Məhkəmə qərarları › İş №2(105)-729/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-729/2021

11.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-729/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı sənədlərin təqdim edilməsi və Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) İddiaçı Cavabdehnə qarşı sənədlərin təqdim edilməsi və Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması, iddiaçıya Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı sənədlərin təqdim edilməsi və Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, iddianın mahiyyəti Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinin araşdırılması ilə bağlıdır. Qanunvericilikdə cinayət mühakimə icraatı qaydasında araşdırılmalı olan halın mülki iddia icraatı qaydasında araşdırılması nəzərdə tutulmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya qeyd edilən məsələnin araşdırılması ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardadı düzgün deyil. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-2397/2020 saylı qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, iddianın mahiyyəti Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinin araşdırılması ilə bağlıdır. Qanunvericilikdə cinayət mühakimə icraatı qaydasında araşdırılmalı olan halın mülki iddia icraatı qaydasında araşdırılması nəzərdə tutulmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya qeyd edilən məsələnin araşdırılması ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun izah edilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən müəyyən olur ki, iddiaçı cavabdehin qanunsuz hərəkətindən şikayət edir və birinci instansiya məhkəməsi haqlı olaraq ona bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu izah etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(067)-2397/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar