Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-672/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı nümayəndəsi və vəkili Vəkil Tofiq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X8, X9, Cavabdeh3 Şixverdi oğluna, Cavabdeh4, Cavabdeh5 və “xxxx” ASC-nin X20 Təchizatı və Satış X3rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)734/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(029)734/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rafiq Kazımov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər X8, X9, Cavabdeh3 Şixverdi oğluna, Cavabdeh4, Cavabdeh5 və “xxxx” ASC-nin X20 Təchizatı və Satış X3rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, X7, Cavabdeh3 Şixverdi oğlundan, Cavabdeh4, Cavabdeh5 və “xxxx” ASC-nin X20 Təchizatı və Satış İdarəsi X17ndən maddi ziyan kimi 19.000 (on doqquz min) manat, mənəvi ziyan kimi 5000 (beş min) manat və dövlət rüsumu kimi 30 (otuz) manat qismində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2018-ci ilin iyun ayında Qusar rayonu, Hil kəndində yerləşən, onun mülkiyyətində olan bağ sahəsində yetişdirilmiş 2 (iki) iri qoz ağaclarını işıq çəkmək adı ilə 5 nəfər Qusar rayonu, Hil kəndinin sakinləri Cavabdeh3 Şixverdi oğlu, X15, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 tərəfindən razılıq alınmadan və icazəsiz ağacları gövdədən elektrik mişarı ilə kəsmişlər. Həmin qoz ağacların kəsilməsində X16 işçiləri də iştirak etmişlər. Qanunsuz olaraq iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsindən kənd sakinlərinə işıq xətti çəkmişlər. Halbuki həmin ərazidən işıq xəttinin keçməsi nəzərdə tutulmamışdır. xx xxxx 2018-ci il tarixdə Qusar rayon Hil kəndinin sahə müvəkkili Elvin Allahquliyevə müraciət edib həyətindəki qoz ağaclarının icazəsiz kəsilməsi barədə məlumat vermişdir. Elvin Allahquliyev həyətlərinə gəlib telefonla kəsilmiş ağacların şəklini çəkib, tezliklə işə baxacağına söz vermiş, lakin heç bir ölçü götürməmişdir. Qusar rayon Polis İdarəsinə müraciət etsə də, xx xxxxxxx 2018-ci il tarixli Qusar RPŞ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Müraciətə cavab olaraq “X20 Təchizatı və Satışı İdarəsi” X17 xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, “istismara yararsız, qəzalı dayaqların dəyişdirilməsi məqsədi ilə işlərin görülməsi zamanı insan sağlamlığına təhlükə yaratdığından qoz ağaclarının budaqları kəsilmiş və naqillər üzrə dayaqlar keçirilmiş, xəttdə dayaqların dəyişdirilməsi zamanı 0.4 KV-lıq xəttin trassası və istiqaməti dəyişdirilməmişdir”. Onların həyətindən elektrik naqillərinin keçməsi planda nəzərdə tutulmamışdır. Həyətdə olan qoz ağacları elektrik naqillərinə mane ola bilməzdi. İşıq xəttini dəyişib iddiaçının həyətindən keçirməsəydilər onun əmlakına qəsd edilməzdi. İşıq naqillərinin dəyişdirilməsi nəticəsində əmlakına qarşı qəsd edilmiş, gəlir mənbəyi kimi istifadə etdikləri qoz ağacları məhsula yararsız vəziyyətə salınmışdır. Həmin qoz ağaclarının hər birinin ayrılıqda qiyməti 2500 (iki min beş yüz) manatdan başlayır, ikisi ən azı 5 min manat dəyərindədir. Həmin qoz ağacları basdırıldıqdan10 il sonra bar verir, yəni əvvəlki hala gəlməsi üçün 10 il vaxt lazımdır ki, bar versin. Bir qoz ağacından ildə minimum 700 manat gəlir götürülür, iki qoz ağacının illik gəliri 1400 manat təşkil edir. 1400 manat 10 il müddətinə vurulduqda 14(on dörd min) min manat pul vəsaiti əldən çıxmış, fayda kimi dəyərləndirilməlidir. Onları xəbərdar etmədən, razılıqlarını almadan icazəsiz əmlakına ziyan vurulması, onların müxtəlif instansiyalara şikayət etmələri, qapılara ayaq döyməkləri, keçirdikləri əsəb və iztirablar sarsıntı keçirmələri müşahidə olunmuş, bunun nəticəsində də ona mənəvi ziyan dəymişdir. Ona dəyən mənəvi ziyan da cavabdehlər tərəfindən ödənilməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 Şixverdi oğluna, Cavabdeh4, Cavabdeh5 və “xxxx” ASC-nin X20 Təchizatı və Satış İdarəsi X17nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan JN-409A KOD 30111018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X10 xx xxxxxxx 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə X4 mülkiyyətinə Qusar rayonu, Hil kəndi ərazisindən 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş mteriallarında olan Qusar RPŞ-nin TQ-nun təhqiqatçısının xx xxxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Minayət Hacıqayıbovaya tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan «xxxx» ASC X20 Təchizatı və Satışı İdarəsi X17 tərəfindən Minayət Hacıqayıbovaya ünvanlanmış xx xxxxx 2019-cu il tarixli, SQƏ-80 saylı cavab məktubundan görünür ki, 2018-ci ilin may ayında Hil kəndində 0.4 KV-luq HX-də istismara yararsız, qəzalı dayaqların dəyişdirilməsi məqsədilə həmin ünvana 3 ədəd dayaq göndərilmişdir. Xətdə dayaqların dəyişdirilməsi işləri görülməsi zamanı 0.4 KV-luq HX-nə toxunduğu üçün insan sağlamlığına təhlükə yaratdığından qoz ağacının budaqları kəsilmiş və naqillər təzə dayaqlara keçirilmiş, xəttdə dayaqların dəyişdirilməsi zamanı 0.4 KV-luq xəttin trassası və istiqaməti dəyişdirilməmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-767/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh3 Şixverdi oğluna, X8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, “xxxx” ASC “X20 Təchizatı və Satışı X3rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)569/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 apelyasiya şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmşdır. Həmin qətnamədən görünür ki, iddiaçı X5 iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmamış, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin müddəalarına əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-767/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə mülki iş üzrə iddiaçı, hazırkı iş üzrə iddiaçının anası X1 cavabdehlər Cavabdeh3 Şixverdi oğluna, X8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, “xxxx” ASC “X20 Təchizatı və Satışı X3rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən araşdırılmış və həmin iddianın əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən iddia rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmidir ki, iddia tələbi əsassızdır, belə ki, idiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də iddiasını və apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qusar Rayon Məhkəməsinin 2(029)-734/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-672/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-672/2021
26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver