Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-68/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (“xxxx” ASC ləğv edilmişdir) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (“xxxx” Açıq Səhmdar Cəmiyyətinə) qarşı qanunsuz mülkiyyət hüququnun məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-469/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-469/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «Azəryolserviz» Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz mülkiyyət hüququnun məhdudlaşdırılması tələbinə dair iddianın təmin edilməməsi və iş üzrə məhkəmə-tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim S.M.Quliyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1485/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2018-ci il tarixli, 2(012)-469/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4452/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1485/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X3 iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həll olunacağını göstərilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı qanunsuz mülkiyyət hüququnun məhdudlaşdırılması tələbinə dair iddiadan imtina etdiyini və bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək iddiadan imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (“xxxx” ASC ləğv edilmişdir) nümayəndəsi X4 iddiaçının nümayəndəsinin iddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-469/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-469/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, “xxxx” MMC-nin mütəxəssis rəyinin alınması üçün tələb edilən 300 manat pul, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul, cəmi 600 (altı yüz) manat tərəflərin hər birindən 300 (üç) manat olmaqla alınaraq 300 (üç yüz) manat “xxxx” MMC-nin hesabına, 300 (üç yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-469/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (“xxxx” Açıq Səhmdar Cəmiyyətinə) qarşı mülkiyyət hüququnun məhdudlaşdırılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Mütəxəssis rəyinin dəyəri kimi 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatı İddiaçı və 150 (yüz əlli) manatı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınaraq “xxxx” MMC-nin bank hesabına (Paşabank ASC, cari hesab AZ53PAHA********************, VÖEN **********) köçürülsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının cəmi dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatı İddiaçı və 150 (yüz əlli) manatı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-68/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-68/2021
26.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver