Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-6/2023 25.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızına qarşı mülkiyyətə müdaxiləyə son qoyulması tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneçiliyin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızının iştirakı ilə, İddiaçı cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızına qarşı mülkiyyətə müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 may 2018ci il tarixli, 2(012)-1563/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı qızma Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,08 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron RİH Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 fevral 2017-ci il tarixli, F-123 saylı arxiv çıxarışıdan görünür ki, İddiaçı qızma fərdi ev tikmək üçün istifadəsiz torpaq sahəsindən 0,08 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün, həmçinin RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızının adma ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 27957 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən İddiaçı məxsus 0.08 ha torpaq sahəsinin koordinatları iş materiallarında olmadığından, həmin torpaq sahəsinin yerində faktiki vəziyyətə uyğun olaraq üst-üstə düşündüşməməməsinin və Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən müdaxilə və zəbt hallarının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-29/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 100 manat məbləğində ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 1909/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-29/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızına qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 məxsus torpaq sahəsi ilə Abşeron rayonu, Novxanı kənd XDS-nin İcraiyyə Komitəsinin qərarından 30 avqust 1991-ci il tarixli 27.2 saylı çıxarış əsasında ona verilmiş 0,08 ha torpaq sahəsinin daş hasarla ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 avqust 1991- ci il tarixli, 27.2 saylı qərarından çıxarışa əsasən ona verilmiş 0,08 ha torpaq sahəsinə onun sahiblik və istifadəsinə Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1991-ci ildə qohumu Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı onlara Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi olduğunu və əgər istəyirsə, ona həmin ərazidə torpaq almağa kömək edə biləcəyini bildirmişdir. Beləliklə o, cavabdehin vasitəçiliyi ilə həmin ərazidə torpaq almaq qərarına gəlmişdir. O, həyat yoldaşı ilə birlikdə cavabdeh X5ma torpaq sahəsinin alınması üçün 5000 rubl pul vermişlər. Cavabdeh X3 vasitəçiliyi ilə Novxanı kəndində kənd təsərrüfatına yararsız sahədə 0,08 hektar torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinə dair onun adına Abşeron rayonu, Novxanı kənd XDS-in İcraiyyə Komitəsinin qərarından 30 avqust 1991-ci il tarixli 27.2 saylı çıxarış verilmişdir. O, torpaq sahəsinin hasara alınması üçün mişar daşı alaraq həmin torpaq sahəsinə gətirmişdir. Cavabdehin qohumu həmin daşı özünəməxsus torpağın hasarına və onun torpağının hasarının çəkilməsinə istifadə etmişdir. Lakin ona verilən torpaqla öz torpağının ayrılması üçün daş çatmadığından həmin torpaq sahələri bir birindən ayrılmamış qalmışdır. Cavabdeh onun yaxın qohumu olduğundan, torpaq sahələri yanbayan yerləşdiyindən və ev tikmək üçün maddi imkanın hələ ki olmadığından, torpaqların ayrılmasına səy göstərməmişdir. O, son vaxtlar torpağın özəlləşdirilməsi üçün müraciət edəndə ona torpaq sahəsi hasarla digər torpaq sahəsindən ayrıldıqdan sonra həmin torpaq sahəsi ölçülərək ona çıxarış verilə biləcəyi bildirilmişdir. Bununla əlaqədar o, cavabdehə torpaq sahəsinin hasarla ayrılması üçün müraciət etdikdə cavabdeh bundan imtina etmişdir. O, öz hesabına hasar çəkəcəyini bildirdikdə isə cavabdeh buna maneə yaratmışdır. Cavabdeh onu torpaq sahəsinə daxil olmağına icazə vermir və öz torpağından istifadə etməyinə maneə yaradır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(012)-1563/2018 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının ona məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən qanunsuz müdaxilənin olduğu istər iş materialları ilə istərsə də ekspert rəyi sübüt olunmur. Bu səbəbdən də iddia rədd edilməlidir. İddiaçının tələbi işdə olan sübutlarla öz təsdiqini tapmır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığmm əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasma əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.4, 164, 165, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz hesab edir. Belə ki, ona torpaq ayrılan vaxt bir çox sənədlərə cizgi əlavə edilmirdi. Lakin həmin sənədin verilməsi üçün əsas olmuş sənəd, həmin sənədlə torpaq verilən şəxslər, onların torpaq sahələrinin yerləşməsi araşdırılmaqla onun torpağının sənəd üzərində yerini müəyyənləşdirmək mümkündür. Bu məsələlər araşdırıldığı təqdirdə Qəndab Hüseynovanın onun torpaq sahəsini zəbt etdiyi açıq aşkar görünər. Lakin məhkəmə bu hallara diqqət verməmiş, bu məsələləri araşdırmamış və ekspertə göndərməmişdir. Ekspert isə işi araşdırmadan səthi rəy vermişdir. Ekspert bilmir ki, “son illərdir ki, torpaq sahələri" koordinatlar əsasında ayrılır? Qeyd edilən məsələlərin araşdırılmaması nəticədə qanunsuz və ədalətsiz məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasında cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli 93 №li Əmri ilə iddiaçının adına fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, bu barədə onun adına müvafiq Çıxarış, habelə torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı öz torpaq sahəsinin cavabdehə məxsus olan torpaq sahəsinin daxilində, ümumi hasarın içərisində olduğundan, cavabdehin həmin torpaq sahəsinə daxil olmasına icazə vermədiyini, bununla da öz torpağından istifadə edə bilmədiyini qeyd edir, bu əsasla hazırki mülki iş üzrə qeyd edilən iddia tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekspert və mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçıya məxsus olan torpaq sahəsinə dair yerquruluşu sxemi, döngə koordinatları olmadığından, habelə onların köhnə sxemlər əsasında hazırlandığından, verilən sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluqlar olduğundan sözügedən torpaq sahələrinin üst-üstə düşübdüşməməsi, tərəflərdən hansı digərinin torpaq sahəsini hansı həcmdə və hansı hissədə zəbt edilməsinin, müdaxilə və zəbt hallarının olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 sayıl Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunun məzmununda iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizəsinə baxıldığı, müayinə baxışının keçirilməsi və elektron kadastr baza məlumatlarının araşdırılması zamanı sözügedən torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh) müvafiq reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyünün müəyyən edildiyi, bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı iki dəfə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürərək, onun adına ayrılmış sözügedən torpaq sahəsinə dair plan və ölçü (kadastr) çəkilməsi və çıxarışın verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasını xahiş etmiş, daha sonra hər iki halda inzibati iş üzrə iddiaçının ərizəsi əsasında iddia ərizəsinin geri qaytarılması barədə müvafiq məhkəmə qərardadı qəbul edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə müvafiq rayon məhkəməsinə mülki məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürərək, cavabdehin adına 0,20 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş müvafiq şəhadətnamə və onun əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, həmin mülki iş üzrə müvafiq apellyasiya instansiya məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmış və iddiaçıya inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi indiki halda, cavabdehə məxsus olan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alındığı, plan və ölçü sənədi tərtib edildiyi halda, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair sənəd mövcud olsa da, həmin torpaq sahəsinin ölçüləri, koordinatları, habelə yerləşmə mövqeyi barədə hər hansı sənəd (plan ölçü, təhkim aktı və sair) tərtib edilməmiş, habelə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə hazırki mülki iş üzrə iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmə öhdəliyi daşıyır. Başqa sözlə desək, məhz iddiaçı həmin torpaq sahəsindən cavabdehin təqsirli hərəkət və ya hərəktəsizliyi nəticəsində istifadə edə bilməməsi hallarına dair sübut təqdim etməlidir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən həmin hallara dair heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı onun adına ayrılmış torpaq sahəsinin cavabdehin adına mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsi ilə ümumi hasarın içərisində yerləşməsi halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından müvafiq inzibati orqan tərəfindən imtina olunması üçün əsas qismində məhz cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı səbəb olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda müvafiq torpaq sahəsinə dair cavabdehin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair Çıxarışın tərtib edilməsinə əsas olan sənəd kimi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə çıxış etdiyindən, iddiaçı onun adına ayrılmış torpaq sahəsinin cavabdehə məxsus olan torpaq sahəsinin daxilində yerləşməsi halına istinad edərək (habelə yuxarıda istinad edilən məktubun məzmunundan görünür ki, həmin torpaq sahəsi ilə üst-üstə düşür), hüquqlarının pozulduğunu hesab etdiyi halda, ilk növbədə məhz inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürməklə, müvafiq Çıxarış sənədini mübahisələndirmək hüququna malikdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçının adına ayrılmış torpaq sahəsinin ölçüləri, koordinatları, yerləşmə mövqeyi ilə bağlı onun adına hər hansı sənədin tərtib edilməsi müəyyən edilmədiyindən, müvafiq ekspert rəyində sözügedən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, tərəflərdən hansı digərinin torpaq sahəsini hansı həcmdə və hansı hissədə zəbt edilməsinin, müdaxilə və zəbt hallarının olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda müvafiq ekspert rəyinin əsassızlığı və ya natamam olması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın texniki göstəricilərini (ölçüləri, koordinatları, yerləşmə mövqeyi və sair) əks etdirən sənədlərin (plan ölçü, sxem, cizgi və sair) tərtib edilməsi məhz müvafiq inzibati orqanın səlahiyyətinə aiddir. Başqa sözlə desək, həmin halların araşdırılması məhz inzibati icraat qaydasında (ilk növbədə bununla bağlı müvafiq inzibati orqana müraciət etməklə, müraciəti təmin edilmədiyi və ya bununla bağlı hərəkətsizlik göstərildiyi halda, yaranmış mübahisə ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etməklə) həyata keçirilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin halları tam aydınlaşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verilərək, iş üzrə düzgün nəticəyə gəlmiş, qəbul edilmiş qətnamə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(012)-1563/2018 nömrəli qətnaməsi mübahisələndirilinə hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-6/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-6/2023
25.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver