566/2024

19.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-566/2024 19.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmaqla, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 maddi ziyana görə 82183 manat, mənəvi ziyana görə 17000 manat olmaqla, cəmi 99183 manat pulun onun xeyrinə tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə kreditoripoteka saxlayan "xxxx" ASC-dən 42000 manat məbləğində kredit götürmüş, İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu, Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində Cavabdeh2 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. Xidməti vəzifəsi ilə əlaqədar sözügedən fərdi yaşayış evini əldə etdikdən sonra həmin evdə yaşamamışdır. O,ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Yaşma Hərbi şəhərciyində zabitlər üçün xidməti evdə yaşamışlar. 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləriylə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etmişlər. Belə ki, fərdi yaşayış evinin bütün divarlarında ikitərəfli iri çatlar əmələ gəlmişdir. Evin qəzalı vəziyyətdə olduğunu gördükdə o, məcburiyyət qarşısında qalaraq cehiz əşyalarının əksəriyyətini həmin evə yerləşdirib ailə üzvləriylə birlikdə ayda 250 manat ödəməklə başqa evdə kirayədə yaşayırlar. Bundan başqa həmin qəzalı evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödəyir. Evin vəziyyəti ilə əlaqədar ilkin olaraq evi satan Cavabdeh2, Azərbaycan Respublikası İpoteka Fonduna, Azərbaycan Respublikası FHN-nə çoxsaylı müraciətlər etmişdir. Azərbaycan Respublikası FHN və Azərbaycan Respublikası İpoteka Fondunun əməkdaşları fərdi yaşayış evinə yerli baxış zamanı evin dörd tərəfini qazdırdıqları vaxt evin bünövrəsinin bəzi yerlərdə 7 sm, bəzi yerlərdə 14-17 sm çatın olduğunu və heç bir yerdə dəmir karkasın olmadığını aşkar etmişlər. Bu və digər keyfiyyətsiz materiallardan keyfiyyətsiz tikilən evin tikinti norma və qaydalarına uyğun tikilmədiyini, evin ağırlığa davam gətirməyərək bünövrədəki çatların divarlarda, arakəsmələrdə olan qüsurlar üzündən qəzalı vəziyyətə düşdüyünü bildirmişlər. Daha sonra, o, Cavabdeh1nə dəfələrlə bu barədə yazılı müraciətlər etsə də, heç bir cavab verilməmişdir. Bundan sonra Cavabdeh1nə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamları əsasında tərtib olunmuş və komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. Cavabdeh Abşeron RİH evi tikib ona satan bu işdə Cavabdeh2 İstismara qəbul edərək Dövlət Aktını verməmişdən öncə sözü gedən evə baxış keçirməli idi. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648-saylı fərmanının 4.11.14-cü bəndində açıq-aydın qeyd olunur ki,hətta əsaslı tikinti olmayan parakəndə ticarət,mənzil və sair komplekslərin istismara qəbil edilməsi üzrə komisiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqıda Aktlar qəbul etmək yerli İcra Hakimivvəti bascısının səlahiyyətinə aiddir. Bu barədə Sumqayıt İnzibati-İqtisadi, sonradan İnzibati Məhkəməsinin 01 mart 2021 -ci il tarixli, 2- 1(118)-3/2021 saylı qərarı ilə iddia tələblərinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2-1(105)-385/2021 saylı qərardadına əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-3/2021 saylı qərarının ləğv edilərək iddianın mümkün sayılmaması və ona aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (mülki məhkəmə icraatı qaydasında) müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Ona görə hazırda cavabdehlər Cavabdeh1nə və evi tikib ona satan Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma,qaydalarına uyğun olmayan və keyfiyyətsiz materiallardan inşa edilmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinn fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə Ekspertlərin rəyi əsasında 82183 manat məbləğində vəsait tələb olunur. Cavabdeh2 ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqaviləni həmin evə dair digər hüquqi sənədlərlə yanaşı, digər Cavabdeh1 tərəfindən 330 saylı xx.xx.2005-ci il, 375 saylı 06.10. 2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən bağlamışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin tam təmin edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş edir. Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 18 avqust 2023-cü il tarixli, 10/2836 saylı məhkəmə tikinti-texniki ekspertizasına 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi kimi hüquqi qiymət vermiş və qətnamədə neçə illik iddia müddətinin tətbiq edildiyini və iddia müddətinin axımının başlanmasını ümumiyyətlə əsaslandırmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən AR MM-nin 373-cü maddəsi tətbiq edilməklə, iddia müddətinin ötürülməmiş hesab edilməsi qənaətinə gəlinməli idi. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Vurğulamışdır ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş zərərin əvəzini tələb edir. Buna görə belə hesab edir ki, hazırki məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən sadalanan normaların tələblərinə biganə yanaşaraq, iddiaçının Cavabdeh1nə qarşı tələblərinin əsassız olduğu qənaətinə gəlmişdir. Hazırki işdə müvafiq icra hakimiyyəti orqanı qismində Cavabdeh1 çıxış etdiyindən, həmin orqan tərəfindən “tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsi” barədə müvafiq Akt tərtib edilmiş və iddiaçı sözügedən fərdi yaşayış evi barəsində alqı-satqı müqaviləsi bağalayarkən, məhz fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışının olmasına, dolayısı ilə çıxarışın verilməsinə əsas olmuş həmin Akta əsasən fərdi yaşayış evinin istismara yararlı olduğu qənaətinə gəlmişdir. Əgər Cavabdeh1 tərəfindən fərdi yaşayış evinə baxış keçirilsə idi və onun tikinti norma və qaydalarına uyğun olmadığını müəyyən etsə idi, sözügedən fərdi yaşayış evinə nə dövlət reyestrindən çıxarış verilərdi, nə də ki iddiaçı qəzalı vəziyyətdə olan bu fərdi yaşayış evini almazdı. Lakin, birinci məhkəmə hazırki məsələyə qeyd olunan formada hüquqi qiymət verməmişdir. Hazırda isə həmin qətnamədən tərəflərindən apellyasiya qaydasında şikayət vermək zərurəti yaranmışdır. Hesab edirlər ki, mübahisəli qətnamə ləğv edilərək, iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə öz qətnaməsində iddia tələbinin cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə qarşı hissəsi ilə bağlı qeyd etmişdir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təstiq edilməsinə görə pulun Abşeron rayon İcra Hakimiyyətindən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı fərdi yaşayış evini digər cababdeh Cavabdeh2 oğlundan alqı-satqı yolu ilə əldə etmiş, Abşeron rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır. Bu hissədə qeyd etmişdir ki, Cavabdeh1 qanun və digər normativ hüquqi aktlarla üzərinə tikinti obyektinin istismarına icazə verilməsi öhdəliyi qoyulmuş və bununla əlaqədar ona müəyyən səlahiyyətlər vermişdir. Lakin cavabdehin vəzifəli şəxslərinin həmin səlahiyyətlərə qarşı biganə yanaşmaları və səhlənkarlıqları nəticəsində (fərdi yaşayış evinə baxış keçirmədən və bununla əlaqədar zəruri tədbirlər görmədən) iddiaçıya maddi zərər vurulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən,daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktının olmasının zəruriliyi qeyd olunmuşdur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci və 102-ci maddələrinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Hazırki işdə müvafiq icra hakimiyyəti orqanı qismində Cavabdeh1 çıxış etdiyindən, həmin orqan tərəfindən “tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsi” barədə müvafiq Akt tərtib edilmiş və iddiaçı sözügedən fərdi yaşayış evi barəsində alqı-satqı müqaviləsi bağalayarkən, məhz fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışının olmasına, dolayısı ilə çıxarışın verilməsinə əsas olmuş həmin Akta əsasən fərdi yaşayış evinin istismara yararlı olduğu qənaətinə gəlmişdir. Əgər Cavabdeh1 tərəfindən fərdi yaşayış evinə baxış keçirilsə idi və onun tikinti norma və qaydalarına uyğun olmadığını müəyyən etsə idi, sözügedən fərdi yaşayış evinə nə dövlət reyestrindən çıxarış verilərdi, nə də ki, iddiaçı qəzalı vəziyyətdə olan bu fərdi yaşayış evini almazdı. Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilmişdir:-tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. AR MM-nin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən, sadalanan normaların tələblərinə biganə yanaşaraq, iddiaçının Cavabdeh1nə qarşı tələblərinin əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə isə, iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsi kimi hüquqi qiymət vermiş və qətnamədə neçə illik iddia müddətinin tətbiq edildiyini və iddia müddətinin axımının başlanmasını ümumiyyətlə əsaslandırmamışdır. Hesab edirlər ki, məhkəmə tərəfindən AR MM-nin 373-cü maddəsi tətbiq edilməklə, iddia müddətinin ötürülməmiş hesab edilməsi qənaətinə gəlinməli idi. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Lakin burada vurğulamışdır ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş zərərin əvəzini tələb edir. Fikricə, hazırki məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Həmçinin, qeyd etmişdir ki, AR MM-nin 379-cu maddəsinə əsasən iddia müddətinin axımı iddiaçı hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduğuna görə, ümumiyyətlə dayandırılmış hesab edilməlidir. Ona görə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Yaşma Hərbi şəhərciyində, daha sonra isə, ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmişdir. Yuxarıda qeyd olunan məhkəmə icraatları zamanı çoxsaylı ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma və qaydalarına uyğun inşa edilməmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinn fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə 82183 (səksən iki min yüz səksən üç) manat məbləğində vəsait tələb olunur. Göründüyü kimi İddiaçı Cavabdeh2 ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqaviləni həmin evə dair digər hüquqi sənədlərlə yanaşı, digər Cavabdeh1 tərəfindən 330 saylı xx.xx.2005-ci il, 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş və komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” Akta əsasən bağlamışdır. AR MM-nin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlu apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi tamamilə ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2010-cü il tarixli İP-446/K saylı kredit müqavilədən görünür ki, kreditor "xxxx"ASC ilə borcalan İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasın kreditor borcalana Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evi üçün 35.000 manat məbləğində krediti hər 324 manat ödəmək şərtilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2010-cü il tarixli İP-446 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.20210-cu il tarixli 1421 saylı arayışa əsasən 3 otaqlı ümumi sahəsi 165,8 kv.m. olan, o cümlədən, yaşayış sahəsi 58,4 kv.m. olan Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli fərdi yaşayış evini ipoteka qoyanın mülkiyyətinə verir.Satılan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli MA ******* saylı hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 42.000 manatdır,mənzilin dəyərinin 7.000 manatı alıcı ipoteka qoyanın özü tərəfindən, 35.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2010-cü il tarixli İP-446/K saylı kredit müqaviləsinə əsasən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(105)-385/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması” tələbinə dair apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-3/2021 nömrəli qərarı ləğv edilərək iddia mümkünsüz hesab edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 agentliyinə ünvanlanan mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi fərdi yaşayış evinin texniki vəziyyəti haqqında mütəxəssis rəyilə “yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdədir,gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunur. Göstərilən fəsadlar təbii fəlakətlər nəticəsində əmələ gəlməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1889 saylı rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu,gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Daha sonra tədqiq olunan yaşayış evinin divarlarında çatların əmələ gəlməsi haqqında yekun rəy ərazidə mühəndis axtarış işləri aparıldıqdan və bünövrə altı qruntlar öyrənildikdən sonra vermək olar. Lakin bununla belə mütəxəssis rəyinə əsasən tətqiq olunan fərdi yaşayış evin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı su səkisi olmadığından atmosfer sularının mütamadi olaraq bünövrəyə axması eləcədə bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərzində bünövrə altı qrunt əsasında tədricən qeyribərabər çökməsi baş verdiyi və nəticədə son vaxtlarda binanın ön,arxa və orta boyuna divarlarında iki tərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur. İş materiallarında olan Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəsis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı, bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15.0 və 7.0 sm olduğu,hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovxalandığı üçün fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/613 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 82 saylı mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82,183.0 manat məbləğində vəsait lazımdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 18893 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən İddiaçı məxsus 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m. olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı, bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15,0 və 7.0 sm olduğu, hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovulması səbəbindən həmin fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2836 saylı rəyindən görünür ki, Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin əsas yükdaşıyan divarların və arakəsmələrin üzərində çoxlu sayda üfüqi və şaquli istiqamətlər iki tərəfli çatlar əmələ gəlməsi, evin eyvanın daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kənarının sökülməsi müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı sel səkisi olmadığıdan atmosfer sularının mütamadi olaraq bünövrəyə axması, eləcə də bünövrənin dərinliyi və eninin mövcud qrunta uyğun secilməməsi səbəbindən tədricən qeyri bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön,arxa və orta boyuna divarlarında ikitərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur. Mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m. olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183.0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir. Beləliklə birinci instansiya məhkəməsində sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə kreditor-ipoteka saxlayan "xxxx" ASC-dən 42000 manat məbləğində kredit götürmüş, İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu, Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində Cavabdeh2 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. Həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda mübahisə predmeri olan Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu, həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə cəkiləcək xərclərə təqribən 82183.0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmiş və iddiaçı həmin vəsaitin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1nə qarşı hissəsi ilə bağlı qeyd etmişdir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təstiq edilməsinə görə pulun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etməmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı fərdi yaşayış evini digər Cavabdeh2 alqı-satqı yolu ilə əldə etmiş, Cavabdeh1 ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrək, qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini 2010-cu ildə əldə etmiş və 2014-cü ildə artıq iddiaçıya fərdi yaşayış evinin qüsurları məlum olmuşdur. Belə ki, bu hal iddiaçının iddia ərizəsində 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləriylə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etməsi barədə göstərdiyi izahatı ilə tam təstiq olunur. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ilə bağlı iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-385/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması” tələbinə dair apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 3/2021 nömrəli qərarı ləğv edilərək iddia mümkünsüz hesab edilmişdir. Məhkəmə Kollegiyası qərardadı onunla əsaslandırmışdır ki, prosessual hüquq nəzəriyyəsində cavabdeh - iddia tələbinin yönəldiyi şəxs, başqa sözlə iddiaya cavab verməli olan şəxsdir. İddiaçının tələbinə görə cavabdeh onun subyektiv hüququnu və ya qanunla qorunan marağını pozur və ya ona mübahisə edir. Məhkəmə icraatında iddiaçı və cavabdeh ona görə “tərəflər” adlandırılır ki, digər şəxslər deyil, məhz iddiaçı ilə cavabdeh hüquq münasibətinin və ya mübahisəsinin yaranmasında bilavasitə iştirak edir və bununla da bu prosedurun iştirakçısına çevrilirlər. Bu səbəbdən də onlara “tərəf” adının verilməsi təsadüfi deyil. Başqa sözlə, iddiaçı və cavabdeh mübahisəli hüquq münasibətinin tərəfi olurlar. Bundan əlavə həmçinin qeyd olunmuşdur ki, ikitərəfli müqavilələrdə də (məsələn elə alqı-satqı müqaviləsi) nəzərdə tutulan öhdəliklərdə tərəflər həmin hüquq münasibətlərinin subyekti olur və tərəflərin müəyyən olunması onlar arasında hüquq və vəzifənin bölünməsindən irəli gəlir. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Göründüyü kimi öhdəlik onda iştirak edən konkret tərəflər arasında hüquq və vəzifə yaradır. Bu qaydadan istisna iki halda ola bilər. Başqa sözlə, üçüncü şəxslər mülki-hüquqi öhdəliklərdə iki formada iştirak edə bilər: 1) Öhdəlik üçüncü şəxsin xeyrinə olduqda; 2) Öhdəliyin icrası üçüncü şəxsə tapşırıldıqda. Əgər bu iki halın heç biri yoxdursa, öhdəlikdə, onda iştirak etməyən üçüncü şəxsin üzərinə vəzifə qoyula bilməz. Bəhs olunanların hazırki işə tətbiqi onunla bağlıdır ki, hazırda yaranmış mübahisəli hüquq münasibətinin bir tərəfi iddiaçı, digər tərəfi Cavabdeh1 deyil. Çünki sonuncu mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı, tərəfi deyil, zərərin ödənilməsi tələbi üzrə cavabdehlik daşıya bilməz, buna görə də onun üzərinə hər hansı vəzifə ( məsələn zərərin ödənilməsi) qoyula bilməz və bu səbəbdən də bu iddiaya cavab verməli olan orqan deyil. Belə ki, iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı pozmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərərin əvəzini Cavabdeh1ndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən - Cavabdeh2 tələb etməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 aid hissədə isə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməsi ilə bağlı dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, tərəflər arasında vurulmuş ziyanın aradan qaldırılması ilə əlaqədar uzun müddət danışıqlar olmuş, sonradan iddiaçı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar 2018-ci ildə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-385/2021 nömrəli qərarı ilə iddia mümkün sayılmadığından iddiaçı mülki məhkəmə icraatı qayasında hazırki iddia ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı 2014-cü ilin may ayında xidməti yerini dəyişərək yaşamaq üçün ailə üzvləri ilə birlikdə həmin evə köçərkən evin yararsız vəziyyətdə olduğunu bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ona məlum olan andan etibarən müvafiq olaraq dövlət orqanlarına müraciət etmiş və bununla bağlı yuxarıda qeyd edilən müxtəlif məhkəmə mübahisələri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmiş və müxtəlif medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.2-ci maddəsinə əsasən iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda iddia müddətinin axımı dayandırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2836 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, eləcə də həmin evin gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Baxış zamanı tədqiq olunan fərdi yaşayış evinin əsas yükdaşıyan divarların və arakəsmələrin üzərində çoxlu sayda üfüqi və şaquli istiqamətlərdə iki tərəfli çatlar əmələ gəlməsi, evin eyvanın daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kənarının sökülməsi müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı sel səkisi olmadığından atmosfer(digər kənar sular) sularının mütamadi olaraq bünövrəyə axması, eləcə də bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərzində bünövrəaltı qrunt əsasda (islanıb, quruması səbəbindən) tədricə qeyri-bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında ikitərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur. Mütəxəsis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m. olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183.0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İstinad olunan normalardan da göründüyü kimi alqı-satqı müqaviləsinin predmetinin istər daşınar, istərsə də daşınmaz əşya olmasından asılı olmayaraq, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Hazırkı halda da əgər satıcı iddiaçıya fərdi yaşayış evi satmışdırsa, həmin əmlak ən birinci növbədə ağlabatan istismar müddəti ərzində yaşayış üçün yararlı olmalıdır. Əks təqdirdə sonuncunun ona vurulan zərərin əvəzini satıcıdan tələb etmək hüququ yolveriləndir. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, bu hissədə iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 17000 manat kompensasiya ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə ləğv edilərək iddia tələbinin qismən, yəni maddi ziyanın Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməsi hissəsində təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiyada və apellyasiya instansiyasında müvafiq olaraq iddiaçı tərəfindən ödənilmiş 380 manat və 190 manat dövlət rüsumunun 304 manat və 152 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 80 manatı cavabdehdən, 20 manatı isə iddiaçıdan tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci madddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 82183 (səksən iki min yük səksən üç) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 304 manat hissəsi və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun 152 manat hissəsi, cəmi 456 ( dörd yüz əlli altı) manat Cavabdeh2 alınaraq İddiaçı xeyrinə tutulsun, qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin 80 (səksən) manat hissəsi Cavabdeh2, 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ**********0**********; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar