Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-566/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: payların naturada ayrılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-32/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.2561 ha torpaq sahəsi İddiaçı 2/3 hissəsi və X6 1/3 hissəsi mülkiyyətinə verilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.908 ha torpaq sahəsi İddiaçı 14/15 hissəsi və X6 1/15 hissəsi mülkiyyətinə verilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 1.4163 ha torpaq sahəsi1.4163 ha torpaq sahəsi İddiaçı 14/15 hissəsi və X6 1/15 hissəsi mülkiyyətinə verilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 3-21-3- 34/2- 13491/2024 saylı mütəxəssis rəyindən görünür ki, 1. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış üzrə 0.908 ha torpaq sahəsinin sərhədləri şərtidir Torpaq sahəsi şərq və qərb tərəflərdən qonşu pay torpaq sahələri ilə, digər tərəflərdən yollarla həmsərhəddir. 0.908 ha torpaq sahəsindən, İddiaçı 0.8475 ha payını qərb tərəfdən ayrılıb verilməsi mümkündür. 2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış üzrə 0.2561 ha torpaq sahəsinin sərhədləri şərtidir. Torpaq sahəsi şimal və qərb tərəflərdən qonşu pay torpaq sahələri ilə, şərq tərəfdən boş sahə, cənub tərəfdən yolla həmsərhəddir. 0.2561 ha torpaq sahəsindən, İddiaçı 0. 23903 ha payını şərq tərəfdən ayrılıb verilməsi mümkündür. 3 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********88 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 05.2024-cü il olan çıxarış üzrə 1.4163 ha torpaq sahəsinin sərhədləri şərtidir. X2 X3 (TEKUİS)-də mülkiyyətçilərin **********88 saylı torpaq sahəsi 0.0473 ha azaldılaraq 1.369 ha kimi göstərilib. Torpaq sahəsi şimal-qərb və cənubşərq tərəflərdən qonşu pay torpaq sahələri ilə, digər tərəflərdən yollarla həmsərhəddir. 1.369 ha torpaq sahəsindən, İddiaçı 1.27773 ha payını cənub-şərq tərəfdən ayrılıb verilməsi mümkündür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.2561 ha torpaq sahəsində, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 1.4163 ha torpaq sahəsində, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.908 ha torpaq sahəsində paylarının naturada (şimal hissələr cavabdehdə saxlanılmaqla yerdə qalan hissədən ayrılmaqla) müəyyən edilərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayonu, Sincanboyab kəndində yerləşən ümumi sahəsi 0.2561 ha torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə aşağıdakı qaydada qeydiyyata alınmışdır: 1. X9 1/3 hissə, 2. İddiaçı 2/3 hissə. Şabran rayonu, Sincanboyad kəndində yerləşən ümumi sahəsi 1.4163 ha torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə aşağıdakı qaydada qeydiyyata alınmışdır: 1. X9 1/15 hissə, 2. İddiaçı 14/15 hissə. Şabran rayonu, Sincanboyad kəndində yerləşən ümumi sahəsi 0.908 ha torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə aşağıdakı qaydada qeydiyyata alınmışdır: 1. X9 1/15 hissə, 2. İddiaçı 14/15 hissə. Qeyd edir ki, X9 mənim atamdır. X9 hal-hazırda vəfat etmişdir. X5 miras qalmış əmlaklar vərəsəlik qaydasında bölüşdürüləndən sonra qardaşı Cavabdeh çatası paylara tərəflərindən toxunulmamış və həmin paylar onun üçün saxlanılmışdır. Lakin, Cavabdeh miras əmlakları adına keçirərək vərəsəlik şəhadətnaməsi və mülkiyyət sənədi əldə etməmişdir. Hal-hazırda o, ümumi paylı mülkiyyətçi olaraq qeyd olunan torpaq sahələrindəki paylarının ayrılmasını tələb edir.
7. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-32/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.2561 ha torpaq sahəsindən, İddiaçı 0. 23903 ha payını şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 1.4163 ha torpaq sahəsindən, İddiaçı 1.27773 ha payını cənub-şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.908 ha torpaq sahəsindən, İddiaçı 0,8475 ha payının qərb tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 3-21-3- 34/2-13491/2024 saylı mütəxəssis rəyinə uyğun şəkildə və ekspert rəyinə əlavə edilmiş eskiz cizgilərinə əsasən naturada ayrılıb verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ayaz Məmmədov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2, 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3 və 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-32/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-32/2025 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.2561 ha torpaq sahəsindən, İddiaçı 0. 23903 ha payını şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 1.4163 ha torpaq sahəsindən, İddiaçı 1.27773 ha payını cənub-şərq tərəfdən, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.908 ha torpaq sahəsindən, İddiaçı 0,8475 ha payını qərb tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 3-21-3-34/2-13491/2024 saylı mütəxəssis rəyinə uyğun şəkildə və ekspert rəyinə əlavə edilmiş eskiz cizgilərinə əsasən naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinə həvalə edilmiş, lakin onun iştirakı olmadan, ona xəbər verilmədən göstərilən torpaq sahələri ölçülmüşdür. Həmin rəydə göstərilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış üzrə 1.4163 ha torpaq sahəsindən guya X2 X3 mülkiyyətçilərin **********88 saylı torpaq sahəsi 0.0473 ha azaldılaraq 1.369 ha kimi göstərilmişdir. Torpaq sahəsinin ölçüləri azaldılmışdır. Məhkəməyə yenidən ekspert təyin edilməsi barədə vəsatət versə də vəsatəti təmin edilməmişdir. Ona ölçülərin aparılması zamanı məlumat verilməmişdir. Hesab edir ki, ölçülər onun iştirakı ilə olmalı idi. Ona görədə hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir.
11. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir.
12. Məhkəmə ekspertiza zamanı iştirakını təmin etməmişdir, halbuki onun iştirakı təmin olunsa idi o torpaq sahəsinin çıxarışda görstərilən ölçülərlə yerində olmasını sübuta yetirə bilərdi. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir.
13. İddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir. Qeyri-mötəbər, ziddiyətli qətnamə yazmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
18. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
19. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
20. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya şikayətindən görünür ki, cavabdeh İddiaçı Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-32/2025 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.2561 ha torpaq sahəsinin 2/3 hissəsi İddiaçı və 1/3 hissəsi X6, Şabran rayonu Sincanboyad kəndi ərazisində 0.908 ha torpaq sahəsinin 14/15 hissəsi İddiaçı və 1/15 hissəsi X6, Şabran rayonu Sincanboyad kəndi ərazisində 1.4163 ha torpaq sahəsinin 14/15 hissəsi İddiaçı və 1/15 hissəsi X6 mülkiyyətinə verilmişdir.
33. İddianı təmin edən birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Həmin rəyə əsasən, mübahisəli ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin iddiaçıya məxsus payının naturada ayrılması mümkün hesab olunmuşdur.
34. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ölçüləri azaldılmış, ekspertiza keçirilməsini zamanı onun iştirakı təmin edilməmişdir.
35. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, rəyə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********88 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 05.2024-cü il olan çıxarış üzrə 1.4163 ha torpaq sahəsinin sərhədləri şərtidir. X2 X3 (TEKUİS)-də mülkiyyətçilərin **********88 saylı torpaq sahəsi 0.0473 ha azaldılaraq 1.369 ha kimi göstərilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırda qüvvədə olan X2 X3 (TEKUİS)-də göstərilən məlumatlar (ölçüsü) əsasında torpağın naturada ayrılması məsələsinə baxmışdır.
36. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Məhkəmə kollegiyası izah edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
38. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-32/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.