Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-775/2021 19.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “Bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair 2(031)-341/2020 saylı mülki iş üzrə Şabran Rayon Məhkəməsinə cavabdeh X3 tərəfindən verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı “Bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan əmlak, sənədlər, xəritələr, möhür və ştampın X1 qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı qaldırdığı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı sədr seçilməsinə dair tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh X1 nümayəndəsi və vəkili X7 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(031)-341/2020 saylı mülki iş üzrə işə baxılmasını dayandırmaqla etirazının qəbul edilərək həll olunması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi və vəkili X7 etirazı onunla əsaslandırmışdır ki, hakimi işə baxılmasında maraqlı şəxs hesab edir. Belə ki, digər iddiadan ilkin olaraq iş materiallarında olan qanunsuzluqla barədə məlumatlar əsasında hakim İddiaçı möhür və ştempeldən istifadə edilməsini qadağan edir, 13 gün sonra isə qadağanı ləğv edərək qeyd edir ki, qanunsuz yolla alınmış olsa belə möhür və ştempeldən istifadə oluna bilər. İddiaçı qalib gəlməsi üçün hakimə təzyiq edilir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)341/2020 saylı qərardadı ilə mülki iş üzrə X1 nümayəndəsi və vəkili X6 Şabran Rayon Məhkəməsinə etdiyi etiraz baxılıb həll edilməsi üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Çingiz İsgəndərov) Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində hakimə edilkən etirazların əsası sadalanmışdır. Hazırki işdə isə qeyd edilən maddədə sadalanan əsaslar mövcud deyildir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, etirazda göstərilən əsaslar işə baxan hakimə (məhkəmə tərkibinə) etirazın əsaslarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda, Şabran Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olmasına və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsas olmadığından və etirazda göstərilən əsaslar barədə heç bir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Şabran Rayon Məhkəməsinə cavabdeh X3 tərəfindən verilmiş etiraz əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı “Bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair 2(031)-341/2020 saylı mülki iş üzrə Şabran Rayon Məhkəməsinə cavabdeh X3 tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Nazim Mövsümov
Məhkəmə qərarları › İş №2(105)-775/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-775/2021
19.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver