Məhkəmə qərarları › İş №2(105)-621/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-621/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-621/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X12 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(074)-1137/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları A № 520329 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X8 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə 1111,4 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. AZ-İ № 243909 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2007-ci il tarixdə ölmüşdür. A № 520380 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 1213,16 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X21 Filialının 15 aprel 2014-cü il tarixli Arxiv Çıxarışına əsasən Şamaxı RİH-nin Məlhəm kənd İƏD-i nümayəndəliyinin 1991-1995-ci illərin Əngəxaran kəndi üzrə qaytanlanmış təssərüfatbaşına kitablarında Əngəxaran kənd sakini şəxsi hesab №-si 775 olan İddiaçı təssərüfatında 0,12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli **********50 saylı İddiaçı ünvanlanan məktubuna əsasən təqdim edilən sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarına əsasən həyətyanı məqsədilə mülkiyyətinizə verilmiş 0,12 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A N 520380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi elektron baza xəritəsində öz əksini tapmamışdır. Torpaq sahəsinin faktiki koordinatları isə mövcud elektron baza xəritəsində örüş torpoaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 avqust 2022-ci il tarixli № **********82 saylı məktubundan görünür ki, Şamaxı ərazi şöbəsinə təqdim etdiyi 19 iyul 2022-ci il tarixli izahatda Şamaxı rayonu keçmiş Əngəxaran bələdiyyəsinin sədri vəzifəsində çalışmış Cavabdeh1 X5 təxminən 7,90 hektar, X3 təxminən 6,30 hektar və X2 təxminən 0,24 hektar, həmçinin ləğv edilmiş X22 Komissiyası tərəfindən keçmiş Əngəxaran bələdiyyəsi ərazisində yaşamayan Cavabdeh2 Camula oğluna, X13, X14, Cavabdeh1, İddiaçı və X8 torpaq sahələrinin verildiyi qeyd edilmişdir. Araşdırma zamanı Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsindən verilən məlumata əsasən X4 ümumilikdə 6,98 hektar olmaqla 3 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının dövlət qeydiyyatına alındığı, X3 isə ləğv edilmiş DTXK tərəfindən 6,30 hektar torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənildiyi məlum olmuşdur. Həmçinin, X2 "aid kadastr baza məlumatlarında hər hansı bir torpaq sahəsinin olması barədə məlumat aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin əməkdaşları tərəfindən adları izahatda qeyd edilən digər şəxslərlə bağlı onların iştirakı ilə əraziyə baxış keçirilmiş, götürülmüş koordinatlar kadastr baza xəritəsində yoxlanılan zaman onlara aid hər hansı torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Şamaxı rayon Prokurorluğunun İddiaçı ünvanlanmış 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Məlhəm bələdiyyəsinin sabiq sədri Cavabdeh1 qanunsuz hərəkətləri barədə ərizəniz əsasında rayon prokurorluğunda aparılmış araşdırma zamanı X1 vermiş olduğu izahatın surətinin Sizə təqdim edilməsinə dair xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə bağlı Sizə izah edilir ki, ilkin yoxlama materiallarına əlavə edilmiş sənədlərin əslinin və ya surətinin hər hansı bir şəxsə, o cümlədən müraciəti əsasında araşdırma aparılmış şəxsə təqdim edilməsi Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. Bununla belə, sorğunuza cavab olaraq bildirilir ki, ərizəniz əsasında aparılmış araşdırma zamanı X6 izahatında göstərmişdir ki, Şamaxı rayonunun Əngəxaran kəndində onun adına torpaq islahatı zamanı verilən 0,4 ha torpaq sahəsi vardır, kənd bələdiyyəsi tərəfindən əri Cavabdeh1 bələdiyyə sədri işlədiyi vaxt və digər vaxtlarda ona heç bir torpaq sahəsi verilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsində daxil olmuş məktubdan görünür ki, Cavabdeh1, X1, X10 adlarında JN-121 kod 41001038 nömrəli dövlət aktına əsasən Şamaxı rayonunun Əngəxaran kəndi ərazisində yerləşən ümumi mülkiyyətlərində 2,26 ha pay torpaq sahəsi vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona saxta sənəd verərək ondan aldığı külli miqdarda 850 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 16 saylı qərarı ilə 1111,4 kv.m həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət torpaq Kadastrı kitabında AN- 520329 saylı xx.xx.2014-cü il tarixli 468 nömrə ilə uçota mərhum atası X7 adına almışdır. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 11 saylı qərarı ilə 1213.16 kv.m həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət torpaq Kadastrı kitabında AN-520329 saylı xx.xx.2014-cü il tarixli 478 nömrə ilə uçota İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, **********82 saylı məktubla X7 müraciətinə baxılmış və Cavabdeh1, İddiaçı və digər şəxslərə torpaq sahələrinin verildiyi qeyd edilmişdir. Araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Katasdırın və Reyestrin Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşları tərəfindən adları izahatda qeyd edilən İddiaçı və X7 adına olan torpaq sahəsinə, əraziyə baxış keçirilmiş, götürülmüş koordinatlar kadastr baza xəritəsində yoxlanılan zaman onlara aid hər hansı torpaq sahəsi barədə məlumat aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası X21 filialının 253 saylı, 15 aprel 2014-cü il tarixli Arxiv Çıxarışda görünür ki, Şamaxı RİH-nın Məlhəm kənd İƏD nümayəndiliyinin 1991-1995-ci illərinə Əngəxaran kəndi üzrə Qaytanlanmış təsərrüfatıbaşına kitabında Əngəxaran kənd sakini şəxsi hesab nömrəsi 775 olan İddiaçı təsərrüfatında 012 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********50 saylı məktubda təqdim etdiyini sənədlər əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 11 saylı qərarı ilə 1213,16 kv.m həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət torpaq Kadastrı kitabında AN-520329 saylı xx.xx.2014-cü il tarixli 478 nömrə ilə uçota İddiaçı adına torpaq sahəsinin plan və ölçüsü sənədi elektron baza xəritəsində öz əksini tapmamışdır. Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(074)-1137/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Natiq İsmayılov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona saxta sənəd verərək ondan külli miqdarda 850 manat pul verməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1137/2022 nömrəli 06 dekabr 2022-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək iş üzrə yeni qətnamə qət etməklə iddia tələbinin təmin edilməsini, 850 manat pul iddia tələbi üzrə 30 manat iddia rüsumu ödəməli olduğu halda, iş üzrə ona dövlət rüsumu kimi əlavə ödətdirilmiş 70 manat pulunun özünə qaytarılması barədə də qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 16 saylı qərarı ilə 1111,4 kv.m həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında AN-520329 saylı xx.xx.2014-cü il tarixli 478 nömrə ilə uçota mərhum atası X7 adına verilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşları tərəfindən o - İddiaçı və mərhum atası X7 adına olan torpaq sahəsinə əraziyə baxış keçirilmiş və götürülmüş koordinatlar kadastr baza xəritəsində yoxlanılan zaman onlara aid hər hansı torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Ona məxsus torpaq sahəsinin faktiki koordinatları mövcud elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Halbuki iş materiallarına daxil edilmiş Azərbaycan Respublikası X21 filialının 253 saylı, 15 aprel 2014cü il tarixli Arxiv çıxarışından görünür ki, Şamaxı RİH-nın Məlhəm kənd İƏD nümayəndəliyinin 1991-1995-ci illərinə aid Əngəxaran kəndi üzrə Qaytanlanmış təsərrüfat-başına kitabında onun adına hesab nömrəsi 775 olmaqla təsərrüfatında 0,12 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsində bildirmişdir ki, ona verilmiş bu sənədlər saxtadır və həmin sənədlər ona verilərkən Cavabdeh1 ondan 850 manat pul almışdır. Cavabdeh2 cavabdeh qismində ona görə qeyd etmişdir ki, ona məxsus arxiv sənədi onda olmuşdur. O, özünə məxsus torpaq sahəsinə Çıxarış almaq istəyərkən onun torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron baza xəritəsində öz əksini tapmadığı ona bildirilmişdir. Məhkəmənin qətnaməsindən görünür ki, torpaq sənədləri işi üzrə ekspertiza aparılmalı olduğu halda məhkəmə qeyri-dəqiq qətnamə qət etmişdir. Məhkəmənin qətnaməsi kifayət qədər ciddi, dürüst və əsaslı olmalıdır, hazırkı kimi qeyri-ciddi olmamalıdır. Digər tərəfdən isə aşkar görünür ki, cavabdehlərin əməllərində cinayət tərkibi vardır. İş üzrə Şamaxı Rayon Məhkəməsinin qətnaməsində işin bütün faktiki halları tam aydınlaşdırılmamış, ekspertlərin rəyləri natamam olduğundan qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməmişdir. Qeyd etdiyi səbəblərdən iş üzrə maddi və prosessual hüquq normaları pozulmuş və bu da düzgün olmayan qətnamə qət edilməsi ilə nəticələnmişdir. Şamaxı Rayon Məhkəməsində hazırkı 850 manat pul iddia tələbi üçün ona 100 (yüz) manat rüsum ödətdirdilər ki, bu fakt məhkəmənin qətnaməsinin nəticə hissəsində yazılmışdır. Lakin sonradan öyrənmişdir ki, qeyd etdiyi iddia rüsumu 30 (otuz) manat olmalı imiş. Ona görə də ona dövlət rüsumu kimi əlavə ödətdirilmiş 70 manat pul onun özünə qaytarılmalıdır. Digər tərəfdən isə, qanuni ödəməli olduğu iddia rüsumu 30 manat olduğuna görə o, hazırkı apellyasiya şikayəti üçün onun yarısını – yəni 15 (on beş) manat rüsum ödəyir. Beləliklə, hesab edir ki, ona verilmiş saxta torpaq sənədlərinə görə şikayəti üzrə tam müfəssəl ekspertiza rəyi əldə olunmaqla haqlı iddia tələbi aşkar oluna bilər. Bu əsasda Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qət edilməklə apellyasiya şikayəti təmin olunmalıdır Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1137/2022 nömrəli 06 dekabr 2022-ci il tarixli qətnaməsini tamamilə ləğv edilməsini xahiş etmişdir Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi hesab edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsaslar gətirilməmiş, o, 850 manat pulu cavabdehlərə verməsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin torpaq sənədləri üzrə ekspertiza aparılmalı olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi 850 manat pulun qaytarılması ilə bağlı olduğundan və torpaq sahəsi ilə bağlı məsələ hazırkı mülki iş üzrə mübahisənin predmeti olmadığından həmin halların araşdırılmasına hər hansı zərurət yoxdur. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumumnun 30 manat olmasına baxmayaraq, məhkəmə qətnaməsində ondan 850 manat pul tələbi üçün 100 (yüz) manat rüsumun tutulması qət edilmişdir, ona görə də ona dövlət rüsumu kimi əlavə ödətdirilmiş 70 manat pul onun özünə qaytarılmalıdır. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmiş, məhkəmə qətnaməsi ilə iddiası təmin edilmədiyindən ödənilmiş 100 manat rüsumun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi verərkən iddiaçı rüsumun qaytarılması tələbini irəli sürmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq dövlət rüsumunun iddiaçının ödədiyi məbləğdə ona aid edilməsi qənaətinə gəlmişdir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü mddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(074)- 1137/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(074)-1137/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar