Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-790/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin kirayə verilməsindən əldə olunan pulun bölünməsi tələbi- sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 09 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir.
2. Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanda uşaqları ilə birlikdə yaşayır.
3. DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında qeydiyyatdadır.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)- 316/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi 05 oktyabr 2021-ci il tarixli 2(105)-2574/2021 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)- 316/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəmənin 01 mart 2022-ci il tarixli 2(102)- 1389/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(105)-2574/2021 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, o tərflərə məxsus olan Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanda deyil, həmin binada yerləşən 7 nömrəli mənzildə kirayədə yaşamışdır. Belə ki, tərəflərin həmin mənzildə qarşı-qarşıya iki mənzili (5 və 7 nömrəli mənzillər) var. O, ilk bir neçə ay kirayə haqqını İddiaçı, sonra isə Cavabdeh ödəmişdir. Sonradan həmin mənzildən çxaraq qonşuluqda yerləşən başqa mənzildə kirayə yaşamışdır. Bildiyinə görə o həmin mənzildən çıxdıqdan sonra, orada Cavabdeh qardaşı yaşamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.875 (on min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 29 iyun 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında ümumi sahəsi 41 m2 , yaşayış sahəsi 28.6 m2 və yardımçısahəsi 12.4 m2 olan 2 (iki) otaqlı mənzili əldə etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)- 2574/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilmişdir. Ali Məhkəmənin 01 mart 2022-ci il tarixli 2(102)-1389/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-2574/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. 2014-cü ildən qeyd olunan mənzil X3 iki yüz əlli manata kirayə verilmişdir. 2016-cı ilin aprel ayından cavabdeh uşaqları da götürüb faktiki olaraq ondan ayrılıraq valideynlərinin ünvanına köçmüşdür. Həmin vaxt birgə nikah dövründə əldə edilmiş mənzilə görə kirayə haqqını Aynur Mirzəyeva cavabdehə ödəmişdir. Hətta onun ünvan 6əşən mənzilə yaxınlaşmaq cəhdləri cavabdeh və qardaşı Nicat Kazımov tərəfindən onu təhqir etmələri və ölümlə hədələmələri ilə nəticələnmişdir. Bununla bağlı Quba RPŞ-də araşdırma aparılmışdır. O, 2016-cı ilin aprel ayından həmin mənzildən əldə olunan gəlir payını əldə edə bilməmişdir.
10. Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(105)-2574/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 6əşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir. İddiaçı ümumi mülkiyyətdə olan evdə illərdir Aynurə Mirzəyeva adında xanımın 2014-cü ildən qalmasını iddia edərək, kirayə haqqının Cavabdeh ödənilməsini bildirir və həmin mənzildən əldə olunan gəlir payını tələb edir. Cavabdeh isə öz növbəsində qeyd olunanları qəbul etməyərək, ünvan 6əşən mənzildə heç kəsin kirayə yaşamadığını bildirmişdir. Mübahisənin həlli məqsədilə keçirilmiş yerli baxış zamanı müəyyən edildi ki, ünvan 6əşən mənzildə cavabdehin anası, ünvan 5vanında yerləşən mənzildə Yavər Muradova adında qadın 5-6 aydır ki, kirayədə qalır. Həmin qadından əvvəl ünvan 5vanında yerləşən mənzildə cavabdehin qardaşı yaşamışdır. Qonşuluqda yaşayan Xalidə Əliyeva adlı şəxs bildirmişdir ki, o, 30 ildir ki, qonşuluqda yaşayır. Deməsinə görə Cavabdeh İddiaçı ilə birlikdə əvvəl ünvan 5vanında yerləşən mənzili, sonra ünvan 6əşən mənzili almışlar və orada 2016-cı illərdə Cavabdeh yaşamışdır. ünvan 5vanında yerləşən mənzildə isə kirayəçi X8 1 il 6 aya qədər yaşamışdır. Ondan sonra Cavabdeh qardaşları yaşamışdır. Onun həmin mənzildə kirayə yaşadığı müddətdə kirayə haqqınıda ilk, yəni 5-6 ayını Murada şəxsən verdiyini, daha sonra isə mənzilin kirayə haqqını Rəqsanəyə verdiyini bildirmişdir. X2 deməsinə görə 6 ildir ki, özünə məxsus evdə yaşayır. Məhkəmə yekunda hesab edib ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də onun iddia tələbi təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 449.1, 1096.1, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kifayət qədər əsası olan iddianı təmin etməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuzdur. Mübahisəli mənzil 2014-cü ildən X3 iki yüz əlli manata kirayə verilib. (bu hal Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2574/2021 saylı qətnaməsi ilə müəyyən edilib.) 2016-cı ilin aprel ayından cavabdeh uşaqları ilə birlikdə faktiki olaraq valideynlərinin ünvanına köçüb. Həmin vaxt birgə nikah dövründə əldə edilmiş mənzilə görə kirayə haqqını Aynur Mirzəyeva cavabdehə ödəmişdir. Hətta iddiaçının Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanına yaxınlaşmaq cəhdləri cavabdeh və yaxınları tərəfindən məhdudlaşdırılmışdır. İddiaçı faktiki olaraq 2016cı ilin aprel ayından həmin mənzildən gəlir payını əldə edə bilməmişdir. Tərəflər arasında mövcud olan əvvəlki məhkəmə mübahisəli zamanı müəyyən edilib ki, mənzil tərəflərin ümumiyyət mülkiyyəti olub. Məhkəmə işin bu halını qəbul edib. Həmçinin icraat zamanı mübahisəli mənzildə kirayəçi X2 1 il 6 aya qədər yaşaması müəyyən edilib. Lakin məhkəmə kirayədən əldə olunan gəliri mülkiyyətçilər arasında bölməmişdir. Qətnamə yetərincə əsaslandırılmamışdır və formal şəkildə sübut yetərsizliyi ilə iddia rədd edilmişdir. Halbuki tələb birgə nikah dövründə əldə olunmuş ümumi əmlaka dair hüquqlarından irəli gəlir. İddiaçı bu hüquqlarını təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Həmçinin ümumi mülkiyyətdə olan mənzilin onun deyil, ancaq cavabdehin faktiki sahibliyində olduğunu təsdiq edən sübutlar da məhkəmənin ixtiyarında olmuşdur. Məhkəmə qətnaməsində həmin sübutlar sadalanmış, hətta mənzilə yerli baxış keçirilərək həmin hallar bir daha təsdiq edilmişdir. Mənzilin cavabdeh tərəfindən Aynurə Mirzəyevaya 250 manata kirayəyə verilməsi barədə sübutlar (əvvəlki məhkəmədə A.Mirzəyevanın verdiyi ifadəni əks etdirən məhkəmə qətnamələri) məhkəməyə təqdim edilmişdir. Hətta iddiaçı vəsatət verərək Aynurə Mirzəyevanın şahid qismində dindirildiyi əvvəlki məhkəmə mübahisəsi üzrə mülki işin tələb edilməsini və Aynurə Mirzəyevanın ifadələrinin ətraflı araşdırılmasını xahiş etmişdir. Lakin məhkəmə bu vəsatəti rədd etmişdir. Göründüyü kimi məhkəmə işə birtərəfli qaydada baxmış, təqdim edilmiş sübutları düzgün tədqiq etməmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirdi ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir. Həmin mənzil üzərində onların hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Mübahisəli mənzil cavabdeh tərəfindən 2014-cü ildən X3 iki yüz əlli manata kirayə verilib. Bu hal isə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2574/2021 saylı qətnaməsində müəyyən edilib. Həmin mənzildən o mülkiyyəti kimi istifadə edə bilmir. Mənzilə yaxınlaşmaq cəhdləri cavabdeh və onun qohumları tərəfindən məhdudlaşdırılır. Ona görə də o hazırkı tələbində mənzilin kirayə haqqının yarısını tələb edir. Kifayət qədər sübut olmasına və iddia tələbinin əsaslı olmasına baxmayaraq məhkəmə iddia tələbini təmin etməmişdir. İddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Belə ki, mübahisəli ünvanda (ünvan 8xsus olmuşdur. İlk öncə tərəflər mənzil 7-də yaşamışlar. Daha sonra həmin binada 5 nömrəli mənzil satılmış, mənzili onun qardaşları Rusiyadan göndərdikləri pul hesabına əldə etmişlər. Lakin sənədləşmə cavabdehin adına qeyd edildiyindən sonrakı mübahisələr zəminində həmin mənzil üzərində tərəflərin ½ hissədə payları müəyyən edilmişdir. Kirayəyə verilən mənzil isə 7 nömrəli mənzil olmuş və məhz iddiaçının özü tərəfindən verilmiş, pulunu da iddiaçı əldə etmişdir. Hazırkı iddia tələbinin heç bir əsası yoxdur. Ona görə də cavabdeh apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi kimi apellyasiya şikayəti də əsassızdır. Belə ki, iddiaçı mübahisəli mənzil üzərində payının olmasına istinad edərək, həmin mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi görüntüsünü yaratmağa çalışmışdır. Halbuki həmin mənzilin kirayəyə verilməsinə dair iş materiallarında heç bir sübut növü yoxdur. İşə baxan məhkəmə iddia tələbini rədd etməklə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən sonda apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin;
Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir Maddə Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur..
26. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, mübahisə keçmiş ər-arvad arasında olmaqla, “kirayə verilmiş evdən əldə olunmuş qazancın” bölünməsi barədədir.
27. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir
28. Araşdırılan işin mübahisə olunmayan hallarından müəyyən edilir ki, tərəflər birgə yaşadıqları dövrdə Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanda yerləşən 2 (iki) otaqlı mənzili əldə etmiş, sonradan həmin mənzil Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2574/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bərabər şəkildə (hər birinə ½ hissə olmaqla) bölünmüşdür. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
32. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd edir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır.
33. Belə ki, kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri nəzərə alaraq tam hüquqlu məhkəmə kimi mübahisənin obyektiv və qanuni həllinin əldə edilməsi üçün hərtərəfli araşdırmanı təmin etmiş, tərəflərin çəkişmə prinsipinə uyğun şəkildə izahatlarını almış, o cümlədən iddiaçının qeyd etdiyi şəxsin mübahisələndirilən mənzildə müvəqqəti kirayədə yaşayıb-yaşamadığını aydınlaşdırmışdır.
34. Kollegiya qeyd edir ki, iddia ərizəsində qeyd edilən mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi, uzun müddət kirayə haqqının cavabdehə ödənilməsi müəyyən edilmədən, həmin hissədə tələb aydınlaşdırılmadan iddiaçının formal mülahizələrinə əsasən iddianın təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər.
35. Araşdırma zamanı iddiaçı mübahisələndirilən mənzildə Aynur Mirzayeva adlı şəxsin, ondan sonra isə adlarını bilmədiyi digər şəxslərin uzun müddət kiarıyə qalmasını, cavabdeh R. Kazımovaya hər ay kirayə haqqının ödənilməsini bildirsə də, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq sonuncu bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, öz mülahizələri əsasında dəlillərini əsaslandırmağa çalımışdır.
36. İddia tələbinə və oxşar məzmunlu apellyasiya şikayətinin dəlillərinə etiraz edən cavabdeh isə bildirdi ki, Aynur Mirzayeva adlı şəxs Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanda deyil, həmin binada yerləşən 7 nömrəli mənzildə bir neçə ay kirayədə yaşamışdır ki, bu mənzilin də iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin binada onun adına iki mənzil, yəni 5 və 7 nömrəli mənzillər vardır. 7 nömrəli mənzil qardaşına məxsusdur.
37. Cavabdeh tərəf etirazının əsasını həm də onunla əsaslandırır ki, yığılıb qalmış aliment borcunu ödəmədiyinə görə iddiaçının barəsində CM-in 306-cı maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin cinayət işi məhkəmənin icraatındadır. İddiaçı bu xarakterli iddiaları məhkəməyə verməklə həmin cinayət işi ilə bağlı yaranmış aliment öhdəliyini əvəzləşdirməyə çalışır.
38. İddia tələbinin və əlaqəli olaraq apellyasiya şikayətinin digər dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya, sübutları araşdırmaq səlahiyyətinə malik məhkəmə kimi birinci instansiya məhkəməsində dindirilməməsinə rəğmən, tərəflərin vəsatətinə əsasən X4 şahid qismində dindirmişdir. A.Mirzayeva ifadə verərək bildirmişdir ki, o tərflərə məxsus olan Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanda deyil, bir neçə aya həmin binada yerləşən 7 nömrəli mənzildə kirayədə yaşamışdır. Belə ki, Cavabdeh həmin binada qarşı-qarşıya iki mənzili (5 və 7 nömrəli mənzillər) var. O, ilk bir neçə ay kirayə haqqını İddiaçı, sonra isə həkimə, yəni Cavabdeh ödəmişdir. Sonradan həmin mənzildən çxaraq qonşuluqda yerləşən başqa mənzildə kirayə yaşamışdır. Bildiyinə görə o həmin mənzildən çıxdıqdan sonra, orada Cavabdeh qardaşı yaşamışdır.
39. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
40. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya bildirir ki, iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(027)-1566/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.