Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3886/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıun cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçıun cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “hasarın və digər tikililərin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-66/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron rayon 2 nömrəli DNK-nun xx.xx.2005-ci il tarixli 4Ə-12-1471 nömrəli alqısatqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 0,63 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə İddiaçı verilmiş və mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,6285 ha, əmlak kompleksinin ümumi sahəsi 1.678,0 kv.m olan torpaq sahəsi dövlət reyestr xidmətində xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə İddiaçıun adına dövlət qeydiyyatına alınmışdır.
3. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 95 nö mrəli, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə X5nun xx.xx.1994-cü il tarixli, 59 saylı əmri ilə qəsəbə daxilində boş, istifadəyə yararsız 0.10 ha torpaq sahəsi X2 ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir. 4. 16.11.2022-ci il tarixli etibarnaməyə əsasən X1 torpaq sahəsinin müqəddəratını həll etməklə bağlı hüquqlarını Cavabdeh2 5 il müddətinə etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (bundan sonra cavabdehlər, yaxud ad soyadı, Bələdiyyə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 yüksək gərginlikli elektrik naqillərinin altında qanunsuz tikdiyi hasarın və digər tik ililərin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin iki tərəfdən giriş, çıxış qapıları vardır, torpaq sahəsi şose yolu ilə sərhəddir. Şosse yolu ilə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini 8-10 metr enində 100 metrə qədər uzunluğu olan torpaq sahəsi ayırır. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi hasarlanaraq şose yoluna qapı qoyulmuşdur. Eyni zamanda 8-10 metrlik eni 100 metrə qədər uzunluğu olan torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Saray qəsəbə sakini Cavabdeh2 bütün tikinti normalarını pozaraq yüksək gərginlikli elektrik xəttinin altında mağaza, yaxud iaşə obyekti kimi istifadə edilə biləcək 2 otaqlı obyektin mülkiyyətçi İddiaçı or ada daimi yaşamamasından sui-istifadə edərək inşa etmişdir. Bu zaman darvazanı, yəni giriş qapısını İddiaçı üzünə bağlamışdır. Eyni zamanda Cavabdeh1 29 iyul 2022-ci il tarixli 252 saylı vəkil sorğusuna verdiyi cavabdan görünür ki, Vəkilin sorğusu əsasında araşdırma aparılmış, həmin ərazidə olan tikintinin kimə məxsus olması və həmin torpaq sahəsinin kimin adına olub olmaması ilə bağlı bir məlumat əldə olunmamışdır. Bundan başqa Abşeron RPİ-nin X6 xx.xx.2022-ci il tarixli vəkil sorğusuna verilən cavabdan görünür ki, araşdırma aparılmış, müəyyən edilmişdir ki, müraciətdə qeyd olunan xüsusatlar məhkəmənin səlahiyyətində olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş fotodan görünür ki, Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsini zəbt etmiş, eyni zamanda h əyətə giriş qapısını bağlamışdır. Həmçinin qeyd edir ki məhkəmənin qərardadı ilə ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsinə dair göstərişindən sui-istifadə edən ekspert gözlə görünən qanunsuz tikililəri bir kənara qoyub “mühəndisin” saxta rəyi əsasında ekspertiza keçirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin vermiş olduğu 13 oktyabr 2023-cü il tarixli ekspert rəyi, məhkəmə işinə və iddiaçının tələblərinə aid olan faktları deyil uydurma “mühəndis” rəyi əsasında yeni ekspertiza keçirmi ş və saxta rəy vermişdir. Ona görə də o ekspert rəyi ilə razı deyildir.
7. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Həmin torpaq sahəsi 1998-1999-cu illərdə X5 tərəfindən ona verilmişdir. Həmin torpaq sahəsinin ona məxsus olduğunu, heç kimin torpaq sahəsini zəbt etmədiyini, inşa etdiyi tikililərin öz torpaq sahəsinə düşdüyünü, əgər iddiaçının torpaq sahəsinə daxil olduğu sübuta yetirlərsə həmin tikililəri sökəcəyini bildirmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5269 nömrəli tikinti-texniki ekspertizası üzrə ekspert rəyinə əsasən mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakı n Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Kənan Aslanovun tərtib etdiyi 19 iyul 2023-cü il tarixli, 3-21-3-32/2-8284/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Birinci sual üzrə: İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m. olan əmlak kompleksi (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatları) İddiaçı faktiki istifadəsində olan 0,6484 ha torpaq sahəsinin daxilində yerləşir. İkinci sual üzrə: İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m. olan əmlak kompleksi (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində) Cavabdeh2 tərəfindən istifadə olunmur.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m. ol an əmlak kompleksi (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatları) İddiaçı faktiki istifadəsində olan 0,6484 ha torpaq sahəsinin daxilində yerləşir (sxemdə göstərilmişdir).İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m. olan əmlak kompleksinə (xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən ve rilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində) Cavabdeh2 tərəfindən müdaxilə (zəbt) və ya maneə mövcud deyildir (sxemdə göstərilmişdir).
10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-609/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçının Cavabdeh2 qarşı hasarın və digər tikililərin sökülməsi tələbinə dair iddiasının rədd edilməsi, 2(012)-609/2023 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə iddiaçının cavabdeh Bələdiyyəyə qarşı Cavabdeh2 yüksək gərginlikli elektrik naqillərinin altında qanunsuz tikdiyi hasarın və digər tikililərin sökülməsi barədə iddiasının rədd edilməsi qət olunmuşdur.
11. Məhkəmədə sübutların tədqiqatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5269 nömrəli rəyində göstərilən xüsusatları təkzib edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə izahatlarına tənqidi yanaşaraq iddianın təmin olunmasını mümkün hesab etməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 77.1, 88, 217.3, 217.4, 218.1, 229.1.1, 229.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsinin və xx.xx.2023-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qə tnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPMnin 8-ci maddəsinin tələblərini pozan məhkəmə süni şəkildə bunun üçün ehtiyac olmadığı halda məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertiza keçirəcək şəxslər qabaqcadan xəbərdar edildikdən sonra ekspertizanın keçirilməsinə mütəxəssis cəlb edərək ekspert rəyini ekspert apardığı ekspertizanın nəticəsi olaraq deyil, mütəxəssisin rəyi əsasında vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi kadastr və reyestr xidmətinin 4 saylı Abşeron rayonu idarəsinin rəisi və texnik tərəfindən imzalanmışdır. İddiaçı tərəf məhkəmə qərardadı ilə mütəxəssis qarşısında qoyulan 2 sualın birtərəfli cavabdehin xeyrinə olmasına dair yazılı etirazları nəzərə almadan birtər əfli qaydada qanunsuz ev tikən, iddiaçının darvazalarını bağlayan cavabdehin xeyrinə sübutlar toplamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m. olan əmlak kompleksi (xx.xx.2010-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatları) sənəd üzrə uyğun gəlirmi?
2. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m. olan əmlak kompleksinə (xx.xx.2010-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində) Cavabdeh2 tərəfindən müdaxilə (zəbt) və ya maneə varmı, müdaxilə (zəbt) və ya maneə varsa, həmin hissə nə qədər təşkil edir, həmin hissədə hər hansı tikili(lər) mövcuddurmu, mövcuddursa hansı hissədə və nə qədər təşkil edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-609/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirl iyinin Ekspertiza mərkəzinin vermiş olduğu 13 oktyabr 2023-cü il tarixli rəyə görə, Abşeron Rayon Məhkəməsinin ekspertiza qarşısında qoyduğu 1-ci sual üzrə, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m olan əmlak kompleksi (xx.xx.2010-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin koordinatları) İddiaçı faktiki istifadəsində olan 0,6484 ha torpaq sahəsinin daxilində yerləşir. 2-ci sual üzrə, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,6285 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.678,0 kv.m olan əmlak kompleksi (xx.xx.2010-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin koordinatları) İddiaçı faktiki istifadəsində olan 0,6484 ha torpaq sahəsinin daxilindədir Cavabdeh2 tərəfindən istifadə olunmadığına dair rəy verilmişdir. Göründüyü kimin ekspert 2-ci sual üzrə, ona verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, torpaq sahəsinin və əmlak kompleksinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində) Cavabdeh2 tərəfindən müdaxilə (zəbt) və ya maneə varmı, müdaxilə (zəbt) və ya maneə varsa, həmin hissə nə qədər təşkil edir, həmin hissədə hər hansı tikili(lər) mövcuddurmu, mövcuddursa hansı hissədə və nə qədər təşkil edir. Sualından yayınmışdır. Cavabdeh2 İddiaçı məxsus divarın qarşısında bina tikərək yolu bağlamışdır. Bundan başqa Cavabdeh2 özünün sənədsiz tikililərini İddiaçı məxsus hasara birləşdirmişdir. Eyni zamanda İddiaçı məhkəməyə təqdim etdiyi fotolardan görünür ki, Cavabdeh2 İddiaçı məxsus divarın qarşısında bina tikərək yolu bağlamışdır. Bundan başqa məhkəmənin qərardadı ilə ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsinə dair göstərişindən sui-istifadə edən ekspert gözlə görünən qanunsuz tikililəri bir kənara qoyub mühəndisin saxta rəyi əsasında ekspertiza keçirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin vermiş olduğu 13 oktyabr 2023-cü il tarixli ekspert rəyi, məhkəmə işinə və iddiaçının tələblərinə aid olan faktları deyil uydurma mühəndis rəyi əsasında yeni ekspertiza keçirmiş və saxta rəy vermişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-66/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində ekspert rəyini mübahisələndirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin vermiş olduğu 13 oktyabr 2023-cü il tarixli ekspert rəyi iddiaçının tələblərinə aid olmayan faktları və həqiqəti əks etdirməyən mühəndis rəyi əsasında verilmişdir. İddia tələbini və apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 sayl ı Abşeron Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmənin qeyd edilən qərardadı əsasında əldə edilmiş ekspert rəyində göstərilmişdir ki, **********83-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin texniki pasportda göstərilən cizgilərə əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, əmlak kompleksi kimi müəssisənin texniki pasportda göstərilən cizgilərə əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə Cavabdeh2 tərəfindən müdaxilə (zəbt) mövcud deyildir. Əmlak kompleksi kimi müəssisənin sənəd üzrə yerləşməsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə ara məsafəsi 2.90 me trlə 3.80 metr artan məsafədə yerləşir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən tikilinin **********83-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin sənəd üzrə yerləşməsi ilə üst-üstə düşmür, lakin giriş-çıxışına maneə yaradıb-yaratması sualının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətləri xaricindədir. Bundan əlavə olaraq bildirilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə faktiki olaraq 3 darvaza mövcuddur.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı cavabdehlər tərəfindən ona məxsus torpağa və əmlakına hər hansı maneənin törətməsini sübut edə bilməmişdir. İddiaçı iddia tələbinə dair hər hansı sübut təqdim etməmiş, bununla belə ekspert rəyi ilə onun iddiasının əsaslı olmadığı müəyyən edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 152.5, 157.4, 157.8-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.7, 102.1, 102.2, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
19. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və müba hisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, cavabdehin heç bir əmlakı mövcud deyil. O, hər bir halda səlahiyyətsiz ola-ola torpağı zəbt etmişdir.
21. Məhkəmə aşkar fakta qiymət verməmişdir: cavabdeh iddiaç ının darvazasının qarşısını kəsmişdir. Bunu müəyyən etmək üçün ekspertə ehtiyac yox idi, sadəcə yerində baxış keçirmək kifayət idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda q eydə alınmalıdır.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdır ılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-66/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.