Məhkəmə qərarları › İş №2(105)-787/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-787/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-787/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil Babəli oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-486/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsi barədə iddiasının rədd edilməsi, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin Cavabdeh MMC tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 may 2014-cü ildə Cavabdeh MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki yeni tikilməkdə olan yaşayış binasından iki otaqdan ibarət, 87,8 kv.metrlik, “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzili 43900 manat manat ödəniş etməklə almışdır. İddiaçı mənzil ilə bağlı problemlərin və mübahisələrin yarandığını öyrəndikdə Cavabdeh MMC-nin rəhbərliyinə bu barədə yazılı müraciət etmiş, yazılı formada cavab almışdır ki, mənzilin birinci alıcısı olduğu üçün hüququ tanınır. Bildiklərinə görə eyni tələb ilə bağlı X4 iddiaçı olduğu Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmişdir. Hüquq və mənafelərinə toxunan şəxslər - X5, X6, X7 və X2 apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-535/2023 saylı qətnaməsi ilə təmin edilmişdir. Hazırda 2(102)-3363/2023 saylı mülki iş verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmənin Mülki Kollegiyasının icraatındadır. Lakin iş hazırda Səbail rayon Məhkəməsinin icraatında olan iş ilə əlaqədar olaraq icraatı dayandırılmışdır. Hazırda mübahisəli mənzil ilə əlaqədar olaraq 2-ci və 3-cü alıcı tərəfdən mübahisələr davam edir. Bu mübahisələrə səbəb isə Cavabdeh MMC-nin qanunsuz əməlləri və dələduzluğudur ki, bunun da əziyyətini onlar çəkirlər. Qeyd edildiyi kimi İddiaçı vaxtilə sözügedən mənzili almışdır və həmin mənzil iddiaçı tərəfindən pulu ödənilərək alınmış halal malıdır. Bu o demək deyildir ki, insanlar dələduzluq ucbatından əziyyət çəksin. Məhz Cavabdeh MMC iddiaçının mənzildən istifadəsinə maneə törədir. İddiaçıya mənzilin hazırki bazar qiymətinin ödəniləcəyi, mənzilin ikinci alıcıda qalacağı bildirilərək iddiaçını razı salmağa çalışırlar. Halbuki mübahisə predmeti olan mənzilin qapısı plomblanmış və açılması qadağan edilmişdir. Odur ki, iddiaçı iddia tələbinin hərtərəfli araşdırılmasını və işə baxıldığı zaman mübahisəli mənzili hələ 12 may 2014-cü ildə Cavabdeh MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki yeni tikilməkdə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzili 43900 manat ödəniş etməklə aldığının və onun mənzilin ilk sahibi olmasının nəzərə alınmasını xahiş etmişdir. Bildirir ki, İddiaçı mənzilin ilkin sahibi olmasını təsdiq edən sənədlər də mövcuddur. Hazırda mübahisə predmeti olan mənzildə başqa adam yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ən böyük mötəbər sübut möhür və imza ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi, maliyyə arayışı, onun birinci alıcı olmasıdır. Mənzilə aid sənədlər, yəni müqavilə, maliyyə arayışı, eyni zamanda onu birinci alıcı olmaqla mənzilin 2-ci və hətta 3-cü alıcıya satılması artıq Cavabdeh MMC tərəfindən ona törədilmiş maneədir. O, birinci olaraq mənzili aldığından onun mənzili digər şəxslərə satıla bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil Babəli oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsi ilə bağlı iddiaçının dəlil gətirdiyi faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktının mövcud olması və MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilməməsi ilə əsaslandırmışdır. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Birinci instansiya instansiya məhkəməsi iddiaçının dəlil gətirdiyi faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktının mövcud olması və MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilməməsi əsası ilə iddia tələbini rədd etmiş, lakin bu nəticəyə gələrkən İddiaçı həmin iş üzrə tərəf olmaması məsələsinə diqqət yetirməmişdir. Belə ki, MPM-nin 82.3. maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə MPM-nin 82.3. maddəsini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi, 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.m olan iki otaqdan ibarət 36 saylı mənzilin qüvvədə olan məhkəmə aktı ilə X3 qaytarılması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halına görə qətnamənin icrası ilə bağlı mübahisəli mənzil X3 təhvil verilmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mənzilə dair müqavilə Müşfiq Bağırov ilə Cavabdeh arasında bağlanmış müqavilədən daha əvvəl bağlansa da, fərdi-müəyyən əşya olan mənzil qüvvədə olan məhkəmə aktı ilə Müşfiq Bağırova təhvil verildiyindən, İddiaçı həmin mənzilin Cavabdehndən mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə törədilmiş maneənin aradan qaldırılmasını tələb etmək hüququna malik deyildir. Ona görə ki, onun bu hüququ mənzilin Müşfiq Bağırova təhvil verildiyi andan aradan qalxmışdır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4. maddəsi). Qeyd olunmalıdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Göründüyü kimi iddiaçı məhz mənzilin ona verilməsini Cavabdeh MMC-dən tələb etsə də, həmin mənzil artıq Müşfiq Bağırova təhvil verildiyindən, başqa sözlə, mübahisəli mənzil cavabdehdə olmadığından, mövcud tələb Mülki Məcəllənin 157.4. maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, maraqlı şəxs Müşfiq Bağırov mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyindən və həmin mənzilin artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə X3 məxsus olması və istifadə üçün sonuncuya təhvil verilməsi müəyyən edildiyindən, iddiaçının mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılmasının Cavabdeh MMC-yə qadağan edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneə törədilməsinin qadağan edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar