Məhkəmə qərarları › İş №2(105)-733/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-733/2021

11.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-733/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Xalıqova (Sabarova) Aynur İntiqam qızına, Cavabdeh3 və Novruzova (Cabarova) Rəvayət Şafaqat qızına qarşı öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim X.İ.Quliyev) cavabdehlər Cavabdeh3 və Xalıqova (Cabarova) Aynur İntiqam qızının Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-247/2020 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətinin onların özlərinə qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-247/2020 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Xalıqova (Cabarova) Aynur İntiqam qızı, Cavabdeh3 və Novruzova (Cabarova) Rəvayət Şafaqat qızına qarşı öhdəliyin icrası tələbinə dair iddiası təmin edilmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh3 və Xalıqova (Cabarova) Aynur İntiqam qızının Xaçmaz Rayon Məhkəmənin xx xxxxxx 2020-si il tarixli, 2(067)-247/2020 saylı qətnaməsindən birgə yazdıqları apellyasiya şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-si il tarixli, 2(067)-169/2020 saylı qərardadına əsasən Cavabdeh3 və A.İ.Xalıqovanın (Cabarova) Xaçmaz Rayon Məhkəmənin xx xxxxxx 2020-si il tarixli, 2(067)-247/2020 qətnaməsindən verdikləri apellyasiya şikayəti cavabdehlərdən Xalıqova (Cabarova) Aynur İntiqam qızı tərəfindən şikayətə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh3 və A.Xalıqova şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Xaçmaz Rayon Məhkəməsinin qərardadı ilə A.Xalıqova tərəfindən də dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayətinin və ona əlavə edilmiş materialların şikayətlərlə qaytarılması barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyndə apellyasiya şikayəti verilərkən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin birlikdə bir neçə nəfərin verdiyi apellyasiya şikayəti üzrə hər bir şikayətçinin ayrı-ayrılıqda dövlət rüsumunun ödənilməsi göstərilməmişdir. Ona görə də həmin qərardad ləğv edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-247/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3 və nümayəndəsi Ş.Ş.Əliyev şikayəti müdafiə etdilər, ona oxşar izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, R.Ş.Novruzova və A.İ.Xalıqova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı dəyişdirilməməlidir, şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi ilə bağlı dövlət rüsumu tutulur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş dövlət rüsumunun 50 % məbləğində dövlət rüsumu ödənilir. Apellyasiya şikayəti və əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, birgə apellyasiya şikayəti verən cavabdehlərdən Cavabdeh3 dövlət rüsumunu qanunla müəyyən edilmiş qaydada ödəmiş, lakin digər cavabdeh A.İ.Xalıqova (Cabarova) isə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi apellyasiya şikayətinə əlavə etməmişdir. Qanunun mənasına görə birgə apellyasiya şikayəti vermiş cavabdehlər hər biri özünə münasibətdə məhkəmə qərarları barəsində şikayət verdiyinə görə dövlət rüsumu ödəməli idi. Azərbaysan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.2-si maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdırsa apellyasiya şikayəti birinsi instansiya məhkəməsi tərəfindən şikayət verənə qaytarılır. Odur ki, məhkəmə haqlı olaraq A.İ.Xalıqovanın apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdehlər Cavabdeh3 və Xalıqova (Cabarova) Aynur İntiqam qızının şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)- 247/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar