Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-648/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icarə obyektinin geri qaytarılmaması ilə bağlı kompensasiya məbləğinin tutulması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İlk İddiaçı, onun vəkili Vəkil3, Qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakları ilə, İlk İddiaçı Cavabdeh qarşı 2016-2017-ci illər üzrə icarə haqqı aylıq 1.000 manatdan olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, ümumilikdə 177.000 manat pulun ödənilməsi tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı 250.140 manat pulun tutulmasına dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(060)-53/2022 nömrəli qətnaməsindən ilk iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə bağlanmış Sumqayıt şəhəri, N.Nərimanov və 20 yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrinin arasındakı ərazidə 144 kv.m. torpaq sahəsində ticarət obyektinin icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh həmin obyektdən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2271/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1051 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, kitabçanın 1-ci səhifəsində olan “aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr” aylarına dair “imza” qrafasındakı imzalar ilə kitabçanın 1-ci səhifəsində olan “noyabr” ayına dair “imza” qrafasındakı imzamüxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Rəydə ekspert qarşısında qoyulan 2-ci suala (- İşə əlavə olunan dəftərdəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?) cavab verilmiş, 1-ci suala (-İşə əlavə olunan dəftərdəki imzalar İddiaçı məxsusdurmu?) isə cavab verilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1407 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş kitabçanın 1-ci səhifəsində “İmza” qrafasında “mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr” aylarına dair imzaların (09 imza) İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Ğ=İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 173 manat təşkil etdiyi göstərilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin göndərilməsi barədə bildirişdən görünür ki, X2 hesabına "xxxx" ASC-nin Sumqayıt filialı ilə 2.000 manat məbləğində pul köçürmüşdür. Köçürmənin nəzarət nömrəsi: **********0944-384856-dır. 231633/18 saylı icra işindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6090/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, sözügedən mülki iş üzrə icraya yönəldilmiş qətnamənin icrasının təcili olaraq təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qeyd olunan icra sənədinin tam qaydada yerinə yetirilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixədək vaxt verilməsi barədə ərizə ilə müraciət etmişdir. 231633/18 saylı icra işi materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020ci il tarixli aktından görünür ki, icra sənədində göstərilən tələb tərəflərin iştirakı ilə tam qaydada yerinə yetirilmiş, sözügedən obyekt açarlarla birlikdə İddiaçı təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixli akta əsasən xitam verilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/619 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “mart”, “aprel”, “may”, “iyun”, “iyul”, “avqust”, “sentyabr”, “oktyabr” aylarının qarşılarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “noyabr” qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2016-2017ci il üzrə icarə haqqı aylıq 1.000 manatdan olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək isə əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat, ümumilikdə 126.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, "xxxx" ASC-yə qalıq borc olaraq 600 manat, ümumilikdə 188.600 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1.000 manat olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək isə əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat, cəmi 177.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrin arasındakı ərazidə 144 kv.m torpaq sahəsində olan ticarət obyektinin sahibidir. xx.xx.2012-ci ildə icarə müqaviləsinə əsasən cavabdehə sözügedən ticarət obyektini bir il müddətinə icarəyə vermişdir. Uzun illər həmin qeyri-yaşayış obyekti qeyd olunan icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olmuşdur. Lakin cavabdeh 2016-cı ildən öz icarə öhdəliklərinin icrasından boyun qaçırmışdır. Cavabdeh ona məxsus obyekti tərk etməkdən imtina etmiş, obyekti ona qaytarmamışdır. Nəticədə, 2017-ci ilin dekabr ayında məhz bu səbəbdən cavabdehin obyektdən çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə məcbur qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 6090/2017 saylı qətnaməsinə əsasən cavabdehlə bağlanmış icarə müqaviləsinə xitam verilmiş və onun həmin obyektdən çıxarılması qərara alınmışdır. Lakin məhkəmənin qətnaməsinə baxmayaraq, cavabdeh məhkəmə qətnaməsinin icrasından boyun qaçırmış, ticarət obyektini tərk etməmiş, bütün bu zaman ərzində də obyektdən 2020-ci ilin dekabr ayının 11-nə qədər kommersiya məqsədi ilə istifadə edərək ona məxsus obyektdən külli miqdarda gəlir götürmüşdür. Cavabdeh 2016-cı ilin dekabr ayından xx.xx.2017-ci il tarixinədək toplam 12 ay ərzində aralarında bağlanmış müqavilə dəyəri olan aylıq 1000 manat, ümumilikdə 12000 manat icarə haqqını ödəməmişdir. Bundan əlavə məhkəmə qərarı ilə icarə müqaviləsi ləğv olunduqdan sonra cavabdeh obyekti tərk etməmiş, nəticədə 3.500 manat aylıq icarə haqqı ödəməyə razı olan müştərilərlə müqavilə bağlaya bilməmiş və mənfəəti itirmişdir. Odur ki, qətnamə çıxarılan tarixdən, 2017-ci ilin dekabrından obyekti tərk etdiyi – 2020-ci ilin dekabrınadək olan dövr üçün ayda 3.500 manat olmaqla, toplamda 126.000 manat (3.500 man. x 36 ay) əldən çıxmış faydanı tələb edir. Cavabdeh ona həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsini, İddiaçı 250.140 manat pulun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə həmin qeyri-yaşayış sahəsini təmirsiz icarəyə götürərək, öz şəxsi vəsaiti hesabına tam təmir etdirmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinin təmirinə 150000 manatdan artıq vəsait xərcləmişdir. Bundan əlavə, qarşı tərəf ona mənəvi ziyan da vurmuşdur. Belə ki, cavabdeh işçilərin gözü qarşısında ona hədə qorxu gəlmiş, ədliyyə işçilərini kafeyə tökərək nümayişkaranə şəkildə kafeni bağlatdırmış, sonra isə öz istəklərini ona qəbul etdirmək üçün onun şərəf və ləyaqətinə, biznes fəaliyyətinə ləkə vuran hərəkətlər etmişdir. O zaman onun təzyiqi qalxmış, ətrafda olan şəxslər ona tibbi yardım göstərmişlər. Beləliklə onun imicinə də ziyan dəymişdir. Ona 100000 manat mənəvi ziyan dəymişdir. O, vəkillə müqavilə bağlayaraq xidmət haqqı kimi kassaya 210 manat və dövlət rüsumu kimi 30 manat pul ödəmişdir. Odur ki, məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunması xahiş olunur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-53/2022 saylı qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) ilk və qarşılıqlı iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında birinciyə məxsus əmlakın ayda 1.000 manat müqabilində icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış və həmin sazişə xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilərək sonuncunun bu obyektdən çıxarılması qərara alınmışdır. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh 2020-ci ilin dekabr ayınadək obyektdən çıxmamış, bu dövrdə 9.000 manat ilkin iddia üzrə iddiaçıya, 2.000 manat isə Elşən Balakişiyevə icarə haqqı ödəmişdir. 2020-ci ilin noyabr ayında iddiaçının nümayəndəsi icra qurumuna müraciət etmiş və həmin ilin dekabrında cavabdeh obyekti təhvil vermişdir. Məhkəmə 2016-cı ilin dekabrından 2017-ci ilin dekabr ayınadək icarə haqqının ödənilibödənilməməsi və sonuncu tarixdən 2020-ci ilin dekabrınadək icarə münasibətlərinin mövcud olubolmaması barədə işin mübahisəli halları ilə bağlı qeyd etmişdir ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamələrindən görünür ki, iddiaçı cavabdehin icarə müddəti başa çatdıqdan sonra ona məxsus obyektdən çıxmamasına görə sözügedən tələblə məhkəməyə müraciət etmişdir. Bu məhkəmə qərarlarında, eləcə də hazırki mübahisə ilə əlaqədar araşdırılan həmin mülki iş materiallarında cavabdehin icarə haqqı ödəməməsi, həmçinin mübahisənin bu səbəbdən yaranmasına dair hər hansı sübuta rast gəlinmir. Buradan aydın olur ki, mübahisə icarə haqının ödənilməməsinə görə deyil, müqavilənin müddətinin iddiaçı tərəfindən uzadılmaması, cavabdehin isə obyektdən çıxmaması ilə bağlı yaranmışdır. Əks halda həmin iş üzrə iddiaçı cavabdehə qarşı icarə haqqının ödənilməməsinə dair tələb irəli sürmək imkanını da həyata keçirərdi. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, hazırkı iş üzrə ilkin iddiaçının 2016- 2017-ci illər ərzində icarə haqqının ödənilməməsi barədə dəlili əsaslı deyildir. Məhkəmə həmçinin işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11.000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, 2017-2020-ci ilin dekabrınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır. Məhkəmə işin faktiki hallarına toplanmış və tədqiq olunmuş sübutlarla məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçının 2017-ci il tarixədək qüvvədə olan icarə müqaviləsindən irəli gələn 2016-2017-ci illər üzrə icarə haqqı tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Belə ki, həmin dövr üzrə icarə haqqı ödənilməsi müqavilə tələblərinə əsasən iddia olunur və iddiaçı pozulmuş hüquqları barədə artıq xx.xx.2017-ci ildə məhkəməyə ərizə ilə müraciət edən zaman bilməli idi. Hazırkı tələb isə xx.xx.2021-ci ildə məhkəməyə birbaşa daxil olmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 675, 7001 və 705-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunvericilik kompensasiyanın icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarəyə götürdüyü obyekti qaytarmadıqda tələb edilə bilməsini nəzərdə tutur. İşin hallarından isə 2017-2020-ci illər ərzində də icarə hüquq münasibətlərinin davam etməsi aydın olur ki, bu da İddiaçı həmin dövr üzrə kompensasiya tələb etmək hüququnun yaranmasını istisna edir. 22. Bununla yanaşı, bu norma kompensasiyanın məbləği kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin tələb edilə bilməsini nəzərdə tutmuşdur. Qeyd olunan qanunvericiliyin tələbinə dair ilkin iddia üzrə iddiaçı hər hansı sübut təqdim etməməklə yanaşı, ümumiyyətlə müvafiq dövrdə icarə hüquq münasibətlərinin mövcud olmamasını əsas gətirərək əldən çıxmış fayda tələb etmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunvericilik əmlakın istismarı zamanı götürülə biləcək hər hansı abstrakt müəyyənləşdirilən faydanı deyil, əmlakın xassəsindən irəli gələn götürülməməsi mümkün olmayan (məsələn, sağmal inəkdən süd, həmişə məhsul verən bitkinin barı) və ya onun istismar praktikasında formalaşmış və əmlakın istifadəsi barədə artıq bağlanmış müqavilələr şəklində konkret sübutların olması ilə şərtlənən faydanı nəzərdə tutur. Məhkəmə araşdırması zamanı ilkin iddiaçı tərəfindən 2017-2020ci illər ərzində gəlir (fayda) götürəcəyi ilə əlaqədar müqavilə və ya hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən, hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən konkret dəlil və sübuta söykənməyən özünün mübahisəli əmlakdan gəlir əldə edə biləcəyi ehtimalı ilə şərtlənən tələbi əsassızdır. Məhkəmə cavabdehin obyektə çəkilmiş xərcin ödənilməsinə dair qarşılıqlı iddiasını onun dəlilləri ilə bağlı hər hansı sübut təqdim olunmadığından əsaslı hesab etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı tərəflərin bir-birinə mənəvi ziyan vurmaları təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 329.2, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 385.1, 386.1, 675, 700.1, 705, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4, 218.3-cü maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad etmişdir. İlk iddiaçının nümayəndəsi və vəkili həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11.000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlir ki, 2017-2020-ci ilin ayınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır. Məhkəmə başqa bir məhkəmə qətnaməsi ilə xitam verilmiş icarə müqaviləsinə öz mülahizələri əsasında şifahi müqavilənin bağlanması barədə don geyindirməyə çalışmaqla bir daha öz qeyri-obyektiv mövqeyini ortaya qoymuşdur. Qətnamənin 3 il ərzində icrasının tələb edilməməsi icarə münasibətinin uzaldılması deməkdir. Halbuki, həmin qətnamənin icra sənədləri bir dəfə naməlum şəkildə itirilmiş və tərəfindən həmin dövrdə etdiyi şikayətlər də itirilmişdir Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1249/22 nömrəli, 18 iyul 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-53/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(102)-6011/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1249/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsi tələbinin rədd olunmasına aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün göndərilmiş, qətnamə qalan hissədə (2016- 2017-ci illər üzrə icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar və etirazlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. İlk İddiaçı məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddiaçı Cavabdeh və onun nümayəndəsi X8 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(102)-6011/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1249/2022 nömrəli, 18 iyul 2022ci il tarixli qətnaməsi qismən - iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsi tələbinin rədd olunmasına aid hissədə ləğv edilib, iş həmin hissədə yenidən baxılması üçün göndərildiyindən, apellyasiya baxışının həddini qətnamənin həmin hisədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərlərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətini və onun dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat kompensasiya məbləğinin tutulmasına aid hissədə ləğv edilərək, bu hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə ilk iddia tələbi təmin edilməli, qalan mübahisələndirilən ilk iddia tələbinin vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini ilk iddia tələbi üzrə 2017-ci ilin dekar ayından 2020-ci ilin dekabr ayınadək olan müddətdə əldən çıxmış fayda qismində kompensasiya məbləğinin ödənilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi təşkil edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında müvafiq icarə obyektinə dair xx.xx.2012-ci il tarixdə icarə müqaviləsi bağlanılmış, icarə müqaviləsinin müddəti 1 il olmaqla, aylıq icarə haqqı 1000 manat olmuşdur. Tərəflər arasında faktiki olaraq icarə münasibətlərinin 2017-ci il (dekabr) tarixədək olan dövrdə davam etmişdir (bu halı hər iki tərəf qəbul edir). İşin mübahisəli halı ondan ibarətdir ki, ilk iddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsini qarşılıqlı iddiaçıya icarəyə verdiyini, daha sonra icarə münasibətlərinə xitam verildiyi halda, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınaədək olan müddətdə icarə obyektinin ona qaytarılmamasını əsas gətirərək, qeyd olunan ilk iddia tələbini irəli sürmüşdür. İlk iddia tələbi üzrə cavabdeh (bundan sonra cavabdeh) ilk iddia tələbini qeyd olunan hissədə qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, icarə münasibətləri həmin dövrdə davam etmiş, ilk iddiaçıya həmin müddət ərzində icarə haqqları hər ay ödənilmiş, heç bir borcu qalmamış, pandemiya dövründə isə həmin obyekt işləməmişdir (həmin dövrdə 2000 manat icarə haqqı ödəmişdir). İşin müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış müvafiq ticarət obyektinə dair xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh həmin obyektdən çıxarılması qət edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş, xx.xx.2020-ci il tarixdə icra edilərək, cavabdeh həmin obyektdən çıxarılmışdır. İş materiallarından görünür ki, icarə müqaviləsinin müddəti bitmişdir. İlk iddiaçı isə faktiki icarə münasibətlərinin 2017-ci ilədək (dekabr ayı) davam etdiyini qəbul etmişdir. Cavabdeh 2017-2020-ci il tarixlərdə həmin obyekti təhvil verməməsi halını ilk iddiaçı ilə aralarında olan icarə münasibətlərinin davam etdirilməsi, həmin müddət ərzində isə aylıq icarə haqqı (3500, 4000 və ya 5000 olmaqla, fərqli məbləğlərdə) ödənilməsi ilə əsaslandırmışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə mübahisə predmeti olan icarə obyektinə dair icarə müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə bitdiyindən, habelə icarə müqaviləsinə xitam verilməsi və həmin obyektin ilk iddiaçıya geri qaytarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, habelə faktiki icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı tərəflər arasında razılaşma olması halı müəyyən edilmədiyindən (ilk iddiaçı bu halı inkar etmişdir) nəticə etibarilə 2017-ci ilin dekabr-2020-ci il dekabr ayları olan müddətdə həmin icarə obyektinin faktiki davam edən icarə münasibətləri çərçivəsində cavabdehin qanuni sahibliyində olması halını sübutetmək öhdəliyi də məhz cavabdehin üzərinə düşür. Başqa sözlə, qeyd olunan hissədə məhz cavabdeh ilk iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Qeyd olunmalıdır ki, cavabdeh icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı sübut qismində dəftərçə təqdim edərək, həmin dövrdə icarə haqqını ödədiyini bildirmişdir. Həmçinin, həmin dəftərçənin məzmunundan görünür ki, icarə haqqı ödənişi 2017-ci ilin mart ayından başlayaraq, mart-noyabr ayı üzrə icarə haqqı məbləğləri (mart-avqust 3500 manat, sentyabrnoyabr 4000 manat olmaqla) ödənildi qeyd edilməklə, “kimə”qrafasında İddiaçı, imza qrafasında isə imza qeyd edilmiş, dekabr ayı, 2018-ci ilin yanvar-fevral ayları üzrə imza qarafasında “imza” qeyd olunmamışdır. İlk iddiaçı həmin halları təkzib edərək, imzanın ona məxsus olmaması halını bildirmişdir. Bununla əlaqədar məhkəmə araşdırması zamanı həmin dəftrəçədə qeyd olunan imzaların həqiqliyinin müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizası təyin edilmiş, ekspert rəyində qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “mart”, “aprel”, “may”, “iyun”, “iyul”, “avqust”, “sentyabr”, “oktyabr” aylarının qarşılarındakı imzalar - İddiaçı tərəfindən icra olunduğunu, ekspertizaya təqdim edilmiş, qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “noyabr” qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İlk iddiaçı tərəfindən ekspert rəyində qeyd olunan hallar təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehin özünün sübut qismində istinad etdiyi qeyd dəftərində də 2017-ci il dekabr-2020-ci il dekabr ayları üzrə hər hansı ödəniş edilməsi və bununla bağlı ilk iddiaçı tərəfindən imza edilməsi və ya hər hansı başqa qeyd yazısı mövcud olmamışdır. Ona görə də cavabdehin istinad etdiyi həmin qeyd dəftəri etirazın əsası kimi istinad edilən halları təsdiq etməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və cavabdehin mübahisə predmeti olan obyektdən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi məhz xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, həmin məhkəmə qətnaməsindən məhz cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməmiş, həmin məhkəmə qətnaməsinin icra olunmasına dair icra vərəqəsi xx.xx.2018-ci il tarixdə verilmiş, icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İlk iddiaçı xx.xx.2020-ci il tarixdə müvafiq icra şöbəsində ərizə ilə mürcaiət edərək, qətnamənin icrasının təcili olaraq təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə icra məmurunun məktubuna əsasən icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən müvafiq icra şöbəsinə göndərilmiş, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müvafiq icra sənədi üzrə tələbin icrasının dayandırılması və ya möhlət verilməsi ilə bağlı borclu şəxsin icra məmuruna və ya məhkəməyə müraciəti və ya bu hallara dair məhkəmə qərardadının olması, habelə tərəflər arasında bununla bağlı hər hası razılaşmanın olması və ya belə bir razılaşma barədə icra məmuruna məlumat verilməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallarla bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, cavabdeh 2017-ci ilin dekabr-2020-ci ilin dekabr ayları üzrə ilk ididaçıya icarə haqqı ödəməsi halına istinad edərək, icarə münasibətlərinin davam etdirildiyini qeyd edir. Eyni zamanda iş materiallarından görünür ki, 2017-2020-ci illlər ərzində cavabdeh tərəfindən ona 9000 manat və 2000 manat ödənildiyindən, ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim etməsi və bu ərizənin iş materiallarına əlavə edilməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal özlüyündə tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi kimi qiymətləndirilməsinə əsas verməməklə, yuxarıda istinad olunan müəyyən olunmuş işin halları (müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu, ilk iddiaçının icarə münasibətlərinin davam etdirilməsini təkzib etməsi, tərəflər arasında bununla bağlı razılaşmanın olmaması və digər hallar) baxımından da həmin hal təkzib olunur. Həmçinin, qeyd olunmalıdır ki, müvafiq icarə obyektinin faktiki cavabdehin istifadəsində olması tərəflərin bu barədə razılaşmasının nəticəsində olması və ya hər hansı qanuni əsasa uyğun olaraq baş verməsi müəyyən edilmədiyindən həmin əsas icarə münasibətlərinin məhz tərəflərin qarşılıqlı razılaşması əsasında davam etdirilməsi kimi qiymətləndirilməsinə imkan vermir. Eyni zamanda, məhkəmə araşdırması zamanı tərəflər arasında icarə münasibətlərinin məhz 2017-ci ilin dekabr ayından-2020-ci ilin dekabr ayınadək olan dövrdə davam etdirilməsinə dair hər hansı razılaşmanın olması (icarə müqaviləsi və ya digər formada) müəyyən edilməmişdir. Həmçinin, ilk iddiaçı həmin dövrdə icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı aralarında hər hansı razılaşma olması halını qəbul etməmişdir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları təhlil etmədən, sübutları müqayisəli şəkildə analiz etmədən, tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi barədə şifahi razılaşma olması qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin icarə münasibətlərinin davam etdirilməsi barədə gəldiyi qənaətin digər əsaslandırması ilə bağlı hissədə də razılaşmayaraq, qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldilməsi və bununla bağlı müvafiq icra tədbirlərinin görülməsi tələbkarın tələbindən asılı olmayaraq, icra haqqında qanunvericiliyin tələbinə əsasən icra məmuru tərəfindən həyata keçirilir. İndiki halda isə ilk iddiaçının qətnamənin məcburi icrası ilə bağlı icra məmuruna müraciətinin olmaması tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi kimi qiymətləndiirlməsi ilk növbədə tələbkar qismində çıxış edən ilk iddiaçının hüqularına və qanuni mənafelərinə zidd olmuşdur. Belə ki, icra haqqında qanunvericilikdə bununla bağlı tələbkarın belə bir vəzifəsinin olmasına dair hər hansı norma mövcud deyildir. Bundan əlavə, qeyd olunan qanunvericilikdə icra hərəkətlərinin təxirə salınması, icra sənədi üzrə icraatın dayandırılması, möhlət verilməsi ilə bağlı tələbkarın bir sıra hüquqları nəzərdə tutulmuşdur. İndiki halda isə hazırki mülki iş üzrə qeyd olunan hallarla bağlı tələbkarın hər hansı xahişinin olması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı məhkəmə qətnaməsinin gec icra olunmasının səbəbi kimi icra vərəqəsinin itirilməsi, bununla bağlı şikayətlərinin itirilməsi kimi hallara istinad etmişdir. İş materiallarından görünür ki, məhz iddiaçının müraciəti və icra məmurunun məktubu əsasında müvafiq icra vərəqəninin dublikatı icra edilməsi üçün göndərilmişdir. İcra haqqında qanunvericiliyin tələbinə əsasən isə icra sənədinin dublikatı məhz icra sənədi itdikdə verilir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq məhkəmə qətnaməsinin gec icra edilməsi halı özlüyündə tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsini əsası kimi çıxış edə bilməz. Bu baxımından da məhkəmə kollegiyası hesab edir ki, birinci isntansiya məhkəməsi həmin hissədə də işin halarına düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda 2017-ci ilin dekabr ayı-2020-ci ilin dekabr ayına aid olan dövr üzrə tərəflər arasında mübahisə predmeti olan icarə obyektinə dair icarə münasibətlərinin mövcudluğu, davam etdirilməsi, nəticə etibarilə ilk iddiaçıya məxsus olan obyektin həmin dövr ərzində cavabdehin qanuni sahibliyində olması, habelə cavabdehin onu qaytarmamaqla və istifadə etməklə bağlı hüququnun olması halı müəyyən edilməmişdir. Halbuki həmin halları sübutetmək öhdəliyi məhz cavabdehin üzərinə düşmüşdür, cavadeh tərəfindən isə buna dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla da, cavabdehin icarə münasibətlərinə xitam verildikdən sonra həmin icarə obyektini ilk iddiaçıya qaytarmaq vəzifəsi mövcud olduğundan, indiki halda isə onun tərəfindən həmin öhdəliyin laizmi qaydada və vaxtında icra edilməsi halı müəyyən edilmədiyindən, onun həmin öhdəliyin icra edilməməsinə görə ilk iddiaçı qarşısında Mülki Məcəllənin 697.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəti xx.xx.2013-cü il tarxdə bitdiyindən, faktiki icarə münasibətlərinin 2017-ci ilin dekabr ayınadək davam etməsi halı işin mübahisəsiz halı olduğundan, icarə obyektinin cavabdeh tərəfidən qanuni əsas olmadan və ya tərəflər arasında buna dair hər hansı yeni razılaşma olmadan özündə saxlaması halı müəyyən edildiyindən, ilk iddiaçının MM-nin 697.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən 2017-ci ilin dekabr ayı-2020-ci ilin dekabr ayınadək olan dövr üzrə aylıq icarə haqqı əsas götürülməklə, kompensasiya tələb etmək hüququ yaranmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə tərəflərin izahatını digər sübutlarla yanaşı qiymətləndirməmiş, tərəflər arasında sübutetmə vəzifəsinin bölüşdürülməsini düzgün həyata keçirməmiş, nəticə etibarilə tərəflər arasında icarə münasibətlərinin davam etməsi ilə bağlı gəldiyi nəticə yalnış olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ilk iddiaçı iddia tələbində kompensasiyanın məbləğini aylıq 3500 manat olmaqla, 115000 manat məbləğində qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında faktiki icarə münasibətlərinin davam etdiyi (2017-ci ilin dekabr ayınadək olan dövrdə) icarə obyektinə görə aylıq icarə haqqının məbləğinin 3500 manata olması barədə qarşılıqlı razılaşma olmuşdur, bu halı hər iki tərəf təsdiq etmişdir, hətta cavabdeh qeyd edilən məbləğin bəzi aylarda aylıq 4000 manat və ya 5000 manat olduğunu bildirmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği məhz aylıq 3500 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda iş materialları görünür ki, ilk iddiaçı 2017-2020-ci illlər ərzində cavabdeh tərəfindən ona 9000 manat və 2000 manat ödənildiyindən, ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim etməsi və bu ərizənin iş materiallarına əlavə edilməsi müəyyən edilmişdir. Belə ki, ilkin iddia tələbi üzrə ilk iddiaçı 2017-ci il dekabr-2020-ci il dekabr ayları üzrə aylıq 3500 manat olmaqla, 126000 manat pul tələb etmiş, daha sonra məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 2017-2020-ci illər üzrə edilmiş ödənişləri edildiyinin aşkar olduğunu və bu halı nəzərə alaraq, iddia tələbini dəqiqləşdirərək, ilk iddia tələbi üzrə 2017-2020-ci il üzrə əldən çıxmış fayda qismində aylıq 3500 manat olmaqla, ümumilik 115000 manat pul vəsaitini tələb etmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş CD disklə bağlı qeyd edir ki, həmin vidogörüntüdə ilk iddiaçıya 6500 manat və 1500 manat pul ödənildiyi əks olunmuşdur, həmçinin ilk iddiaçı həmin videogörüntüdə özünün olduğunu qəbul etmiş, lakin həmin ödənişin nəzərə alındığını, bundan başqa cavabdehin başqa obyektlə bağlı da borcunun olduğunu, dəqiq yadında olmadığını qeyd etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi həmin ödənişlər 2017-ci ilin dekabr-2020-ci ilin dekabr ayı üzrə aylıq 3500 manat olmaqla kompensasiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alındığından, məhz həmin dövrdə nəzərə alınan ödənişlərdən başqa ödəniş olunması halını sübutetmək öhdəliyi də məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə həmin dövrdə başqa ödənişlər edilməsi ilə bağlı hallara istinad edilsə də, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə ilk iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği məhz ilk idda tələbi həddində (115000 manat) müəyyən edilməli, ilk iddia tələbi həmin hissədə təmin edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə ilk iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi kompensasiya məbləğinin tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə ilk iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, həmin hissədə də ilk iddia tələbinin əsası kimi istinad olunan halları sübutetmə öhdəliyi məhz ilk iddiaçının üzərinə düşür. Belə ki, məhz ilk iddiaçı cavabdeh təqsirli hərəkət və ya hərəkətsiziliyi nəticəsində ona maddi ziyan vurulması, vurulmuş maddi ziyanla onun hərəkətləri səbəbli əlaqənin olması halını, o cümlədən ilk iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, ilk iddiaçı tərəfindən həmin hissədə apellyasiya şikayətinin əsası kimi heç bir dəlilə istinad etməmiş, bu baxımından apellyasiya şikayəti həmin hissədə əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə ilk iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin kompensasiya məbləğinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi həmin hissədə (115000 manat məbləğində kompensasiya məbləğinin tutulması) təmin edilməli, apellyasiya baxışının predmeti olan qalan mübahisələndirilən hissədə (ilk iddia tələbinin 50000 manat məbləğində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qismən təmin olunduğundan, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(060)-53/2022 nömrəli qətnaməsi ilk iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat kompensasiya məbləğinin tutulmasına aid hissədə ləğv edilsin, bu hissədə yeni qətnamə qəbul edilsin, həmin hissədə ilk iddia tələbi təmin edilsin. İlk iddia tələbi üzrə Cavabdeh icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə aylıq icarə haqqının məbləğinə əsasən yaranmış ümumilikdə 115.000 manat məbləğində kompensasiya məbləği tutularaq ilk İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən ilk iddia tələbinin 50000 manat məbləğində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti ilk iddia üzrə Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-648/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-648/2023
24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver