Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-771/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7747/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7747/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsilə İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.(hakim A.Süleymanova) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7747/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən cəmi 1375,24 manat pulun cavabdeh İddiaçı tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-dən 05.01.2018-ci il tarixli, RK/63362/61 nömrəli kredit müqaviləsi üzrə, 36 ay müddətində 1120 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyi ilk əvvəllər vaxtında yerinə yetirsə də, sonralar müəyyən problemlərlə əlaqədar ləngimələr baş vermişdir. Bank tərəfindən ona hər hansı məlumat verilmədən, icra məmurunun onu icra Şöbəsinə dəvət etməsindən sonra ona məlum olmuşdur ki, barəsində Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən cəmi, 1375,24 manat pulun ondan tutulması barədə icra qeydi verilmişdir. Həmin kredit müqaviləsi üzrə o, təxminən 2 il ərzində öhdəliyini yerinə yetirmiş və kredit xətti üzrə müəyyən edilmiş məbləğ mütənasib surətdə azalmalı idi. İndiki dövrdə kredit borcunun 1355,24 manat təşkil etməsi inandırıcı deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən hallar sübut olunmamış və mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamışdır. Məhkəmə qətnaməsi «Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76- cı maddəsinin tələbləri baxımından əsaslandırılsa da, Qanunun norması düzgün təfsir edilməmişdir. Bank tərəfindən ona hər hansı məlumat verilmədən, icra məmurunun onu icra Şöbəsinə dəvəl etməsindən sonra ona məlum olmuşdur ki, barəsində Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən cəmi, 1375,24 manat pulun tutulması barədə icra qeydi verilmişdir. Bildirmək istəyir ki, həmin kredit müqaviləsi üzrə o, təxminən 2 il ərzində öhdəliyimi yerinə yetirmiş və kredit xətti üzə müəyyən edilmiş məbləğ mütənasib surətdə azalmalı idi. İndiki dövrdə kredit borcunun 1355,24 manat təşkil etməsi inandırıcı deyil. “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pu məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Göründüyü kimi qanunvericilik icra qeydinin borc üzrə mübahisənin mövcud olmadığı halda aparılmasını mümkün hesab edir. Lakin indiki halda ödənilmiş məbləğlər ümumi kredit xətti üzrə müəyyən edilmiş məbləğdən mütənasib qaydada çıxılmadan, cərimə və ya dəbbə pulunun məbləğinin düzgün hesablanıb- hesablanmadığını müəyyən etmədən notarius tərəfindən düzgün olmayan icra qeyd verilmişdir. Eyni zamanda, Qanunun 76-cı maddəsində müəyyən edildiyi kimi tələbkar tərəfindən ona hər hansı bildiriş göndərilməmiş, icra vərəqəsi verilən zaman da bu hal nəzərə alınmamış, bununla da, “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Bundan əlavə, İcra qeydlərinin aparılması üçün notarius borcun ödənilməsi barədə borcluya yazalı bildiriş də göndərməlidir. Borclu bildirişi aldıqdan sonra da borcu könüllü qaydada ödəmirsə, artıq icra qeydi aparıla bilər. Bununla əlaqədar bildirmək istəyir ki, ona bu barədə bildiriş göndərilməmiş, ümumi borcun və üzərinə hesablanmış olan cərimə, dəbbə pulunun məbləği müəyyən edilməmişdir. “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Bu hallar məhkəmə tərəfindən tam araşdırılmadığından qətnamə ləğv olunmalı, onun əsaslı iddiası təmin edilməlidir. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Notarius məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddiaçı ərizə ünvanlayaraq apellyasiya şikayətinin dəlillərini təkrar etmiş, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 06.11.2019-cu il tarixli, № 81/7884 saylı icra qeydindən görünür ki, Sumqayıt qəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 oglu "Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASC-nin xeyrinə X4 RK/63362/6 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1355 manat 24 qəpik (bir min üç yüz əlli beş manat iyirmi dörd qəpik), bundan əlavə 20 manat dövlət rüsumu olmaqla, cəmi 1375 manat 24 qəpik (bir min üç yüz yetmiş beş manat iyirmi dörd qəpik) pul tutulması barədə icra qeydi vermişdir. İşə əlavə edilmiş 81/7884 saylı notariat işindən belə məlum olur ki, notarius həmin icra qeydini yalnız tələbkar "xxxx" ASC-nin ərizəsi əsasında vermişdir. İcra qeydinin verilməsi üçün əsas olan kredit müqaviləsi, borcun mübahisəsiz olmasını təsdiq edə biləcək digər sübutlar notariat işində yoxdur. Notarial qaydada təsdiq edilməmiş həmin kredit müqaviləsi apellyasiya baxışı zamanı əldə edilib iş materialarına əlavə edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7747/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, məhkəmə qeyd olunan borc tələbini «Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin göstərişinə uyğun hesab edir. Belə ki, «Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda göstərilən əsaslara görə razılaşmaq olmaz. Əvvəla, işə baxan məhkəmə mübahisənin həlli üçün düzgün olaraq «Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad etsə də, işin faktiki hallarına uyğun düzgün təfsir etməmişdir. Belə ki, istinad olunan maddənin dispozisiyasından göründüyü kimi notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalı, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılmalıdır. Maddənin tələblərinə görə tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28.09.2018-ci il tarixli, 24-N nömrəli qərarı ilə müəyyən edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Lakin məhkəmə notariat işini tələb edib iş materiallarına əlavə etsə də, daha öncə qeyd edilən şərtlərin heç birinə əməl edilmədiyinə, ümumiyyətlə notariat işində tələbkarın ərizəsindən başqa digər bir sübutun olmamasına əhəmiyyət verməmişdir. Halbuki, qanunun tələbinə görə yalnız qeyd olunan şərtlər daxilində icra qeydi aparıla bilərdi. İşə baxan birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmiş, iddianın rədd olunması barədə əsassız nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları və apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 25 manat məbləğində dövlət rüsumu cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisindən tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 218.3, 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7747/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası təmin olunsun. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən cəmi 1375,24 manat pulun cavabdeh İddiaçı tutulmasına dair icra qeydi ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 25 manat məbləğində dövlət rüsumu cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisindən tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-771/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-771/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver