Məhkəmə qərarları › İş №2(105)-7/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-7/2024

10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-7/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X26 və X3 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı1, cavabdeh X20 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdehlər X22, Cavabdeh2 Mülküm oğluna və X10 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)- 31/2020 nömrəli qətnaməsindən cavabdeh X27 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddianın təmin edilməsi, Qusar rayonunun Hil kəndi ərazisində yerləşən JN2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X4 və mərhum X11 məxsus torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsindən cavabdeh X27, qərb istiqamətində 0.099 ha torpaq sahəsindən cavabdeh X15, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsindən Cavabdeh2 Mülküm oğlu çıxarılmaları, həmin torpaq sahələri iddiaçılara qaytarılması, cavabdeh X20 həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evi X20 öz hesabına sökülməsi, iş üzrə 162 (bir yüz altmış iki) manat təşkil edən ekspertiza xərcləri iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 müştərək qaydada tutularaq 100 manat Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X14, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına və 62 (altmış iki) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod 200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yer quruluşu Lahiyə-Təhqiqat Mərkəzi MMC VÖEN **********, Hesab N: AZ23AİİB******************** hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh X27 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdehlər X22, Cavabdeh2 Mülküm oğluna və X10 qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonunun Hil kəndində yerləşməklə onlara məxsus olan 2.17 ha torpaq sahəsnin zəbt olunmuş hissəsindən cavabdehlər X20, Cavabdeh2 Mülküm oğlunun və X8 çıxarılmasına, həmin torpaq sahəsinin onlara qaytarılmasına və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək torpağın mülkiyyətə verilməsinə dair JN-2385 KOD 30111018 saylı Dövlət Aktına əsasən Qusar rayonu Hil kəndində yerləşən torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsinin cavabdeh X18, qərb istiqamətində 0.099 ha torpaq sahəsinin cavabdeh X7, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsinin Cavabdeh2 Mülküm oğlundan alınıb onlara qaytarılmasına, cavabdeh X20 həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə onlara, yəni İddiaçı1, İddiaçı2, X4 və 03 noyabr 2001-ci ildə vəfat etmiş X11 Qusar rayonun Hil kənd ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.17 hektar torpaq sahəsi verilmişdir. Dövlət tərəfindən onlara pay olaraq verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onlar təyinatı üzrə istifadə edərək gəlir əldə edirlər. Lakin son bir neçə ildir ki, həmin torpaq sahəsinin müəyyən hissələri iş üzrə cavabdehlər X27, Cavabdeh2 Mülküm oğlu və X15 tərəfindən zəbt edilərək istifadə edilir. Həmçinin həmin torpaq sahəsində tikinti aparmışlar. Həmin torpaq sahəsinə buraxılmasına dair cavabdehlərə dəfələrlə müraciət etmişlər, lakin cavabdehlər onların müraciətlərinə məhəl qoymadan öz qanunsuz hərəkətlərini davam edirlər. Göründüyü kimi onlara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması səbəbindən onlar öz mülkiyyət hüquqlarını maneəsiz sərbəst şəkildə idarə etməklə istifadə edə bilmirlər. Bu halı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə zidd hesab edirlər. Həmçinin məsələ ilə əlaqədar onlar dəfələrlə Hil kənd Bələdiyyəsinə, İnzibati Ərazi Nümayəndəliyinə və Qusar Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişlər. Qusar Rayon İcra Hakimiyyəti tərəfindən onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunduğundan, ona görə məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin qeyd etmişlər ki, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsi təxminən 0.50 ha təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 116/2023 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi dayandırılmış, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-116/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı X20 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X11, İddiaçı2 Abdulla qızına, X5 və X9 məxsus JN 2385, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisində 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsinə dair inzibati iş üzrə iddia ərizəsi mümkün sayılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X13 Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş materiallarındakı ekspert rəyinə əsaslandığını, lakin hansı koordinatlar üzrə torpağın zəbt olunduğunun görünmədiyini, rəyin özünün tam olmadığı, torpaq sahəsinin şərq hissəsindən 0,06 ha ərazinin boşaldılması qətnamədə göstərilsə də, bu ərazinin üçbucaq, dairəvi, ellipis və kvadrat, ümumiyyətlə hansı formada olacağının aydın olmadığını, bununla da məhkəmənin ekspert rəyinə, sübutlara obyektiv hərtərəfli, qiymət verməməsi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X20 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. O, həmçinin qeyd etmişdir ki, tərəflər arasında razılığa gəlinməsi ilə bağlı bir neçə dəfə cəhd olunub, hətta cavabdeh iddiaçıya 5000 manat pul vermək fikrində olsa da, məbləğlə bağlı razılaşmamışlar. Cavabdeh sonradan 5 il müddətində məhkəmə çəkişmələrini nəzərə alaraq 10.000 manat məbləğində pul istədiyini bildirdi. Lakin təxirə salınsa təmsil etdiyi şəxslə bir daha mübahisənin həlli istiqamətində fikirlərini öyrənə bilər. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq qeyd etdi ki, özü hərbçi olmuş, hazırda təqaüddədir, oğlu isə Qarabağ müharibəsi iştirakçısıdır, onun haqqını müdafiə edir. Həqiqətən də cavabdehlə məsələnin həlli ilə bağlı danışıq aparıb, lakin cavabdeh onunla kobud danışması səbəbindən, razılaşma baş tutmamış, lakin buna baxmayaraq aralarında qohumluq münasibətləri olduğundan onun evini sökmək fikri yoxdur, istənilən vaxt onunla razılaşa bilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər iddiaçı X4 və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 157.2, 157.4, 157.8, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X27 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsədə, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni ona aid hissədə mübahisələndirmiş, digər cavabdehlər Cavabdeh2 Mülküm oğlu və X15 isə iddianın onlara aid təmin olunmuş hissəsindən qətnamədən apellyasiya şikayəti verməmişlər. Hazır ki iş üzrə apellyasiya baxışının predmeti qətnamənin yalnız Cavabdeh1 aid hissəsidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin cavabdeh X22 aid hissədə mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, iddiaçılar Qusar rayonun Hil kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 2.17 ha torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətlərində olduğunu, həmin torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Baxılan iş üzrə iddia tələbi iddiaçılara məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və torpaq sahəsinin geri qaytarılmaqla orada olan tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (Mülki Məcəllənin 157.2. maddəsi). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli mənzilin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan mübahisəli torpaq sahəsinin isə iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin mütəxəssislərinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəylərinə əsasən torpağın mülkiyyətə verilməsinə JN-2385 KOD 30111018 saylı dövlət aktına əsasən Qusar rayon Hil kəndində yerləşən torpaq sahəsi şərq istiqamətində (0,06 ha torpaq sahəsi) X27, qərb istiqamətindən (0,099 ha torpaq sahəsi) X15, cənub istiqamətindən isə (30 kv.m torpaq sahəsi) Cavabdeh2 Mülküm oğlu tərəfindən istifadə olunduğu və eləcə də, tədqiq olunan torpaq sahəsində cavabdeh X20 fərdi yaşayış evi (146,5 kv.m) tikdiyi müəyyən olunur. Cavabdeh1 apellyasiya şikayətində, apellyasiya baxışında isə onun vəkili Vəkil həmin rəylə razı olmadıqlarını, rəyin özünün tam olmadığını, hansı koordinatlar üzrə torpağın zəbt olunduğunun görünmədiyini, torpaq sahəsinin şərq hissəsindən 0,06 ha ərazinin boşaldılmasının qətnamədə göstərildiyi hala da bu ərazinin üçbucaq, dairəvi, ellipis və kvadrat, ümumiyyətlə hansı formada olacağının aydın olmadığını əsas gətirərək texniki ekspertiza keçirilməsini xahiş etmiş və sonuncunun vəsatəti əsasında ekspertiza təyin edilmişdir. “X25 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə isə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdehlər X22, Cavabdeh2 Mülküm oğluna və X8 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissələrin koordinatları və ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş sxemdə qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçılara aid torpaq sahəsinin mübahisələndirilən hissədə cavabdeh Sultalı Orucova məxsus torpaq sahəsi ilə üs-üstə düşməsini və koordinatları dəqiq müəyyən edilməklə hansı hissədə düşdüyünün müəyyənləşdirilməsi üçün öz təşəbbüsü ilə yenidən tikinti texniki ekspertizası təyin etmiş, "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli rəyinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 JN-2385 kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş hissəsi cavabdehlər X20 mülkiyyətində olan JN-636 kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunsa da, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaq sahəsinin müvafiq ölçülərinin və koordinatlarının naturada köçürülməsinə cavabdeh Sultalı Orucov tərəfindən (özünün yazılı ərizəsi əsasında) icazə verilmədiyindən, mütəxəssislər tərəfindən rəyin hazırlanıb verilməsi mümkün olmamışdır. Göründüyü kimi Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillə bağlı apellyasiya baxışında təmsil etdiyi vəkilinin vəsatəti, o cümlədən məhkəmə kollegiyasının öz təşəbbüsü ilə ekspert qaşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olan mütəxəsis rəyinin alınmasına məhz Cavabdeh1 özü tərəfindən şərait yaradılmamışdır. Buna baxmayaraq 10 yanvar 2024-cü il tarixli tarixli məhkəmə iclasında Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə saxlayaraq bu məsələyə aydınlıq gətirməsi məqsədilə məhkəmə iclasına fasilə verilməsi barədə vəsatəti təmin edilsə də, sonda cavabdehin razı olmadığını və mülki işin tamamlanmasını xahiş etmişdir. Məlumdur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (Mülki Prosessual Məcəllənin 97.5. maddəsi). Nəzərə alınmalıdır ki, ekspertizanın keçirilməsinə tərəflərdən biri maneə olarsa və iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mövcud vəziyyətdə iddiaçıların iddia etdikləri torpaq sahəsinin mübahisələndirilən hissədə məhz Cavabdeh1 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyənlədirilməsi zəruri olsa da, onun bu hərəkəti nəticəsində ekspertiza keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Bu mənada məhkəmə kollegiyası cavabdehin ekspertiza keçirilməsini arzuladığı halda, sonradan ekspertiza keçirilməsindən yayınması (özünün yazılı imtinası) ekspertiza təyin edilən faktının rədd edilməli olması qənaətini qaçılmaz edir. Həmçinin o da vurğulanmalıdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin mütəxəssislərinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəylərində tədqiq olunan torpaq sahəsində cavabdeh X20 fərdi yaşayış evi (146,5 kv.m) tikdiyi müəyyən olunmuşdur. Qeyd olunan yaşayış evinin hüquqi vəziyəti (qeydiyyata alınması) barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilmiş və həmin idarənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən cavabdeh X20 adına Qusar rayon Hil kəndi ərazisi üzrə 146,5 kv.m sahəsi olan fərdi yaşayış evinə dair dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh Sultalı Orucov tərəfindən mübahisəli torpaq sahəsində tikintisi aparılmış fərdi yaşayış evi (qeydiyyata alınmayıb) sənədsizdir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.3., 173.3-cü maddələri). Qeyd olunmalıdır ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Apellyasiya baxışı zamanı İddiaçı1 isə cavabdeh tərəfindən tikinti aparıldığı ilk gündən yəni 2018-ci ildən etiraz etsə də Cavabdeh1 onun bu etirazına məhəl qoymamış, apardıqları danışıqlar nəticəsiz qaldığından məhkəməyə müraciət etmişdir. O, həmçinin cavabdehin zəbt etdiyi torpaq sahəsinin bir hissəsi ilə onunla razılığa gələcəyi evini sökdürmək fikri olmadığını bildirmişdir. İddianın bu hissəsinə münasibətdə isə hazırda müdafiə etdiyini bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, eləcə də iddiaçıların adına olan dövlət aktının ləğvi barədə cavabdeh Sultalı Orucovun iddiası inzibati məhkəmənin aktı ilə mümkün hesab edilmədiyindən, iddiaçıların hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh X18 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X12, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh X20 apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X18 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X12, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar