Məhkəmə qərarları › İş №2(105)-649/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-649/2022

18.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-649/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(059)-232/2021 saylı qətnaməsindən iddiaçı X3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(059)-232/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras kütləsinə daxil olan əmlakların bölünməsi, bölünmüş ümumi mülkiyyətdə olan miras qoyanların torpaq payları, müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki mövcud torpaq paylarına əlavə edilib hər kəsin cəmləşdirilmiş torpaq paylarının naturada ayrılması tələbinə dair mülki iş üzrə iddia təmin ediməmiş, iddiaçı X6 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 fevral 2021-ci il tarixdə verilmiş qeydiyyat nömrələri **********, **********, **********, **********, ********** olan çıxarışlara əsasən, müvafiq olaraq 0,5453 ha, 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha olmaqla, cəmi 3,97 ha torpaq sahəsinin 2/35 hissədə, Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı olaraq verilən 1 ədəd “MTZ-80” markalı traktorun dəyərinin 1/5 hissədə, 8 baş inək, 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvanın 1/5 hissədə, “QAZ-3110” markalı minik avtomobilinin dəyərinin 1/5 hissədə, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 1 ədəd fərdi yaşayış evinin dəyərinin 1/5 hissədə bölünməsi, ümumi mülkiyyətdə olan miras qoyanların bölünmüş torpaq paylarının vərəsələrə çatan 2/35 ha hissəsinin müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki müəyyən olunan 1/7 hissədə torpaq paylarına əlavə edilib tərəflərin cəmləşdirilmiş 1/5 hissədə torpaq paylarının naturada ayrılması və yaxud 4 nəfər iddiaçının torpaq payının bir nəfərin adına keçirilib birlikdə istifadə ediləcəyi nəzərə alınaraq, bölünəcək ümumi mülkiyyətdə olan torpaq paylarının 4/5 və 1/5 hissədə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbərini onunla əsaslandırmışlar ki, miras qoyan anaları X12 30 oktyabr 2013-ci il tarixdə, ataları X5 isə 28 sentyabr 2019-cu il tarixdə ölmüşlər. Valideynləri öldükdən sonra 0,5453 ha, 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha olmaqla, cəmi 3,97 ha torpaq sahəsinin 1/7 hissəsi, Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı olaraq verilən 1 ədəd “MTZ-80” markalı traktor, 8 baş inək və 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvan, “QAZ-3110” markalı minik avtomobili, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 1 ədəd fərdi yaşayış evi miras qalmışdır. Mərhum valideynlərinin 5 nəfər vərəsəsi olduğundan, hər vərəsəyə mirasın beşdə bir hissəsi çatır. Beləliklə, ümumi mülkiyyətdəki miras torpaq payları vərəsələr arasında bölüşdürüldükdən sonra, hər bir vərəsənin ümumi mülkiyyətdəki 1/7 torpaq payı artaraq, 1/5 hissə təşkil edir. Həmçinin cavabdeh onların maddi hüquqları ilə yanaşı, mənəvi hüquqlarının da həyata keçirilməsinə qəsdən maneçilik göstərərək, onlara atalarının dəfn və yas mərasimində iştirak etmələrinə maneə olmuş, onları ata evinə buraxmamışdır. Bu səbəbdən onlar bu günədək ümumi mülkiyyətdə olan torpaq payları üzərində sərəncam vermək və valideynlərindən qalan miras kütləsinə daxil olan əmlaklar üzərində vərəsəlik hüquqlarını həyata keçirə bilməmişlər. Cavabdeh bu maneçilikləri mülkiyyət sənədlərini təqdim etməmək, gizlətmək, itirdiyini bildirmək, eləcə də notariat kontoruna müraciət etməməklə törətmişdir. Onlar valideynlərindən qalmış miras əmlakların bölüşdürülməsi üçün 2021-ci ilin mart ayında ərizə ilə Siyəzən rayon notariat ofisinə müraciət etsələr də, cavabdeh notariat ofisinə gəlməyərək, habelə mirasa aid müvafiq sənədləri verməməklə, onların vərəsəlik hüquqlarını pozmuşdur. Siyəzən rayon notariat ofisi cavab məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmələrini bildirmişdir. Bununla da, cavabdeh Məşhur Ağamalıyev tamah, o cümlədən payçılara pul kompensasiyası verilərkən ona daha çox məbləğin düşməsi məqsədilə bu qanuna zidd hərəkətlərə əl atmış, onlar da öz növbəsində mülkiyyət hüquqlarının müdafiəsinə qalxaraq cavabdeh tərəfindən qəsdən yoxa çıxarılmış dövlət aktının əldə edilməsi üçün müvafiq sənədlərin, o cümlədən sənədin itməsi barədə 20 avqust 2019-cu il tarixdə “Respublika” qəzetində elan vermiş, habelə rayon Polis şöbəsindən arayış və digər lazımi sənədləri toplamaq məcburiyyətində qalmışlar. Pay torpaqlarının naturada bölünməsi barəsində onu da bildirirlər ki, bu torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Bundan əlavə, ata və anasına ölən gününədək məxsus olan torpaqları Cavabdeh istifadə etmişdir. Belə ki, Tamara 1998-ci ildə, Fərizə 1995-ci ildə, Nisə 1997-ci ildə, Nəbibə isə 2005-ci ildə ərə getməklə, həmin vaxtdan ər evində yaşayaraq, ayrıca təsərrüfata malik olmuşlar. Həmçinin, ataları öləndən sonra onlar atalarının deyil, öz torpaq paylarından ilk dəfə 2021ci ilin mart ayında yonca biçmiş, həmin vaxtdan torpaqlara nəzarət etməyə başlamış, kənd təsərrüfatı üçün ayrılan subsidiyanı isə cavabdeh Məşhur İsmayılov özü almışdır. Sağlığında atalarına məxsus olmuş “QAZ-3110” markalı minik avtomobil, 1 ədəd “MTZ-80” markalı traktor, 8 baş inək və 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvan həm valideynləri ölərkən, həm də hazırda qardaşları Məşhur İsmayılovun istifadəsindədir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mirasın qəbul olunması haqqında istər onlar, istərsə də cavabdeh tərəfindən mübahisə qaldırılmadığı halda, məhkəmə mirasın vərərələr tərəfindən qəbul olunub-olunmaması faktını öz təşəbbüsü ilə mübahisələndirmiş va nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Digər tərəfdən, onlar miras əmlakların bölüşdürülməsi ilə əlaqədar notariat ofisinə müraciət edərkən mirasın vərəsələr arasında ona görə bölünməsi baş tutmamışdır ki, cavabdeh həmişə olduğu kimi mübahisə yaratmış və notarius mirasın bölünməməsinin səbəbi kimi digər vərəsə ilə aralarında mübahisə olmasını göstərərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə ki, analarının 30.10.2013-cü il və atalarının 28.09.2019-cu il tarixdə vəfatından sonra pay torpaqlarından ot biçməklə va həmin sahələri digər şəxslərdən, habelə heyvanların müdaxiləsindən mühafizə edib, qoruyub saxlamaqla istifadə etmişlər. Bununla da məhkəmənin qeyd etdiyi kimi mirası qəbul etmek niyyətlərini açıq-aşkar təsdiqləyib, sübut edərək miras qalmış pay torpaqlarını vərəsə olaraq qəbul etmişlər. Ona görə ki, mirasın qəbul edilməsi üsullarına məhkəmə münasibət göstərərək qətnamədə qeyd etmişdir ki, mirasın qabul edilməsinin qeyri formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri va rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güdüldüyünü müəyyən etmək olur. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin valideynlərindən miras qalan cəmi 2/7 hissədə pay torpağının vərəsələr arasında bölünməsi hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə, yəni miras qalan cəmi 2/7 hissədə pay torpağının vərəsələr arasında bölünməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 məhkəmə iclasında apellyasiya şikayətinə uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı olaraq verilən 1 ədəd “MTZ-80” markalı traktorun dəyərinin 1/5 hissədə, 8 baş inək, 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvanın 1/5 hissədə, “QAZ-3110” markalı minik avtomobilinin dəyərinin 1/5 hissədə, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 1 ədəd fərdi yaşayış evinin dəyərinin 1/5 hissədə bölünməsi hissələrindən imtina etdiklərini bildirərək, iddia tələblərinin bu hissələrindən imtinalarının qəbul edilərək iş üzrə icraata xitam verilməsini və iddia tələbinin qalan hissəsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, analarının vəfatından sonra analarına məxsus pay torpağından o deyil, iddiaçılar istifadə etmişdir. O, analarına məxsus pay torpağından hər bir vərəsənin payının müəyyən edilməsinə razıdır, lakin notariat ofisinə getmək istəmir. Atalarına məxsus pay torpağından isə bacılarının payının müəyyən edilməsinə razı deyildir. Atalarına məxsus pay torpağından həmişə və hazırda da bacıları istifadə edir, ona həmin torpaqdan istifadə etməyinə imkan vermirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi pay torpaqlarına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 06 aprel 2005-ci il tarixdə verilmiş AA seriyalı, 637016 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də reyestrdə 11 avqust 2014-cü il tarixdə 7E-1430 nömrə ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, “Qaz 31029 minik” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X15r və avtomobilin idarə edilməsi üçün onun tərəfindən 11 avqust 2014- cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək X4 etibar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı3, 1/7 hissədə İddiaçı1, 1/7 hissədə İddiaçı4, 1/7 hissədə X9, 1/7 hissədə X2 və 1/7 hissədə Cavabdeh adlarına 26.02.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı3, 1/7 hissədə İddiaçı1, 1/7 hissədə İddiaçı4, 1/7 hissədə X9, 1/7 hissədə X2 və 1/7 hissədə Cavabdeh adlarına 26.02.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,9683 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı3, 1/7 hissədə İddiaçı1, 1/7 hissədə İddiaçı4, 1/7 hissədə X9, 1/7 hissədə X2 və 1/7 hissədə Cavabdeh adlarına 26.02.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,8491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı3, 1/7 hissədə İddiaçı1, 1/7 hissədə İddiaçı4, 1/7 hissədə X9, 1/7 hissədə X2 və 1/7 hissədə Cavabdeh adlarına 26.02.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı3, 1/7 hissədə İddiaçı1, 1/7 hissədə İddiaçı4, 1/7 hissədə X9, 1/7 hissədə X2 və 1/7 hissədə Cavabdeh adlarına 26.02.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Siyəzən rayon dövlət notariat ofisi tərəfindən İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ünvanlanmış 130 saylı, 15.03.2021-ci il tarixli məktubdan görünür ki, 28 sentyabr 2019-cu il tarixdə vəfat etmiş ataları X5 və 30 oktyabr 2013-cü il tarixdə vəfat etmiş anaları X7 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə olan qardaşları Cavabdeh ilə aralarında ixtilaflar olduğundan məhkəməyə müraciət etmələri bildirilmişdir. İşdən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələblərindən biri Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha, 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin valideynlərinə məxsus hissələrində vərəsələrin paylarının müəyyən edilməsi barədədir. İşin mübahisə edilməyən hallarından görünür ki, X5 ilə X9 nikahından İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh adlı uşaqları da vardır. Azərbaycan Respublikasının MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə sayılırlar. İşdən görünür ki, X13 30.10.2013-cü il tarixdə, X5 28.09.2019-cu il tarixdə ölmüşlər. Onların birinci növbədə vərələrəri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdehdur. Azərbaycan Respublikasının MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və ya bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iclasında Cavabdeh valideynlərindən miras qalan torpaq sahələrinin iddiaçıların faktiki sahibliyində olduğunu, torpaq sahələrindən iddiaçıların istifadə etdiklərini, analarına məxsus pay torpağından hər bir vərəsənin payının müəyyən edilməsinə razı olduğunu, atalarına məxsus pay torpağından isə bacılarının payının müəyyən edilməsinə razı olmadığını, notariat ofisinə getmək istəmədiyini bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 valideynlərindən miras qalan pay torpaq sahəsinə sahiblik etmiş və bununla da mirası faktiki qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, 30.10.2013-cü il tarixdə vəfat etmiş X7 miras qalmış Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/7 hissəsində İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və Cavabdeh hər birinin payları bərabər olmaqla 1/35 (1/7 : 5) hissədə, 28.09.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/7 hissəsində İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və Cavabdeh hər birinin payları bərabər olmaqla 1/35 (1/7 : 5) hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi pay torpaqlarına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(059)-232/2021 saylı qətnaməsi pay torpaqlarına aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilsin. 30.10.2013-cü il tarixdə vəfat etmiş X7 miras qalmış Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/7 hissəsində İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və Cavabdeh hər birinin payları bərabər olmaqla 1/35 hissədə, 28.09.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/7 hissəsində İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və Cavabdeh hər birinin payları bərabər olmaqla 1/35 hissədə müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar