Məhkəmə qərarları › İş №2(105)-58/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-58/2023

07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-58/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdehlər cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinin sədri X1, Xaçmaz rayon Telekommunikasiya qovşağının nümayəndələri X5 və X6 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı 09 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı iddia ərizəsi ilə müraciət edərək, mütəxəssislərdən ibarət komissiyanın onun həyətyanı torpaq sahəsini ölçərək ona məxsus olan şəhadətnamədə göstərilən koordinat nöqtələrinin təyin edilməsi, mülkiyyətində olan qeyriqanuni tikililərin ləğv edilməsi, ona vurulmuş maddi, mənəvi ziyanın Xaçmaz rayon Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, Xaçmaz rayon Yergüc bələdiyyəsi tərəfindən müxtəlif vaxtlarda qeyri-qanuni olaraq satılmışdır. Hal-hazırda ona məxsus olan mülkdə Xaçmaz rayon Telekommunikasiya qovşağı “vayfay” tipli stansiya quraşdırır. O, torpağın ona məxsus olduğunu dəfələrlə demiş, lakin onlar torpağın bələdiyyə tərəfindən onlara verildiyini bildirmişlər. Bu barədə dəfələrlə Yergüc bələdiyyəsinə müraciət etmişdir. Yergüc bələdiyyəsi ona məhəl qoymayaraq torpağın onlara məxsus olduğunu bildirir. Yergüc bələdiyyəsi onun mülkünü sataraq mülkiyyətinə qəsd edir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərci 76,80 manat məbləğində pulun İddiaçı alınaraq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim A. Sadıqov). İddia tələbini rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2; Torpaq Məcəlləsi 84, 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(105)-289/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3635/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-289/2020 nömrəli, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək və bildirdi ki, qətnamə qanunsuz və əsassızdır. 30 dekabr 1996-cı il tarixdə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün 0,15 ha torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq Yergüc bələdiyyəsi müxtəlif vaxtlarda torpaq sahəsinin 120 kv metr hissəsini qeyri-qanuni olaraq satmışdır. Məhkəmənin qərarı ilə keçirilmiş yoxlama zamanı, Xaçmaz rayon Layihə Tədqiqat idarəsinin verdiyi rəydən də görünür ki, həyətyanı torpaq sahəsinin 120 kv metr hissəsi çatışmır. Bununla bağlı dəfələrlə cavabdeh Yergüc bələdiyyəsində olub, ona bildiriblər ki, guya onun torpaq sahəsi qonşunun torpaq sahəsi ilə üst-üstə düşür. Daha sonra qeyd etdi ki, mübahisəli «vayfay» stansiyası artıq sökülüb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddiamın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Xaçmaz rayon Yergüc Bələdiyyəsinin sədri X7 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Xaçmaz rayon Telekommunikasiya qovşağının nümayəndələri X8 və X10 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı 09 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də, iş üzrə cavabdehlərin nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 96/2019 saylı 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 8996 saylı 30209058 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,15 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********98 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayon Üçgün kəndi ərazisində İddiaçı və ailə üzvlərinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayon Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən istifadə edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd emişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Xaçmaz rayonu, Üçgün kəndi ərazisində İddiaçı və ailə üzvlərinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayon Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən istifadə olunmadığından iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya onun həyətyanı torpaq sahəsinin ölçülərək ona məxsus olan şəhadətnamədə göstərilən koordinat nöqtələrinin təyin edilməsi ilə bağlı müvafiq orqana müraciət etmək tövsiyə olunur. Məhkəmə kollegiyası qesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişinə əsasən iş üzrə tikintitexniki ekspertiza təyin etmişdir. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 10/8185 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, torpağın verilməsinə dair JN 8996 saylı, 30209058 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsinin (naturada) koordinatları müəyyən edildi. İddiaçı və ailə üzvlərinin, eləcə də cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin (naturada) koordinatları müəyyən edildi. İddiaçı və ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsi şəhadətnamə əsasında müəyyən edilən koordinatlarla üst-üstə düşür. Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçının şəhadətnaməsi əsasında müəyyən edilmiş koordinatlar ilə üst-üstə düşmür. İddia tələbində qeyd edilən Xaçmaz rayon Telekommunikasiya Qovşağının quraşdırdığı «vayfay» tipli stansiyanın yerləşmə yeri faktiki və sənəd üzrə müəyyən edildi. Qeyd edilən stansiya iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. İddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə cavabdehin istifadə etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Torpağın mülkiyyətə verilməsinə dair JN 8996 saylı 30209058 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsinin hər hansı hissəsi cavabdeh tərəfindən zəbt ediliməyib. Qeyd edilənlərdən də müəyyən olunur ki, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsi cavabdeh iərəfindən zəbt edilməyib və orada hər hansı bir qurğu (vayfay stansiyası) inşa edilməyib. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz iddia tələbini sübuta yeriə bilmədiyindən və onun iddiası iş materialları ilə təkzib olunduğundan təmin edilə biliməz. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, cavabdehin inşa etdiyi «vayfay» stansiyası artıq sökülüb. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri 50 (əlli) manat iddiaçıdan tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı 09 iyul 2019-cu il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat pul İddiaçı tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar