Məhkəmə qərarları › İş №2(105)-670/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-670/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-670/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Cavabdeh, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Məzətdin qızının vəkili Məmmədov Kamran Məmmədmövsüm oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı taxta qayıq düzəltməklə məşğul olma fəaliyyətinin dayandırılması tələbi barədə mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Məzətdin qızı tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 2(031)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Məzətdin qızı da qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmədə iddia qaldıraraq Şabran şəhəri, Nizami küçəsi 42 saylı evdə yaşayan Cavabdeh yaşadığı evin həyətində qanunsuz taxta qayıq düzəltməklə məşğul olması fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasinın iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Şabran şəhər sakini Sahilə Mehdiyeva Cavabdeh yaşayış evi sahəsində norma və qaydaları kobud şəkildə pozmaqla qanunsuz qayıq hazırlanması (taxtaların kəsilməsi, yonulması kəskin və qoxuya malik maddə ilə rənglənməsi) faktı ilə əlaqədar mütəmadi olaraq 2018-ci ildən hal-hazıra kimi müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanlarına şikayətləri təmin olunmamış, Cavabdeh tərəfindən yaşayış evlərinin daxilində (1,5 metr məsafədə) qanunsuz olaraq qayıq hazırlanması fəaliyyəti ilə məşğul olmaqda davam etmiş, bu da şikayətçinin haqlı narazılığına səbəb olmuşdur. Bu fəaliyyət zamanı səs-küy, vibrasiya, iyqoxu norma və qaydalarına ciddi riayət olunmalı, yaşayış evlərinin sanitar-mühafizə zonasının tələbləri gözlənilməlidir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh qanunsuz fəaliyyəti ilə əlaqədar görülmüş tədbirlər barədə apellyasiya şikayətində ətraflı məlumat verilmişdir. Ona görə də apelyasiya şikayətində qeyd olunanları Cavabdeh bilavasitə yaşayış evləri arasında qanunsuz (qeydiyyatda olmayan fəaliyyət) olaraq qayıq hazırlamaqla yaşayış məntəqələrinin sanitar-mühafizə norma və qaydalarını pozmaqla fəaliyyət göstərdiyi və qonşusu Sahilə Mehdiyevanın bununla əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına 2018-ci ildən hal-hazıra kimi çox saylı haqlı müraciətləri nəzərə almağı xahiş olunur. Qayıq hazırlanması zamanı istifadə olunan güclü mühərriklərin səs-küyü və rəngləmə zamanı istifadə olunan kəskin qoxulu boyaq maddələrinin insan sağlamlığına və ətraf mühitə təsirinin məhkəmə ekspertizasının keçirilməsi, çox saylı şikayət və müraciətlərin qanunamüvafıq qaydada birdəfəlik həllinə köməklik göstərəcəkdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Şabran Rayon Məhkəməsinin 2(031)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Məzətdin qızının vəkili Məmmədov Kamran Məmmədmövsüm oğlu apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, S.Məmmədova mülki işə məhkəmədə baxılmağa başlandığından məhkəmə iclasının gedişində məhkəmədən iş üzrə maraqlı şəxs kimi tanınmağını xahiş etmiş, lakin onu maraqlı şəxs qismində tanımayıb. Belə ki, Cavabdeh qanunsuz olaraq qayıq düzəltməklə məşğul olması barədə iddiaçıya şikayəti Sahilə Məmmədova vermişdir. Cavabdeh qanunsuz qayıq düzəltmə sexi işlətməsi onun istirahətini pozur. Qətnamədə də göstərildiyi kimi cavabdeh Sahilə Məmmədova ilə qonşuluqda yaşayır, evlərinin arasında bir hasar var, cavabdeh fərdi yaşayış evi tikib yaşamaq üçün verilmiş torpaq sahəsini təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edir və eyni zamanda bu istifadə zamanı çox böyük gücə malik motorlardan, zəhərli və zərərli maddələrdən istifadə etməklə ətrafdakı insanların həyat və sağlamlığı, eyni zamanda sakitliyinin qorunması üçün böyük təhlükə varadır. Əslində qeyd edilən bu amillər qətnamədə iddiaçının izahatında və iddia əizəsində çox geniş şəkildə öz əksini tapmışdır. Cavabdehin qətnamənin məzmunundan da göründüyü kimi qayıq düzəltmə sexinin olması və iddiaçının iddia ərizəsində və məhkəmədə verdiyi ifadəsində qeyd etdiyi formada fəaliyyət göstərməsi cavabdehin məhkəməyə verdiyi ifadəsi və eyni zamanda sübut qismində məhkəməyə təqdim olunmuş sənədlərlə də təsdiq edilir. Məhkəmənin çıxardığı qətnamə ilə cavabdehin qanunsuz, qanuna zidd hərəkətləri tam təsdiq olunur, lakin məhkəmənin iddianı təmin etməməyinin səbəbi və əsası müəmmalı qalır. Belə ki, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixli, 48286 saylı aktın məzmunundan aydın olur ki, cavabdehin həyətyanı sahəsində bir ədəd hazır qayıq aşkar olunub, həmin ünvanda qeyd olunan fəaliyyətin getmədiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan da görünür ki, cavabdehin həyətinə baxış keçirərkən həyətdə 2 ədəd hazırlanmış, tamamlanmamış qayıq, taxta kəsən motorlu qurğu, taxta və xeyli miqdarda taxta yonqarı aşkar edilmişdir. Cavabdehə səs-küy ölçmə işi aparılması üçün taxta kəsən mişarı işə salmaq xahiş olunmuş, lakin cavabdeh bundan imtina etmişdir. Lakin həmin qurğunun işlədiyi zaman normadan artıq səs-küy salması qaçılmazdır. Həmçinin qayıqlar rənglənmədiyindən iy ölçmə işləri aparılması mümkün olmamışdır. İşə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli aktdan da görünür ki, cavabdeh keçirilən yoxlamaları, qoyulan qadağaları saymamış, öz qanunsuz qayıq düzəltmə fəaliyyətini davam etdirmişdir. Belə ki. baxış keçirilən zaman cavabdehin həyətində qapalı yerdə bir ədəd natamam qayıq, iki ədəd motor müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə qətnaməsində də ardıcıllıqla sadalanmış bu rəsmi sənədlərdən göründüyü kimi cavabdeh ona fərdi yaşayış evi tikib yaşamaq üçün verilmiş torpaq sahəsini təyinatına uyğun olmayan sahibkarlıq fəaliyyəti üçün qanunsuz istifadə etməklə yanaşı göstərdiyi qanunsuz fəaliyyətlə ətrafdakı insanların da asayişini, istirahət hüququnu kobud şəkildə pozur. Məhkəmə çıxardığı qətnaməsində bu amilləri qabarıq şəkildə qeyd edir, lakin nəticə olaraq iddianın təmin olunmasından hansısa naməlum səbəblərə görə imtina edir, yəni iş üzrə tam qanunsuz, qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul edir. Mülki işə əlavə edilmiş X9 xx xxxxxx 2018-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, cavabdeh Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə onun barəsində tədbir görülmüşdür, cavabdeh 600 manat cərimə olunmuşdur. Lakin Şabran Rayon Məhkəməsinin qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Sahilə Məmmədova tibb bacısı işləyir, insanlara xidmət edir, işi növbəli olduğu üçün gecələr növbədə qalmalı olur, gündüz vaxtı öz evində istirahət etməli olduğu zaman divarın o biri tərəfində fasiləsiz olaraq yüksək səslə motorların işləməsi, zəhərli maddələrdən istifadə olunmaqla rəngləmə, bərkitmə işlərinin aparılması onun hansı vəziyyətdə olduğunu başa düşmək üçün yetərlidir. Belə bir şəraitdə yaşamaq mümkün deyil. Cavabdeh məhkəmədə verdiyi ifadəsində bildirir ki, guya S.Məmmədova onunla yola getmir və sair. Halbuki, ona evində rahat yaşamağa imkan verməyən cavabdehdir, Sahilə Məmmədovanın cavabdehdən heç bir tələbi yoxdur, o yalnız evində rahat yaşamaq istəyir və bu da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş ən əsas hüquqlarından biridir. Cavabdeh hal-hazırda fəaliyyətini dayandırmayıb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Şabran Rayon Məhkəməsinin 2(031)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək göstərdi ki, qonşuluqda Nizami küçəsi ev 38 ünvanında yaşayan Şabran rayon Mərkəzi Xəstəxanasında işləyən X3 2018-ci ilin iyun ayından başlayaraq onunla və ailə üzvləri ilə yola getmir, əsassız olaraq mübahisə və münaqişələr yaradır. Belə ki, 2018ci ilin iyun ayında ona qarşı Şabran Rayon Məhkəməsində zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin daxilində tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarının cavabdehin hesabına bərpa olunması barədə» iddia qaldırmış və həmin iddianın tərəfindən qəbul edilməsi üçün ona təsir göstərmək, təhrik etmək məqsədilə barəsində bilə-bilə yalan xəbərçilik edir. 2018-ci ilin iyun ayından bu günə kimi barəsində Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə onu şantaj edərək bəlkə də 20- 30 dəfə bilə-bilə yalan xəbərçilik etsə də araşdırma nəticəsində məlum olmuşdur ki, onun şikayətləri əsassızdır öz təsdiqini tapmır. Evindən çıxıb ailəsinin hər hansı işinin ardınca gedə bilmir. Onu güdür, evdən çıxan kimi qeyd etdiyi nazirliklərə barəsində yalan xəbərçilik edir. Sonuncu dəfə güya qardaşı və onun darvazasının kilidini sındırmaqları barədə yalan xəbərçilik etmişdir. Polis və digər dövlət məmurları onun əsasız şikayətlərinə əsasən izahat verməkdən yorulmuşdur. X6 və Təbii Sərvətlər Nazirliyinin «qaynar xətt» xidmətinə məlumat vermişdir ki, «qonşu həyətində böyük motorlu qayıqlar saxlayır. Eboksit maddəsi yandırırlar, ətrafa zəhərli tüstü buraxırlar. Vətəndaş səsdən və tüstüdən şikayətçidir». Onun müraciəti Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı olmadan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi müfəttişi X4 iştirakı ilə araşdırılmışdır. Araşdırma qanunun tələblərinə uyğun aparılmasa da şikayətdə göstərilən inzibati qanun pozuntusu aşkar olunmamışdır. Onun yaşadığı evin həyəti dörd bir tərəfdən bağlıdır. Demək olar ki, evinin içərisidir. Qayıqlar isə 5 (beş) il bundan əvvəl natamam düzəldilib istifadəyə yararsızdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətlərinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli 48286 saylı aktdan görünür ki, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları Şabran şəhərsakini Sahilə Mehdiyevanın şikayəti əsasında xx xxxx 2018-ci il tarixdə Şabran şəhəri Nizami küçəsində yaşayan Cavabdeh yaşadığı həyətə Şabran şəhər nümayəndəliyinin mühəndisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin ünvanda eboksit yandırılması, səs-küy, vibrasiya və sair müşahidə olunmadı. Həyətyanı sahədən kənarda bir ədəd hazır vəziyyətdə kiçik həcmli qayıq müşahidə olundu, həmin ünvanda qeyd olunan fəaliyyətin getmədiyi müəyyən olundu. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisinin, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşının və Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəsinin müavininin iştirakı ilə Şabran şəhəri sakini Sahilə Mehdiyevanın şikayəti əsasında Şabran şəhəri, Nizami küçəsində yaşayan Cavabdeh yaşadığı həyətə baxış keçirilmişdir. Baxış zamanı həyətdə iki ədəd hazırlanıb tamamlanmamış qayıq, taxta kəsən motorlu qurğu, taxta və xeyli miqdarda taxta yonqarı aşkar edildi. Səs-küy ölçmə işi aparılması üçün taxta kəsən motorun işə salınması Cavabdeh xahiş olundu, o, motoru işə salmaqdan imtina etdi. Lakin həmin qurğu işlədiyi zaman normadan artıq səs-küy olması qaçılmazdır. Həmçinin qayıqlar rənglənmədiyindən iy ölçmə işləri aparılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisinin, Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəsinin müavininin iştirakı ilə Şabran şəhəri sakinlərinin qanunsuz qayıq sexinin fəaliyyət göstərməsi, güclü kimyəvi maddələrdən istifadə olunması ilə sakinlərə zəhərlənmə verilməsi şikayəti əsasında Şabran şəhəri Nizami küçəsində yaşayan Cavabdeh yaşadığı həyətə baxış keçirilmişdir. Baxış zamanı həyətdə qapalı yerdə bir ədəd natamam qayıq, iki ədəd motor müşahidə olunmuşdur. Motorların heç biri işlək vəziyyətdə olmamışdır. X5 həyətindən ölçmə işləri aparılmış, ölçmə işləri zamanı yol verilən hədd daxilində olmuşdur. Ərazidə heç bir iy qoxu müşahidə olunmamışdır. İşə əlavə edilmiş X9 xx xxxxxx 2018-ci il tarixli, MN № ******* saylı protokoldan görünür ki, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən Cavabdeh tətbiq olunmuş məcburi göstərişin tələblərinin icra edilməməsi, kiçik həcmli qayığın və yaxud eyni qayıq hazırlanması zamanı yaşayış evlərinin sanitar-mühafizə zonasının tələblərinə riayət olunmadığından Cavabdeh Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(031)-80/2019 saylı qərarından görünür ki, Cavabdeh Ekologiya və Təbii sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında, xx xxxxxx 2019-cu il tarixli MN ******* №-li qərarının və xx xxxxxx 2018-ci il tarixli X9 MN ******* №-li Protokolunun ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 3(105)-211/2019 saylı qərarından görünür ki, inzibati xəta məsuliyyətinə cəlb edilmiş Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında, xx xxxxxx 2019-cu il tarixli MN ******* №-li qərarının və xx xxxxxx 2018-ci il tarixli X9 MN ******* №-li Protokolun ləğv edilməsi barədə şikayət ərizəsinin təmin edilməməsinə dair Şabran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında, xx xxxxxx 2019-cu il tarixli MN ******* №-li qərarı və xx xxxxxx 2018-ci il tarixli X9 MN ******* №-li Protokolu ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianın sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. İş materiallarından görünür ki, iddia ərizəsində mötəbər sübut kimi cavabdehin inzibati qaydada məsuliyyətə cəlb olunması barədə iddiaçı təşkilat tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli X9 protokola və xx xxxxxx 2019-cu il tarixli qərara istinad etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 3(105)-211/2019 saylı qərarına əsasən inzibati xəta məsuliyyətinə cəlb edilmiş Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında, xx xxxxxx 2019-cu il tarixli MN ******* №-li qərarının və xx xxxxxx 2018-ci il tarixli X9 MN ******* №-li Protokolun ləğv edilməsi barədə şikayət ərizəsinin təmin edilməməsinə dair Şabran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında, xx xxxxxx 2019-cu il tarixli MN ******* №-li qərarı və xx xxxxxx 2018-ci il tarixli X9 MN ******* №-li Protokolu ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı təşkilatın iddia ərizəsinin əsası kimi istiand etdiyi hal, xx xxxxxx 2018-ci il tarixli X9 protokola və xx xxxxxx 2019-cu il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 3(105)-211/2019 saylı qərarına əsasın ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "X1rşı" xx xxxx 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Beləliklə, məhkəmədə Cavabdeh taxta qayıqlar düzəltmə fəaliyyəti ilə məğul olması ilə əlaqədar taxta kəsən qurğunun yüksək gərginliklə işlədilməsi zamanı motorunun səsindən yaxın ərazilərdə normalardan dəfələrlə artıq səs-küy yaranması və qayığın rənglənməsi zamanı qayığa vurulan kimyəvi maddənin iy-qoxunun ətraf əraziyə təsirinin yüksək olması nəticəsində ətrafda yaşayan qonşuların narahatçılığına və ətraf mühitin mühafizəsi tələblərinin pozulmasına dair iddianın əsası kimi mötəbər sübut təqdim ediıməmişdiur. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli,Şabran Rayon Məhkəməsinin 2(031)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Məzətdin qızı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar