Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-738/2024 18.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 baş vermiş hadisə nəticəsində avtomobilinə dəyən ziyana görə 25539,4 (iyirmi beş min beş yüz otuz doqquz manat, qırx qəpik) manat, evakuasiya xidmətinə ödəmiş olduğu 105 (yüz beş) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 (yüz altmış altı) manat, cəmi 30810,4 (otuz min səkkiz yüz on manat, qırx qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 9600 (doqquz min altı yüz) manat məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 166 (bir yüz altmış altı) manatın tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayətinin mümkünlük məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 şikayətin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətini yoxlayıb hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1.7-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki işdən görünür ki, iddia tələbində cavabdehlərdən baş vermiş hadisə nəticəsində avtomobilinə dəyən ziyana görə 25539,4 (iyirmi beş min beş yüz otuz doqquz manat qırx qəpik) manat, evakuasiya xidmətinə ödəmiş olduğu 105 (yüz beş) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 (yüz altmış altı) manat, cəmi 30810,4 (otuz min səkkiz yüz on manat, qırx qəpik) manat pulun tutulması xahiş edilmiş, dövlət rüsumu kimi 166 manat pul ödənilmişdir. Həmçinin birinci instansiya məhkəməsini qətnaməsindən görünür ki, dövlət rüsumu kimi ödənilmiş 166 (bir yüz altmış altı) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh apellyasiya şikayəti verərəkən ödənilmiş 166 manat dövlət rüsumunun 50% hissəsini, yəni 83 manat pul ödəməlidir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmçinin rüsumun hansı məqsəd üçün ödənilməsi, yəni təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayəti verərəkən Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına 50 manat (qəbz **********) ödəniş etmiş, daha sonra isə əlavə olaraq 34 maant (qəbz **********) ödəniş etmiş, lakin həmin ödəniş Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödənilməmiş, “Məhkəmələr” xidmətinə ödəniş edilmişdir ki, ödənilmiş 34 manat rüsum qanunda göstərildiyi kimi müəyyən edilmiş qaydada ödənilmiş rüsum hesab oluna bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi 34 manat Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş məbləğdən az məbləğdə dövlət rüsumu ödənildiyindən şikayət qeyr-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq cavabdehin apellyasiya şikayəti üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödəyib-ödəməməsini araşdırmamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4, 402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-738/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-738/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver