Məhkəmə qərarları › İş №2(105)-580/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-580/2021

17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-580/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və onun ünvan 1 ünvanında mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 1381/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2009-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və onun ünvan 1 ünvanında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1989-cu ildə cavabdeh qardaşı Cavabdeh2 0.04 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün indiki Şəhriyar küçəsi 20 nömrəli evin ərazisi verilmişdir. 1995-ci il tarixdə ona indiki Sara Xatun küçəsi ev 1də yerləşən 0.04 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir. Qardaşı ilə onun aldığı torpaq sahəsi səhv düşmüşdür. O, səhvən qardaşı Cavabdeh2 adında olan torpaq sahəsində yəni Şəhriyar küçəsi ev 20-də yerləşən fərdi yaşayış binası tikmişdir. Qardaşı Cavabdeh2 isə ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. O, uzun müddət Rusiyada olduğu zaman Cavabdeh2 oğlu Cavabdeh1la razılaşmışlar ki, Şəhriyar küçəsi 20 ünvanında olan torpaq sahəsini bağışlama müqaviləsi ilə Bəxtiyarın adına rəsmiləşdirə bilər. Cavabdehlər öz aralarında razılaşaraq onun tikdiyi evə oğlu Cavabdeh1 adına çıxarış almışlar. Cavabdehlərin belə bir bağışlama əməliyyatı aparmağa hüquqları yoxdur. Onun orada qeydiyyatda olduğuna baxmayaraq onlar saxta yollarla arayış almışlar. Cavabdeh2 onun xəbəri olmadan notariusa gedərək sözü gedən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini xx xxx 2009-cu ildə Cavabdeh1 bağışlamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də qətnamə ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni mübahisələndirilən bağışlanma müqaviləsində iddiaçının tərəf olmaması, qeyd olunan sənədin iddiaçıya heç bir aidiyyəti olmaması ilə əsaslandırmışdır. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, İddiaçı qardaşı ilə onun aldığı torpaq sahəsi səhv düşdüyünü, səhvən qardaşı Cavabdeh2 adında olan torpaq sahəsində yəni Şəhriyar küçəsi ev 20də yerləşən fərdi yaşayış binası tikdiyini, uzun müddət Rusiyada olduğu zaman Cavabdeh2 oğlu Cavabdeh1la Şəhriyar küçəsi 20 ünvanında olan torpaq sahəsini bağışlama müqaviləsi ilə Bəxtiyarın adına rəsmiləşdirə biləcəkləri barədə razılaşdıqlarını, oğlu Cavabdeh1 adına çıxarış aldıqlarını, Cavabdeh2 onun xəbəri olmadan notariusa gedərək sözü gedən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini xx xxx 2009-cu ildə Cavabdeh1 bağışladığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia predmeti xx xxx 2009-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və onun ünvan 1 ünvanında mülkiyyət hüququnun tanınması ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında göstərmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Göründüyü kimi əmlakın müqəddəratını müəyyən etmək səlahiyyəti mülkiyyətçiyə məxsus olmaqla, mülkiyyətçi tərəfindən həmin əmlakın üzərində sərəncam vermək səlahiyyəti həyata keçirilərək əmlak özgəninkiləşdirilə bilər. Bu hüququ mülkiyyətçi şəxsən və ya nümayəndə vasitəsi ilə həyata keçirə bilər. Mövcud müqavilə bağlanarkən mübahisəli mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 müstəsna səlahiyyətləri olan mənzilə dair sərəncam vermək səlahiyyətindən istifadə edərək, mənzilin bağışlanmasına dair müqaviləni bağladığından, onun həmin mənzilə mülkiyyət hüququna xitam verilmiş, Cavabdeh1 isə həmin mənzilə mülkiyyət hüququ yaranmışdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, Mülki Məcəllənin 421-ci maddəsində müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları nəzərdə tutulmuşdur. Lakin hazırkı işdə müqavilənin ləğvi üçün əsaslar mövcud deyil. Eyni zamanda iddiaçı qeyd olunan müqavilənin tərəfi olmadığından bu müqaviləni mübahisələndirmək hüququ olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin ünvan 1 ünvanında mülkiyyət hüququnun tanınması hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbi məhkəmə kollegiyası tərəfindən təmin edilmədiyindən, həmin mənzildə digər Cavabdeh1 mülkiyyət hüququ yarandığından, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və onun ünvan 1 ünvanında mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar