Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4056/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə üçüncü şəxs X1 qarşı mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-787/2025 nömrəli qərardadından İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. Abşeron Rayon Məhkəməsinin 07 fevra l 2025-ci il tarixli 2(012)-486/2025 nömrəli qətnaməsi ilə (hakim E.T. Məmmədov) İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı 12 may 2014-cü ildə Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən törədilmiş maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneənin qadağan edilməsi barədə iddiasının rədd edilməsi, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə olan yaşayış binasından iki otaqdan ibarət 87,8 kv.metrlik “A” giriş, 6-cı mərtəbəsində, 36 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin Cavabdeh MMC tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2(012)-486/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər S.A. Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) 01 iyul 2025-ci il tarixli 2(105)-787/2025 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2(012)-486/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh MMCyə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və sərbəst istifadə hüququna maneə törədilməsinin qadağan edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
5. Qətnamədən narazı qalan İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyul 2025-ci il tarixli, 2(105)-787/2025 nömrəli kassasiya şikayəti vermişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.A. Qafari (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və A.M. Süleymanova) 18 noyabr 2025-ci il tarixli qərardadı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(105)78 7/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır.
7. Sonra İddiaçı qətnamədən kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-787/2025 nömrəli qətnaməsindən tərəfindən xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti verilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli, 2(105)-787/2025 nömrəli qərardadı ilə müddətin buraxılması ilə əlaqədar kassasiya şikayəti geri qaytarılmışdır. Bildirir ki, əlavə olunmuş poçt zərfindən görünür ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105 )-787/2025 nömrəli qətnaməsini xx.xx.2025-ci ildə almışdır və 2 ay müddətində kassasiya şikayəti verilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.A. Qafari (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və A.M. Süleymanova) xx.xx.2025-ci il tarixli, 2(105)-787/2025 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyul 2025ci il tarixli, 2(105)-787/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir.
10. Kollegiya öz mövqeyini belə əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi iddiaçı və iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə 10 iyul 2025-ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq 10 sentyabr 2025-ci i l tarixədək davam etmişdir. Lakin iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 9 gün sonra, yəni 19 sentyabr 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən məhkəmə aktı həm iddiaçının, həm də iddiaçının nümayəndəsi vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının verdiyi ərizədə elektron kabinetə yerləşdirilməsi tarixi deyil, poçt zərfindəki tarix qeyd edilmişdir.
12. İlk növbədə qeyd etmək lazımdır ki, şikayətin vaxtında və düzgün verilməməsi, prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Çünki şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə mü vafiq prosessual hərəkətlər etmək hüququ keçmiş olur.
13. Qeyd olunmalıdır ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin işdə təmsilçilik qaydasında iştirak etmiş vəkil və nümayəndə onlara həvalə edilmiş səlahiyyətlər həddində (məhkəmə aktını çatdırmaq, şikayəti imzalamaq və s.) öhdəliyi daşıyır.
14. Odur ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində müddətin buraxılmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini, müvafiq hərəkətləri etməsinə maneə və məhdudiyyətlərin yaranmasını sübut etməlidir.
15. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövc udluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı).
16. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrinin deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin vəkil və nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddində onlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmadığını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətin işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müddətin bərpası barədə ərizəsində göstərilən xüsusatlar formal mülahizədən ibarət olmaqla qətnamədən kassasi ya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə əsas hesab edilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
18. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
19. Məhkəmə mövgeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128.2., 129.1., 400, 402.2.3, 405.0.1 və 408.1.4-ci maddələri maddələri Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (onun vəkili Vəkil Babalə oğlu) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Sumq ayıt Apellyasiya Məhkəməsinin 2(105)-787/2025 saylı, xx.xx.2025cü il tarixli qərardadının tam ləğv edilməsini və işin kassasiya icraatında baxılmasını xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 787/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməməsinə dair qərardad çıxarılmışdır. Hesab edir ki, qərardad qanunsuzdur. Belə ki, İddiaçı rəsmi olaraq poçt vasitəsilə aldığı vaxtdan prosessual müddət ərzində kassasiya şikayəti verilmişdir.
22. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1, 418.4.7-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105 )-787/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
25. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
26. Maddə 128.2. Prosessual hərəkətlərin e dilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
27. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
29. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
30. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”-lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
31. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
32. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 33. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və bura xılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi iddiaçı və iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə 10 iyul 2025-ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq 10 sentyabr 2025-ci il tarixədək davam etmişdir. Lakin iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 9 gün sonra, yəni 19 sentyabr 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Mübahisələndirilən məhkəmə aktı həm iddiaçının, həm də iddiaçının nümayəndəsi vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının verdiyi ərizədə elektron kabinetə yerləşdirilməsi tarixi deyil, poçt zərfindəki tarix qeyd edilmişdir.
42. Kassasiya kollegiyası apelyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşır.Çünki Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş he sab edilir.
43. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
44. Apellyasiya məhkəməsinin məhkəmə qətnaməsinin iddiaçı və iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə 10 iyul 2025-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilməsi və kassasiya şikayəti vermə müddətinin ertəsi gündən başlamaqla 10 sentyabr 2025-ci il tarixədək davam etməsi, kassasiya şikayətinin apellyasiya instansiyası məhkəmə sinə gec daxil olması ilə əlaqədar mövqeyi MPM-in göstərilən maddələrinin və 405.0.1-ci maddəsinin tələbinə uyğundur.
45. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı müddətin bərpası barədə ərizəsində göstərilən xüsusatlar formal mülahizədən ibarət olmaqla qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə əsas hesab edilə bilməz.
46. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin ərizəsinin dəlillərinə hüquqi qiymət verilmiş və prosessual hüquq normalarının tələbinə əməl edilmişdir.Ona görə də kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-787/2025 nömrə li, 9 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.