Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-726/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon Saray Bələdiyyəsinə qarşı hasarın və digər tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(012)-609/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh1 qarşı hasarın və digər tikililərin sökülməsi tələbinə dair iddiasının rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı məhkəmə tikintitexniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası MərkəziVÖEN **********; hesab AZ34CTRE********************. qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin məktubuna əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-609/2023 nömrəli mülki iş üzrə 16 fevral 2024-cü il tarixli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-609/2023 nömrəli, 16 fevral 2024-cü il tarixli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq, Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)-609/2023 nömrəli, 16 fevral 2024-cü il tarixli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-726/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-726/2024
14.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver