Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-693/2022 08.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı şəhadətnamənin ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(060)-4263/2019 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, İddiaçı1 ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 60/4 nömrəli, 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 109,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) yerləşdiyi 0,02351 ha torpaq sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 verilmiş 21.05.2008-ci il tarixli, 001254 nömrəli şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 60/4 nömrəli, 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 109,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) yerləşdiyi 0,02351 ha torpaq sahəsi üzərində İddiaçı1 ASC-nin mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Cavabdehin nümayəndəsi vəkil Rüfət Mirzəliyev qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsi vəkil X1 apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 10 dekabr 2019-cu il tarixli 2(060)- 4263/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən 13 yanvar 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir (Mülki Prosessual Məcəllənin 366.1. maddəsi). Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi artıq işə yuxarı instansiya məhkəməsi tərəfindən baxıldığını nəzərə almadan, maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini, yəni işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasını qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq yoxlamadan apellyasiya şikayətini baxılması üçün mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-693/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-693/2022
08.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver