Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-603/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh V.Ə.İsayevin hüquqi varisi Nümayəndə, Cavabdeh3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.05.2015-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Bostancı kəndində 0,13 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin Cavabdeh3 bağışlanmasına dair Xaçmaz rayon 1 saylı notariat kontorunda 23.07.2015-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh3 adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və onların Xaçmaz rayonu, Bostançı kəndində yerləşən mübahisə predmeti olan yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.05.2015-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Bostançı kəndində 0,13 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onlara və cavabdehlərdən Cavabdeh1 məxsus olmuşdur. Daşınmaz əmlakın bağışlanmasına dair 23 iyul 2015-ci il tarixli müqaviləyə əsasən qeyd olunan əmlak mülkiyyətçilər adından digər Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu Cavabdeh3 bağışlanmışdır. Müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olduğu üçün həmin müqavilənin hansı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməmiş və anlamamışdır. Belə ki, 2011-ci il tarixdən «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz MRX-nın psixatrik kabinetində qeydiyyatdadır, mütəmadi olaraq müalicələr alır. O xəstə olduğundan nə etdiyini başa düşməmiş, yəni hərəkətlərinin mənasını başa düşməmişdir. Bu səbəbdən də şərikli mülkiyyətində olan əmlakı bağışlama yolu ilə Cavabdeh3 adına keçmişdir. Onlar iddiaçılardan - İddiaçı2, İddiaçı3 və İddiaçı4 müqavilə bağlanarkən o şərtlə razılıq vermişlər ki, həmin evdə qalıb yaşayacaqlar, o cümlədən cavabdehlərdən Cavabdeh1 də söz vermişdir ki, bağışlanma müqaviləsi əsasında həmin əmlak azyaşlı nəvəsi Cavabdeh3 adına keçsə də, həmin evdə qalıb yaşayacaqlar. Lakin sonradan Cavabdeh1 mülkiyyətçinin dəyişməsini əsas götürərək onları evə buraxmamışdır. Mübahisə predmeti olan mülk hazırda da faktiki olaraq Cavabdeh1 istifadəsində və sahibliyindədir. Ona görə də 23 iyul 2015-ci il tarixdə notariat kontorunda rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və onun əsasında Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu Cavabdeh3 adına işlənmiş çıxarış etibarsız hesab edilməlidir. İşə məhkəmədə baxılarkən iddiaçılardan İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin evə köçürülmə hissəsindən imtina etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.E.Xəlilov) iddianın qismən təmin olunması, İddiaçı1, İddiaçı2, İddiaçı4 Xaçmaz Rayonu Bostançı kəndində yerləşən Cavabdeh3 mülkiyyətində olan yaşayış evinə köçürülməsi, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun 23.07.2015-ci il tarixli bağışlama müqaviləsi, Cavabdeh3 adına verilmiş DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışın qismən etibarsız hesab edilərək Xaçmaz Rayonunun Bostançı kəndində yerləşən İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0,13 ha həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanmasına aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir. İş üzrə Cavabdeh3 nümayəndəsi apellyasiya şikayəti verərək bağışlama müqaviləsinin onun iştirakçılarının iradəsinə və qanunun tələblərinə uyğun bağlanmasını, iddia tələbinin qanunda müəyyən olunmuş iddia müddətinin ötürülməklə irəli sürülməsini, lakin qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1129/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. İş üzrə İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-813/21 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1129/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1721/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər–G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(067)-3096/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdehlər kassasiya şikayəti verərək bağışlama müqaviləsinin etibarsız sayılması üçün qanuni əsasların olmamasını, iddia tələbinin iddia müddətinin ötürülməklə irəli sürülməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6491/21 saylı, 17.11.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1721/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qeyd edilən bağışlama müqaviləsi heç bir əlavə şərt, öhdəlik göstərilmədən bağlanmışdır. Məhkəmə isə işin bütün faktiki hallarını araşdırmamış, kobud maddi və prosessual pozuntuya yol verərək yanlış hüquqi nəticəyə gəlmişdir. Cavabdeh3 18 yaşına çatmışdır, hərbi xidmətdədir. Birinci instansiya məhkəməsində işə baxılarkən qanuni nümayəndə kimi onu valideynləri təmsil etmişdir. Hazırda mülki prosessual fəaliyyət qabiliyyətinə malik şəxs kimi o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Məhkəmə iddianı qismən də olsa təmin edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinə əhəmiyyət verməmişdir. Belə ki, Cavabdeh1 hazırki iş üzrə ümumiyyətlə cavabdeh ola bilməz. O, iddiaçılar kimi əmlakını bağışlayanlardan biridir-hədiyyə verəndir. Bağışlanan əmlakın artıq ona heç bir aidiyyatı yoxdur. Bundan əlavə, Xaçmaz rayonunun Bostançı kəndində İddiaçı1 sənəd üzrə 3000 kv.m (faktiki 2984 kv.m) torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,6 kv.m olan 2 otaqlı fərdi yaşayış evi vardır. İddiaçı2 anası, digər iddiaçılar qardaşlarıdır. İddiaçılardan İddiaçı3 evə köçmək tələbindən imtina etmişdir. Hədiyyə verən şəxslərin məhz 0,30 torpaq sahəsində tikilmiş evə köçəcəkləri ilə bağlı hazırda mübahisələndirdikləri evi, atası hərbçi olan və döyüş bölgəsində qulluq edən, yetkinlik yaşına çatmamış Cavabdeh3 bağışlamışlar. Mübahisə predmeti barəsində tələb irəli sürən iddiaçılar Xaçmaz rayonu, Bostançı kəndində 0,13 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evini Cavabdeh3 bagışlanmasını 23 iyul 2015-ci il tarixdə qanunvericiliyin tələblərinə uygun rəsmiləşdirilməsinə dair öz iradə ifadələrini yazılı şəkildə bildirmişlər. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddiaçıların maraqlarını müdafiə etməklə qərəzli mövqe tutmuş və bununla da maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə çıxarmışdır. Qətnaməni tam olaraq əsassız hesab edir. Çünki mübahisəli əmlak, yəni torpaq və onun üzərində inşa edilmiş ev iddiaçıların öz iradələri əsasında Cavabdeh3 bağışlanıb. Bağışlanma müqaviləsinin ləğv edilməsinin 1 il müddəti olduğu halda, iddiaçılar 3 ildən sonra, yəni 2018-ci ildə bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia qaldırıblar. Apellyasiya baxışı zamanı Cavabdeh3 və Cavabdeh1 hüquqi varisi Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə razıdır, Xudat şəhərindəki evi özü tikmişdir. 7-8 il xəstə və çətin xasiyyətli yoldaşına baxmışdır. İllərlə əziyyət çəkmişdir. Həm əri Vəzirxana, həm də oğlu Aynura baxmışdır. Apellyasiya baxışı zamanı digər iddiaçılar və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. İş üzrə 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsini iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissəsində yoxlayır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-6491/21 saylı, 17.11.2021-ci il tarixli qərarı ilə mülki iş yalnız İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissəsində araşdırılması üçün yeni apellyasiya baxışına göndərilmişdir. Kollegiya məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən- “İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsinə dair iddialarının təmin edilmiş hissəsində” ləğv edilməli, həmin hissədə İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.05.2015-ci il tarixli çıxarışdan görünür ki, Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, ümumi birgə mülkiyyətlərinə verilmiş, 0,13 ha torpaq sahəsi isə Cavabdeh1, R.S.İsayevanın, İddiaçı3, İddiaçı1 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. 23 iyul 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2, Cavabdeh1, İddiaçı3, İddiaçı1 və İddiaçı3 Xaçmaz rayonu Bostançı kəndində 0,13 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini Cavabdeh3 bağışlamışlar. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 186,0 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xaçmaz RMX-nın 25.06.2018-ci il tarixli, 1352 nömrəli məktubundan müəyyən olunur ki, 1981-ci il təvəllüdlü İddiaçı1 2011-ci il tarixdən «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz Rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatdadır. AR DT və AK Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 25.12.2003-cü ildə verilmiş Qeydiyyat Vəsiqəsindən və fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, Xaçmaz rayonunun Bostançı kəndində İddiaçı1 sənəd üzrə 3000 kv.m (faktiki 2984 kv.m) torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,6 kv.m olan 2 otaqlı fərdi yaşayış evi vardır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına iddiaçılar tərəfindən təqdim edilmiş Xaçmaz Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli, 2(067)-1995/2021 saylı qətnaməsindən müəyyən olunur ki, ərizəçi İddiaçı2 ərizəsi təmin edilərək 11.03.1981-ci il təvəllüdlü İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı4 Xaçmaz rayonu Bostançı kəndində yerləşən Cavabdeh3 mülkiyyətində olan yaşayış evinə köçürülməsi, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun 23.07.2015-ci il tarixli bağışlama müqaviləsi, Cavabdeh3 adına verilmiş DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışın qismən etibarsız hesab edilərək Xaçmaz rayonunun Bostançı kəndində yerləşən İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0,13 ha həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanmasına aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6491/21 saylı, 17.11.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçılar Aynur, Püstəxanım və İddiaçı4ləri evə köçürməklə bağışlama müqaviləsini və həmin müqavilə əsasında verilmiş Reyestrdən çıxarışı qismən etibarsız hesab edərkən iddianın təmin olunmamış hissəsinin nədən ibarət olmasını, yəni iddianın hansı hissədə rədd olunmasını dəqiqləşdirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakılardan ibarət olmuşdur:
1. 0,13 ha torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin bağışlanmasına dair Xaçmaz rayon 1 saylı notariat kontorunda 23.07.2015-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Cavabdeh3 adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi
2. iddiaçıların yaşayış evinə köçürülməsi (İddiaçı3 başqa) İş materiallarından görünür ki, RX seriyalı, ******* nömrəli, 15.05.2015-ci il tarixli çıxarışla Xaçmaz rayonu Bostançı kəndində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olmuş, yalnız 0,13 ha torpaq sahəsi Cavabdeh1, R.S.İsayevanın, İddiaçı3, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətlərində olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iddianı qismən təmin edərkən iddianın təmin olunmayan hissəsi ilə bağlı araşdırma aparmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 9.1-ci bəndinə əsasən iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Birinci instansiya məhkəməsi isə qətnamənin nəticə hissəsində iddianın qismən təmin olunmasını göstərsə də, iddianın hansı hissədə təmin olunmamasını göstərməmiş və həmin nəticəsini əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yaşayış evinin bağışlanmasına dair Xaçmaz rayon 1 saylı notariat kontorunda 23.07.2015-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi hissəsi və çıxarışın yaşayış evinə aid olan hissədə etibarsız hesab olunması ilə bağlı araşdırma aparılmadığı görünür. İddiaçılar isə həmin qətnamə ilə razılaşmış, iddia həmin hissədə rədd olunmasına baxmayaraq, onu mübahisələndirməmişlər. Digər tərəfdən, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-6491/21 saylı, 17.11.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mübahisə iddiaçıların evə köcürülməsi hissəsində işdə olan sübutlara və qanunun tələblərinə uyğun həll edildiyindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1721/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ali Məhkəmənin həmin qərarında həmçinin qeyd olunmuşdur ki, bağışlama müqaviləsi yalnız İddiaçı1 xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşməməsinə görə Mülki Məcəllənin 346.1-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız sayılmış, digər iddiaçıların bağışlama müqaviləsinin evdə yaşamaq şərti ilə imzalamalarına dair dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi iddianın əsaslılığını yoxlamamış və işin həmin hallarına qiymət verməmişdir. Halbuki, işdən göründüyü kimi, bağışlama müqaviləsi və Dövlət Reyestrindən çıxarış onların da iddiaları təmin olunmaqla etibarsız hesab edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakılarə qeyd edtməyi zəruri hesab edir: İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərkən onlardan İddiaçı1 “Oliqofreniyanın debillik forması” diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olmaqla bağışlama müqaviləsinin bağlanmasına razılıq verərkən hərəkətlərinin mənasını dərk etməməsini, digər iddiaçıların isə evdə qalıb yaşamaq şərti ilə müqaviləni imzalamalarını əsas göstərmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki bağışlama müqaviləsi hər hansı bir şərtdən asılı edilməmiş və “hədiyyə alan” “hədiyyə verən” qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Belə ki, mübahisələndirilən bağışlanma müqaviləsində onun hər hansı şərtlə bağlanması müəyyən olunmur. Kollegiya hesab edir ki, iddianın bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissəsində təmin olunması üçün iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 istinad etdikləri-iddiaçıların bağışlama müqaviləsini şərtlə imzalamalarına dair dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçıların istinad etdiyi digər bir dəlil- İddiaçı1 «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz MRX-nın psixatrik kabinetində qeydiyyatda olması, mütəmadi olaraq müalicələr alması dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən işin həmin halına qiymət verilmiş, bağışlama müqaviləsi və çıxarış yalnız İddiaçı1 xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşməməsinə görə Mülki Məcəllənin 346.1-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız sayılmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-6491/21 saylı, 17.11.2021-ci il tarixli qərarı ilə mülki iş yalnız İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi hissəsində araşdırılması üçün yeni apellyasiya baxışına göndərilmişdir. Kollegiya qeyd edir ki, İddiaçı1 «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz MRX-nın psixatrik kabinetində qeydiyyatda olması digər iddiaçılara münasibətdə onların iddiasının təmin olunması üçün əsas ola bilməz. Bu səbədən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən- “İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsinə dair iddialarının təmin edilmiş hissəsində” ləğv edilməli, həmin hissədə İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən- “İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsinə dair iddialarının təmin edilmiş hissəsində” ləğv edilsin. Həmin hissədə İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.