Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-725/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən geri alınması, yaxud nəqliyyat vasitəsinin dəyərinin, dəymiş zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi və məhkəmə xərcləri tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1739/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.Quliyev) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus «X4» markalı, 2006-cı il buraxılışlı, **-UZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması, həmin avtomobilin naturada qaytarılması mümkün olmadığı halda onun bazar dəyəri olan 8000 (səkkiz min) manat pul, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «X4» markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində mülkiyyət hüququ tanınmaqla həmin avtomobilin işlək və texniki saz vəziyyətdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması və ya avtomobilin əvəzi olaraq onun dəyəri olan 12.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «X4» markalı, 2006-cı il buraxılışlı, **-UZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin işlək və texniki saz vəziyyətdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin avtomobilin naturada qaytarılması mümkün olmadığı halda onun bazar dəyəri olan 8000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, qeyd olunan nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu zaman «ferodo fasonnı çaşkası» adlanan hissəsinin sıradan çıxması ilə əlaqədar ona vurulmuş zərərin əvəzi kimi 620 manat pulun, həmçinin əldən çıxmış fayda kimi xx xxxxxx 2020-ci il tarixdən etibarən avtomobilin ona qaytarılması icra olunduğu günə qədər zərərin əvəzi kimi hər gün üçün icarə dəyəri 25 manat pulun, nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi üçün X2 ödədiyi 50 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan «X4» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx xxxxxx 2019-cu il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Notiariat ofisində iş üzrə Cavabdeh etibarnamə əsasında idarə etməyə vermişdir. Həmin etibarnamə onun adından X1 tərəfindən imzalanmışdır. O, Müşfiq Rzayevə avtomobilinin üzərində sərəncam verməsinə dair etibarnamə vermişdir. Cavabdeh avtomobili idarə etməyə qəbul edərək vəd vermişdir ki, avtomobil onda olduğu müddətdə gündəlik icarə haqqı kimi 25 manat hesabı ilə nümayəndəsi Müşfiq Rzayevin bank hesabına pul ödəyəcəkdir. Odur ki, avtomobili tam saz vəziyyətdə cavabdehə idarə etmək üçün vermişdir. Avtomobil cavabdehin istifadəsində olduğu zaman cavabdeh zəng edərək avtomobilin ferodo fasonnı çaşkasının sıradan çıxdığını, «Koronavirus» pandemiyası dövründə xüsusi karantin reciminin tətbiq olunması ilə əlaqədar ehtiyat hissə almaq üçün Bakı şəhərinə gələ bilmədiyini əsas gətirib ödəyəcəyini vəd edərək 620 manata avtomobilin ehtiyat hissəsini də ona aldırmışdır. Bu ehtiyat hissəsini nümayəndəsi Müşfiq Rzayev tez bir zamanda cavabdehə çatdırmışdır. Cavabdeh 3 ay ərzində ona cəmi 2200 manat ödəmə apardıqdan sonra vədinə əməl etməmiş, icarə haqqını ödəməkdən və avtomobilini qaytarmaqdan imtina etməklə avtomobili ələ keçirmişdir. Əslində avtomobilin ehtiyat hissəsi 620 manata onun tərəfindən alındığı nəzərə alınarsa cavabdeh ona cəmi 1580 manat ödəmişdir. Cavabdeh avtomobilin icarə haqqını ödəmədiyinə görə ona verdiyi xx xxxxxx 2019-cu il tarixli etibarnaməni ləğv etdirmiş və ona bu barədə şifahi və rəsmi xəbərdarlıq edərək avtomobili qaytarmasını tələb etmişdir. Cavabdeh isə ona hədə-qorxu gəlməklə, müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmışdır. O, X2 müraciət edərək mübahisəli nəqliyyat vasitəsinin dəyərinin qiymətləndirilməsini və icarə haqqının hesablanmasını xahiş etmişdir. X5 tərəfindən mübahisəli nəqliyyat vasitəsinin dəyəri hazırki orta bazar qiymətinə uyğun olaraq 7000- 8000 manat, avtomobilin icarə dəyəri gündəlik 25 manat olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində cəmi 5075 manat olması müəyyən edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən etibarən gündəlik icarə haqqını ödəmir. Cavabdeh in ona hazırki gündə icarə haqqı kimi ödəməli olan məbləğ 5075 manat təşkil edir. Cavabdeh avtomobilin ona qaytarılması icra olunduğu günə qədər hər gün üçün əldən çıxmış fayda kimi ona 25 manat pul ödəməlidir. Nəqliyyat vasitəsi istifadəsində olduğu dövr ərzində cavabdeh dəfələrlə inzibati xətalar törətmiş və cərimələri ödəməmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntılar keçirmişdir. Cavabdeh nəqliyyat vasitəsini ondan texniki saz vəziyyətdə qəbul etmiş, həmin vəziyyətdə də avtomobili ona geri qaytarılmalı və ya nəqliyyat vasitəsinin dəyərini ona ödəməlidir. Hazırda nəqliyyat vasitəsinin bazar qiyməti 8000 manat təşkil edir. Cavabdeh in hazırda ona məxsus nəqliyyat vasitəsini qanunsuz olaraq özündə saxlaması və nəqliyyat vasitəsinə qanunsuz sahiblik etməsi onun hüquqlarını pozur və onu əmlakdan məhrum edir. Cavabdeh istifadəsində olan həmin avtomobili hər an yararsız hala salmaqla ona külli miqdarda ziyan vura bilər. Hesab edir ki, nəqliyyat vasitəsinin cavabdehdə qalması qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əliyev X3 rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən - «X4» markalı, 2006cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu zaman «ferodo fasonnı çaşkası» adlanan hissəsinin sıradan çıxması ilə əlaqədar ona vurulmuş zərərin əvəzi kimi 620 manat pulun, həmçinin əldən çıxmış fayda kimi xx xxxxxx 2020-ci il tarixdən etibarən avtomobilin ona qaytarılması icra olunduğu günə qədər zərərin əvəzi kimi hər gün üçün icarə dəyəri 25 manat pulun, nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi üçün X2 ödədiyi 50 manata dair tələbin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıması, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək məhkəmənin gəldiyi nəticəni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddianın təmin edilməyən hissəsində mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisə olunan hissədə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi iddiaçı apellyasiya şikayətində avtomobilin cavabdehin istifadəsində olduğu zaman «ferodo fasonnı çaşkası» adlanan hissəsinin sıradan çıxması ilə əlaqədar ona vurulmuş zərərin əvəzi kimi 620 manat pulun, həmçinin əldən çıxmış fayda kimi xx xxxxxx 2020-ci il tarixdən etibarən avtomobilin ona qaytarılması icra olunduğu günə qədər zərərin əvəzi kimi hər gün üçün icarə dəyəri 25 manat pulun, nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi üçün X2 ödədiyi 50 manatın tutulmasını xahiş edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «X4» markalı, 2006-cı il buraxılışlı, **- UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu zaman «ferodo fasonnı çaşkası» adlanan hissəsinin sıradan çıxması ilə əlaqədar ona vurulmuş zərərin əvəzi kimi 620 manat pulun, həmçinin əldən çıxmış fayda kimi xx xxxxxx 2020-ci il tarixdən etibarən avtomobilin ona qaytarılması icra olunduğu günə qədər zərərin əvəzi kimi hər gün üçün icarə dəyəri 25 manat pulun, nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi üçün X2 ödədiyi 50 manatla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-725/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-725/2021
17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver