Məhkəmə qərarları › İş №2(105)-722/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-722/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-722/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2038/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2038/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilmiş, ********** qeydiyyat nömrəli ,**********16-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törətdilən maneələr aradan qaldırılmaqla, cavabdehlərin qıfılladıqları otaqlar açılaraq iddiaçının istifadəsinə verilməsi və həyətyanı torpaq sahəsinə hasarın düzəldilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim İ.Ə.Xəlilov). Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2038/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ********** qeydiyyat nömrəli **********16-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində Xaçmaz rayonunun Nərəcan kəndində 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evindən istifadədə cavabdehlərin törətdikləri maneələrin aradan qaldırılması - qıfılladıqları otaqların açılaraq istifadəsinə verilməsi və həyətyanı torpaq sahəsinə hasarın düzəldilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən heş bir real əsasa söykənməmiş, əsassız və qərəzli qətnamə qəbul etmişdir. İddiaçı qeyd etdiyi torpaq sahəsinə və evə mülkiyyət sənədini qanunsuz yolla əldə edib. Həmin evdə və topraq sahəsində onun da payı vardır. Həmin ev nənəsi X2 miras qalmışdır. Həmin evdə o, anası, Cavabdeh2, İddiaçı və ailəsi yaşayır. Yəni onlar mirası qəbul etmişlər. Bu hal onun tərəfindən ödənilən işıq, qaz və s. komunal ödənişlərlə sübut edilir. Bu səbəbdən iddiaçıya hasar çəkməyə imkan verməmişdir, iddiaçının evinin qapısını da qıfıllamışdır. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2038/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində Xaçmaz rayonunun Nərəcan kəndində 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi var. Həmin evdə ailəsi və 2 uşağı ilə birgə yaşayır. Lakin cavabdehlər onları yaşamağa qoymurlar. Cavabdehlər əmisi uşaqlarıdır. Onların Nərəcan kəndində özlərinə məxsus evləri var və ailələri ilə birlikdə öz evlərində yaşayırlar. Bununla belə onlar onun həyətyanı torpaq səhəsindən və evindən təyinatı üzrə istifadə etməyinə imkan vermirlər. Onlar bildirirlər ki,əvvəllər həmin evdə onların valideynləri də yaşadıqlarına görə onların evə hüquqları var. Halbuki, həmin ev əvvəllər onun mərhum anası X3 məxsus olmuşdur. X10 və anası Güləsmər Aydəmirova vəfat edəndən sonra həmin əmlakı vərəsəliklə öz adına keçirmişdir. Cavabdehlərin ona məxsus mülkə heç bir hüquqları ola bilməz. Buna baxmayaraq onlar həyətyanı sahəsinə hasar çəkməyinə imkan vermirlər, habelə evinin bir neçə otağının qapısını qıfıllayıblar. Cavabdehlərdən əmlakına qəsd edən hərəkətlərə son qoymalarını dəfələrlə tələb etsə də, onlar öz bildiklərini edirlər. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2038/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2038/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh3 şikayəti üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2038/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində dindirilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlu bildirmişlər ki, iddiaçı Nərəcan kəndindəki evə və torpaq sahəsinə dair mülkiyyət sənədini qanunsuz yolla əldə etmişdir. Həmin evdə və həyətyanı torpaq sahəsində onun da payı var. Onlar iddiaçıya həyətyanı sahəsinə hasar çəkməyə imkan vermirlər, həmçinin, iddiaçının evinin otaqlarının qapısını da qıfıllamışlar. Onların öz evləri var, amma hesab edirlər ki, iddiaçının adına qeydə alınan evdə və torpaq sahəsində onların da payı var. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutları yoxdur. Göstərilənlərə əsasən iddianı əsasız hesab edir və iddianın rədd edilməsini xahiş edirlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********1610301 saylı çıxarışından müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində Xaçmaz rayonunun Nərəcan kəndində 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf apelyasiya şikayətində iddiaçıya məxsus olan evə və torpağa dair sənədlərin qanunsuz olduğunu bildirsə də buna dair sübut təqdim etməmişdir. Bundan başqa qeyd edilən sənədələr hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2038/2020 saylı qətnaməsindən Cavabdeh3 şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar