Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-60/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), X6 və X3 ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi ilə, İddiaçı Pənah oğlunun Cavabdeh qarşı torpaq sahəsinə gedən yolun verilməsi tələbinə dair iş üzrə Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-129/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-129/2018 saylı qətnaməsilə İddiaçı Pənah oğlunun Cavabdeh qarşı torpaq sahəsinə gedən yolun verilməsi tələbinə iddiası rədd edilmişdir (hakim R.Kazımov). Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Pənah oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonun Əniğ kəndində yerləşməklə ona məxsus olan torpaq sahəsinə sərbəst şəkildə gediş-gəliş yolunun təmin etmək məqsədi ilə Cavabdeh məxsus torpaq sahəsindən ona yol verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Pənah oğlu iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Pənah oğlunun istifadəsində Qusar rayonun Əniğ kəndində 0.11 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsi iddiaçıya atası X4 miras qalmışdır. Hazırda həmin torpaq sahəsindən iddiaçı sərbəst istifadə edə bilmir. Belə ki, həmin torpaq sahəsi iddiaçının babasından miras qalmış və cavabdehin atası Mirzəli ilə iddiaçının atası Pənah arasında bölüşdürülmüşdür. Bölünmüş torpaq sahəsi uzun illər onların istifadəsində olmuşdur. Həmin torpaq sahəsindən iddiaçı sərbəst surətdə gedib-gəlmişdir. Cavabdehin atasının ölümündən sonra Cavabdeh iddiaçıya öz torpaq sahəsinə gedib-gəlməyə imkan vermir. Hansı ki, cavabdehin həyətindən uzun illər iddiaçı öz torpaq sahəsinə gedib gəlmək üçün gedişgəliş yolundan istifadə etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELYASiYA ŞiKAYƏTiNiN DƏLiLLƏRi İddiaçı Pənah oğlu qətnamədən iddiaçı apelyasiya şikayəti verərək göstərmişdir ki, ona məxsus olan torpaq sahəsinə sərbəst şəkildə gediş-gəliş yolunu təmin etmək məqsədi ilə Cavabdeh məxsus torpaq sahəsindən yol verilməsini vxahiş etmişdir. Həmin torpaq sahəsi ona atasından miras qalmışdır və cavabdehin atası Pənahov Mirzəli ilə atası Pənahov Pənah arasında bölüşdürülmüşdür. Bölüşdürülmüş torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur. Qeyd olanları nəzərə alaraq Qusar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(029)-129/2018 saylı qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-6476/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-129/2018 saylı qətnaməsilə İddiaçı Pənah oğlunun Cavabdeh qarşı torpaq sahəsinə gedən yolun verilməsi tələbinə iddiası rədd edilmişdir. İşdə olan Seriya RX ******* nömrəli xx xxxxx 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu, Əniğ kəndi ərazisində İddiaçı Pənah oğlunun adına 0.11 ha həyətyanı torpaq sahəsi var. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-533A KOD 30105018 saylı şəhadətnamənin surətindən görünür ki, X1 mülkiyyətinə Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 11/4 saylı qərarı ilə Qusar rayonu, Əniğ kəndi ərazisində 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli 7273 nömrəli ekspert rəyindən görünür ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Ryestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin rəisi A. İbadov tərəfindən imzalanmış xx xxx 2018-ci il tarixli **********76 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, KOD 30105018 JN-533A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh istifadəsində olan Qusar rayon, Əniğ kəndində yerləşən mərhum X2 məxsus torpaq sahəsinin naturada ölçüləri 0.2741 ha torpaq sahəsidir və həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğundur, lakin cənub-şərq tərəfdə cüzi uyğunsuzluq vardır. Cavabdeh istifadəsində olan Qusar rayon, Əniğ kəndində yerləşən torpaq sahəsindən İddiaçı Pənah oğluna məxsus olan həyətyanı torpaq sahəsinə gedib-gəlmək üçün yol nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh istifadəsində JN-533A KOD 30105018 saylı şəhadətnaməyə əsasən onun anası X1 adına qeydə alınmış 0.27 ha həyətyanı torpaq sahəsi var. Cavabdeh istifadəsində olan torpaq sahəsindən İddiaçı Pənah oğlunun istifadəsində olan torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsinə sərbəst şəkildə gedib gəlmək üçün cavabdehin istifadəsində olan torpaq sahəsində yol mövcüd deyildir və iddiaçıya cavabdehə məxsus torpaq sahəsindən gedib gəlmək üçün yol verilməsi cavabdehin torpaqdan istifadə hüquqlarına müdaxilədir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfində cavabdehin mülkiyyətində olan torpaq sahəsindən yol verilməsinin mümkünlüyünə dair rəy verilməsi üçün məhkəmə tikinti ekspertizası təyin edilmiş, lakin mütəxəssis rəyini olduğu kimi təsdiq edən ekspert yol verilməsinin mümkünlüyünə dair rəy verə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıapelyasiya şikayətinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdum edə bilməmişdir. Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-129/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə alındığı gündən gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-60/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-60/2020
03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver