Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-772/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1301/2018 saylı icra sənədi üzrə Cavabdeh tərəfindən icraata xitam verilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(060)-1589/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1301/2018 saylı icra sənədi üzrə Cavabdeh tərəfindən icraata xitam verilməsi barədə iddiaçının nümayəndəsi Vəkil ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1301/2018 saylı icra sənədi üzrə Cavabdeh tərəfindən icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1589/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərardadının ləğv edilib işin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılmasını və yaxud məhkəmə aidiyyəti məsələsi ilə bağlı müvafiq əsaslandırılmış qərardad çıxarılmasını və aidiyyət məsələsinin həll edilməsi üçün işin müvafiqinstaniya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarında qeyd edilən kimi iddiaçı daha öncə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Sumqayıt şəhəri İcra və Probasiya Şöbəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə iddianı mümkün saymamış, AR Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli Qərarına istinad etmiş və belə nəticəyə gəlmişdir ki,hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir, qeyd olunan ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən iddiaçı mülki mühakimə icraatı qaydasında yenidən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə qərarın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, icra sənədinə xitam vermək icra məmurunun səlahiyyətindədir və bu məsələyə məhkəmədə baxıla bilməz. İddia ərizəsinə əlavə edilən Sumqayıt İnzibati Məhkəməsinin qərarının məzmunundan da göründüyü kimi iddiaçı daha əvvəl icra orqanına icra sənədinə xitam verməsi üçün müraciət etmiş, bu heç bir nəticə vermədiyindən müvafiq qaydada inzibati məhkəməyə müraciət etmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsi işin mülki məhkəmə icraatı qaydasına aid olmasını əsas gətirərək iddianı qəbul etməkdən imtina etmişdir. Hazırkı halda məhkəmələr arasında aidiyyət məsələsi ilə bağlı fikir ayrılığı olduğundan iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququndan məhrumdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını icra sənədinin icraatına xitam vermək icra məmurunun səlahiyyəti olması və bu məsələyə məhkəmədə baxıla bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli və onunla bağlı 14 fevral 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli və onunla bağlı 14 fevral 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-772/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-772/2023
09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver