Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-642/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan payın əvəzinə kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-359/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-359/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh qarşı Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hisəssinin naturada bölgüsü mümkün olmadığından, Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyərinin 16.000 manat müəyyən edilməsi, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh Şamailovnaya məxsus olan 1/8 hissəsinin 2000 manat kompensasiya ilə əvəz edilməsi, keçirilmiş məhkəmə tikintitexnikası ekspertizası xərci 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir (hakim R.T.Həsənov Qoşqarlı). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın 1/8 hissəsində payına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın 1/8 hissəsində payının naturada ayrılması, bu mümkün olmadıqda isə Cavabdeh Şamailovnanın 1/8 hissəsində payın kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. “Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin (Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı) həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik payı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mabahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehin qeyd edilən əmlakda payı 1/8 hissəsidir. İddiaçının payı isə 7/8 hissədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehin payı mülkiyyətdə cüzidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən olunur ki, paylı mülkiyyətdə olan payın iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Şamailoviçin cavabdeh X3rşı Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hissəsinin naturada bölgüsü mümkün olmadığından Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyəri 16.000 manat müəyyən edilməli, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin cavabdeh X4 məxsus olan 1/8 hissəsi 2000 manat kompensasiya ilə əvəz edilməlidir. Hesab edir ki, məhkəmə düzgün qətnamə qəbul etməmiş, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, istinad etdiyi qanunları düzgün tətbiq etməmiş, mənim mülkiyyət hüquqlarımı qoruyan Azərbaycan Respublikasının Mülki Məcəllənin, Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrini və digər qanunları tətbiq etməli olduğu halda tətbiq etməmiş, maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozmuş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada ona xəbər verməmiş, işdə iştirak etməli olduğu halda iştirakını təmin etmədən işə baxaraq qanunsuz olaraq onun hüquq və vəzifələrinə dair hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Məhkəmə iddianın əsası kimi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyini göstərmiş, lakin bunun nədə ifadə olunduğunu və buna hansı səbəblərin oluğunu göstərə bilməmişdir. Bundan başqa məhkəmə onun payının mülkiyyətdə cüzi olduğunu göstərmiş, lakin həmin cüziliyin hansı elmi biliklərə əsaslandığını göstərməmişdir. İşin hallarından göründüyü kimi mülkiyyətdə onun payı 1/1000 olmaqla cüzi yox, 1/8 olmaqla istifadə üçün kifayət edicidir. Digər tərəfdən, mülkiyyətində olan payın digər tərəflə müqayisədə az təşkil etməsi mülkiyyətindən və yaşayış yerindən onun məhrum edilməyinə əsas ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 220-ci maddəsini və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarını düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddənin mənasına görə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında əşyanın bölünə bilməsi nəzərdə tutulmuş, eyni zamanda paylı mülkiyyətin mülkiyyətçisinə onun öz payının ayrılmasını tələb etmək, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilmək, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olması nəzərdə tutulmuşdur. Həmin qanundan göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisinə, özgə payına kompensasiya ödəmək yolu ilə xitam verilməsi hüququ nəzərdə tutulmamışdır. Yalnız ayrılmaq istəyən iddiaçı öz payının dəyərinin onun tərəfindən ona ödənilməsini istəmək hüququna malikdir və həmin hüquq onun qarşısında bu barədə vəzifə qoymur. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)-359/2020 saylı, xx.xx.2020-ci il qətnaməsinmin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş edir. PROSES İŞ T İ R A K Ç İ L A R İ N İ N İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Əhməd oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsi iddiaçı və cavabdehin paylı mülkiyyətindədir. Paylı mülkiyyətində iddiaçının payı 7/8, cavabdehin payı isə 1/8 hissədir. Cavabdehin payı mülkiyyətdə cuzi olsa da, cavabdehlə payın ayrılması üsülü və şərtləri haqqında razılığa gələ bilməmişlər. Yəni, iddiaçı təklif etmişdir ki, paylı mülkiyyətdə olan payının dəyəri ona pul şəkilində ödəsin. Belə ki, onun payı 1/8 hissə təşkil etdiyindən naturada ayrılması qeyri-mümkündür. Evin sahəsi ümumilikdə 28,5 kv.m olduğu üçün 28,5 kv.m sahənin 1/8 hissəsi 3.56 kv.m təşkil edir. Evin yerləşdiyi 0.03 ha torpaq sahəsinin 1/8 hissəsi isə 0,00375 ha təşkil edir. Göründüyü kimi cavabdehin payı ümumi əmlakdan çox cuzidir. Cavabdehin ünvan 1 ünvanında hər cür şəraiti olan evi vardır. Onun mübahisə predmeti olan yaşayış evindən mühüm mənafeyi yoxdur. Cavabdeh iddiaçının təklifinə razı olmur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 359/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışdan görünür ki, Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 28,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi və yaşayış evinə İddiaçı 7/8 payı, Cavabdeh Şamailovnanın isə 1/8 payı müəyyən edilmişdir. İş üzrə verilmiş “xxxx” MMC-nin 01/219 saylı, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışa əsasən İddiaçı və Cavabdeh Şamailovnaya məxsus olan ünvan 2 yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçının payının (7/8 hissə) və cavabdehin payının (1/8 hissə) naturada bölgüsü mümkün deyildir. İş üzrə keçirilmiş 10/693 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışa əsasən iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və məhkəmə TikintiTexniki X1 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş üzrə verilmiş “xxxx” MMC-nin 01/392 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 28,5 kv.m sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 16.000 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışına əsasən Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsi iddiaçı və cavabdehin mülkiyyətlərinə verilmişdir. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə cavabdehin 1/8 payının ayrılmasını tələb etsə də mülki iş üzrə təyin edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi və tikinti-texnika ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh Şamailovnaya məxsus olan ünvan 2 yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçının payının (7/8 hissə) və cavabdehin payının (1/8 hissə) naturada bölgüsü mümkün deyildir. Belə ki, sözügedən 0.03 ha torpaq sahəsinin 1/8 pay bölgüsündən alınan 37.5 m2 hissəsinin və 28.5 m2 fərdi yaşayış evinin 1/8 pay bölgüsündən alınan 3.563 m2 hissəsinin beynəlxalq və yerli standartlara əsasən adam başına düşən minimum yaşayış sahəsi normalarından aşağı olduğundan mübahisələndirilən evin və onun yerləşdiyi torpaq sahəsinin 1/8 hissədə bölgüsü mümkün olmamışdır. Lakin iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin bazar dəyərinin müəyyən edilərək, cavabdehin payına düşən 1/8 hissəsinin kompensasiya ödənilməsi ilə əvəz edilməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 28,5 kv.m sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 16.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasınıtələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Müəyyən edilmişdir ki, məhkəmə Azərbaycan Respublkası Mülki Məcəlləsinin 220ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab etmişdir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehin qeyd edilən əmlakda payı 1/8 hissə, iddiaçının payı isə 7/8 hissədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehin payı isə paylı mülkiyyətdə cüzidir. İş materiallarından görünür ki, paylı mülkiyyətdə olan iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hisəssinin naturada bölgüsü mümkün olmadığından, Quba rayonu, Qırmızı qəsəbə, Raşbil Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyəri 16.000 manat müəyyən edilməli, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh Şamailovnaya məxsus olan 1/8 hissəsi 2000 manat kompensasiya ilə əvəz edilməldir. Bundan başqa məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə 100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-359/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-642/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-642/2021
09.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver