Məhkəmə qərarları › İş №2(105)-792/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-792/2022

05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-792/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-1021/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-1021/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakın və digər avadanlıqların mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 1 ədəd kiçik stol, 1 ədəd soğan-kartof qabı, 2 ədəd səbət, 2 ədəd kiçik qlobuslar, 1 ədəd köhnə qaz sobası, 1 ədəd jurnal stolu, 1 ədəd köhnə divan, 1 ədəd güzgülü, tumbalı və siyirməli trilyaj, 1 ədəd dəmir setkalı çarpayı, 2 ədəd kreslo, 4 ədəd stulüstü döşəkçələr, 1 ədəd taxt, 3 ədəd döşək, 2 ədəd yorğan, 5 ədəd balış, 1 ədəd uşaq döşəkçəsi, 1 ədəd taxtüstü yorğan (ağ rəngli çexolun içərisində), 1 ədəd yaşıl rəngli prostina, 1 ədəd divarda portret, 4 ədəd taxta karniz, 1 ədəd stol, 1 ədəd albom kitabçası, 1 ədəd stolüstü plyonka, 3 ədəd ağ rəngdə pərdə, 6 ədəd stul, 1 ədəd yaşıl rəngdə diyircəkli kiçik oturacaqlı stul, 1 ədəd taxtadan kamot (tumba), 1 ədəd tumbalı, siyirməli televizoraltı üçün stol, 1 ədəd tozsoran, 1 ədəd daş baltası, 1 ədəd plastik gül (kauçuk), 2 ədəd gecə lampası, 2 ədəd qapaqlı vedrə, 2 ədəd boş tumbuçkalar, 1 ədəd içərisində plastmas güllər olan dəmir güldan, 1 ədəd içərisində ağ buketdə plastmas güllər olan şüşə güldan, 1 ədəd stenka mebel (2 şifoner, 1 servant), 1 ədəd içərisində köhnə paltarlar olan qara sarafan klok, 1 ədəd idman şalvarı, 1 ədəd üzərində ağ şalvar olan dəmir asılqan, 2 ədəd göy rəngli qapaqlı vedrələr, 1 ədəd oyuncaq böyük şir, 1 ədəd oyuncaq balaca şir, 1 ədəd ağzı bağlı gümüşü diplomat, 1 ədəd gəlinlik güzgüsü, 1 ədəd ağ rəngli qazan dəsti (içərisində 3 qazan var), 3 ədəd gümüşü, göy və ağ rəngli çaydanlar, 1 ədəd güllü çaynik, 1 ədəd sarı rəngli oyuncaq ayı, 1 ədəd köhnə dəmirdən olan işıq sayğacı, 1 ədəd içərisində köhnə elektrik naqilləri, köhnə 3 ədəd elektriklə işləyən başqırxan cihazlar olan ağ sellofan torba, 4 ədəd göy-qızılı rəngli qab servisi (2-si boşqab, 2-si də üçguşəli ləbləbi qabı olan), 1 ədəd şüşə konfet qabı, 1 ədəd şüşə vaz, 6 ədəd balaca şüşə balıq formalı qab, 1 ədəd böyük şüşə balıq formalı qab, 2 ədəd göy rəngli şüşə kasa, 2 ədəd şüşə qənqabılar, 1 ədəd şüşə stəkan, 2 ədəd göy-qızılı servis vaz, 6 ədəd göy rəngli servis çaşkalar, 2 ədəd ağ rəngli şüşə mürəbbə qabları, 6 ədəd göy rəngli servis nəlbəkilər, 3 ədəd göy rəngli nazik və dayaz boşqablar, 1 ədəd xrustal şüşə konfet qabı, 1 ədəd göy-qızılı rəngli abedni servis (içərisində 1 böyük, 6 dayaz boşqab, 1 çaynik, 6 çaşka, 6 nəlbəki, 1 mürəbbə qabı, 1 böyük çaşka, 1 kiçik çaşka, 1 ədəd dəmir altlıq) dəsti, köhnə uşaq paltarları, 1 ədəd göy rəngli böyük vaz, 2 ədəd göy rəngli kiçik vaz, 2 ədəd şüşə şam qabları, 1 ədəd şüşə külqabı, 1 ədəd şüşə sirkə qabı, 1 ədəd göyümtül şüşə qrafinka, 6 ədəd bir rumka dəsti, 6 ədəd ağ rəngli böyük rumkalar, 6 ədəd sarımtıl orta ölçülü rumkalar, 6 ədəd kiçik ağ rumkalar, 1 ədəd çıraq (lampa), 1 ədəd çaynı servis (içərisində 1 böyük çaynik, 2 ədəd mürəbbə qabı, 1 ədəd qab, 1 ədəd çaşka, 6 ədəd kiçik çaşkalar nəlbəki ilə, 1 adi boşqab və servis qapağı, 1 ədəd şüşə konfetqabı və 2 ədəd salfetqabı) 1 ədəd mücrü sandıqça (içərisində bir külqabı, 2 ədəd şüşə qəndqabı), 5 ədəd ağ güllü dovğa kasaları (4 şüşə qaşıqları ilə), 1 ədəd göy-qızılı ləbləbi qabı (qoşa), 5 ədəd narıncı rəngli kasalar, 1 ədəd qulpu sınıq kasa, 1 ədəd böyük qırmızı güllü boşqab, 6 ədəd orta ölçülü qırmızı güllü boşqablar, 1 ədəd şüşə mala, 3 ədəd göy-qızılı nəlbəkilər, 6 ədəd göy qızılı kiçik nəlbəkilər, 1 ədəd mini wonder (meyvə doğrayan), 1 ədəd ağ rəngli kiçik şüşə mürəbbə qabı, 1 ədəd dəmir asılqan (üzərində qaşıq, kəfkir, çəngəl, çömçə, 7 ədəd qırmızı qulplu kiçik çay qaşıqları, 8 ədəd çox kiçik müxtəlif ölçülü çay qaşıqları, 1 ədəd böyük dəmir xörək qaşığı, 6 ədəd dəmir çəngəllər, 6 ədəd dəmir şişlər, 6 ədədli bir bıçaq dəsti, 6 ədəd dəmir meyvə bıçaqları, 2 ədəd taxta qaşıq və çəngəl, 1 ədəd rezin koşlok (kisə) (içərisində dırnaqtutan, qıyıq və jilka), 1 ədəd şüşə qəndqabı, 6 ədəd böyük bakallar, 12 ədəd orta ölçülü bakallar, 6 ədəd kiçik rumkalar, 1 ədəd göy böyük bidon, ətrafında 6 ədəd nəlbəkili çaşkalar, yanında 2 ədəd orta ölçülü eyni bidonlar, 2 ədəd şüşə konfetqabı, 6 ədəd kiçik duz qabı, 1 ədəd qəndqabı, 16 ədəd stəkanlar, 12 ədəd armudu stəkanlar, 1 ədəd abedni servis (içərisində 1 ədəd qab, ikisi dəyirmi, biri uzun olmaqla 3 böyük servis boşqablar, 2 servis dərin boşqab, 6 orta ölçülü boşqab, 6 nisbətən kiçik orta ölçülü boşqab, 6 dayaz boşqab, 1 ədəd uzunsov dərin boşqab), 1 ədəd təsbeh, 1 ədəd göy balaca plastik vanna, 5 ədəd dəmir qaşıq, 6 ədəd ağ şəffaf şüşə nəlbəkilər, 3 ədəd dayaz nazik boşqablar, 3 ədəd qırmızı gülü kasalar, 2 ədəd qırmızı güllü nəlbəkilər, 4 ədəd mürəbbə qabı, 1 ədəd qırmızı güllü boşqab, 1 ədəd batareya, 1 ədəd çörək qabı, 4 ədəd qırmızı güllü dərin boşqab, 7 ədəd qırmızı güllü böyük dayaz boşqablar, 3 ədəd qırmızı güllü nisbətən dayaz boşqablar, 7 ədəd qırmızı güllü nazik dayaz boşqablar, 2 ədəd göyqızılı nəlbəki, 1 ədəd narıncı kasa, 2 ədəd ağ şəffaf kasa, 1 ədəd qırmızı güllü kasa, 1 ədəd dəmir tonqal üstü qazanaltı, 1 ədəd ağ-göy güllü qazan, 1 ədəd sarı-qırmızı güllü qazan, 1 ədəd sini, 1 ədəd ağ rəngli böyük ləyən, 1 ədəd böyük, 1 ədəd kiçik şüşə qazan qapaqları, 1 ədəd dəmir lehimləyən, 1 ədəd biz, 1 ədəd elektrik atverkası, 1 ədəd adapter və 1 ədəd televizor naqilinin Şamaxı şəhəri, S.Əskərova küçəsi ev 10 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus cehiz əmlakın və digər avadanlıqların ona məxsus evdən və həyətyanı sahədən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, oğlu Samir Ramiz oğlu Cavabdeh2 ilə evləndikdən sonra gəlinin cehiz əmlakı ona məxsus fərdi yaşayış evinə gətirilmişdir. Lakin bir müddətdən sonra oğlu Cavabdeh1 onu və həyat yoldaşı X2, yəni atası və anasını söyüb təhqir etmiş, bəzi vaxtlarda isə döymüşdür. Bu səbəbdən şikayətləri əsasında Cavabdeh1 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Lakin Cavabdeh1 bundan nəticə çıxarmamışdır. Oğlu Cavabdeh1 bundan əvvəl oğurluq cinayəti törətdiyinə görə 8 il azadlıqdan məhrum edilmişdir. Uzun müddətdir Cavabdeh1 və həyat yoldaşına məxsus avadanlıqlar baxımsız vəziyyətdə onun evində qaldığından yararsız vəziyyətə düşməkdədir. O, ünvan 1 ünvanında yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən evi üçün onun adına 26.10.2013-cü il tarixli, **********77-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Dövlət X5nın 648/721 saylı, 08 dekabr 2006-cı il tarixli arxiv çıxarışına əsasən 400 kv metr həyətyanı torpaq sahəsi ona verilmiş və fərdi evi tikməyinə icazə verilməsi barədə qərar qəbul edilmişdir. 15.07.2021-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o, 03 noyabr 2014-cü il tarixdən ünvan 3 ünvanda ondan başqa heç kim qeydiyyatda yoxdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə məxsus əmlakların 1 ədəd kiçik stol, 1 ədəd soğan-kartof qabı, 2 ədəd səbət, 2 ədəd kiçik qlobus, 1 ədəd köhnə qaz sobası, 1 ədəd jurnal stolu, 1 ədəd köhnə divan, 1 ədəd güzgülü, tumbalı və siyirməli trilyaj, 1 ədəd dəmir torlu çarpayı, 2 ədəd kreslo, 4 ədəd stulüstü döşəkçə, 1 ədəd taxt, 3 ədəd döşək, 2 ədəd yorğan, 5 ədəd balış, 1 ədəd uşaq döşəkçəsi, 1 ədəd taxtüstü yorğan (ağ rəngli çexolun içərisində), 1 ədəd yaşıl rəngli prostina, 1 ədəd divarda portret, 4 ədəd taxta karniz, 1 ədəd stol, 1 ədəd albom kitabçası, 1 ədəd stolüstü plyonka, 3 ədəd ağ rəngdə pərdə, 6 ədəd stul, 1 ədəd yaşıl rəngdə diyircəkli kiçik oturacaqlı stul, 1 ədəd taxtadan kamod (tumba), 1 ədəd tumbalı, siyirməli televizoraltı üçün stol, 1 ədəd tozsoran, 1 ədəd daş baltası, 1 ədəd plastik gül (kauçuk), 2 ədəd gecə lampası, 2 ədəd qapaqlı vedrə, 2 ədəd boş tumbuçka, 1 ədəd içərisində plastmas güllər olan dəmir güldan, 1 ədəd içərisində ağ buketdə plastmas güllər olan şüşə güldan, 1 ədəd divarboyu mebel (2 şifoner, 1 servant), 1 ədəd içərisində köhnə paltarlar olan qara sarafan torba, 1 ədəd idman şalvarı, 1 ədəd üzərində ağ şalvar olan dəmir asılqan, 2 ədəd göy rəngli qapaqlı vedrə, 1 ədəd oyuncaq böyük şir, 1 ədəd oyuncaq balaca şir, 1 ədəd ağzı bağlı gümüşü diplomat, 1 ədəd gəlinlik güzgüsü, 1 ədəd ağ rəngli qazan dəsti (içərisində 3 qazan var), 3 ədəd gümüşü, göy və ağ rəngli çaydan, 1 ədəd güllü çaynik, 1 ədəd sarı rəngli oyuncaq ayı, 1 ədəd köhnə dəmirdən olan işıq sayğacı, 1 ədəd içərisində köhnə elektrik naqilləri, köhnə 3 ədəd elektriklə işləyən başqırxan cihaz olan ağ sellofan torba, 4 ədəd göy-qızılı rəngli qab servisi (2-si boşqab, 2-si də üçguşəli ləbləbi qabı olan), 1 ədəd şüşə konfet qabı, 1 ədəd şüşə vaz, 6 ədəd balaca şüşə balıq formalı qab, 1 ədəd böyük şüşə balıq formalı qab, 2 ədəd göy rəngli şüşə kasa, 2 ədəd şüşə qənqabı, 1 ədəd şüşə stəkan, 2 ədəd göy-qızılı servis vaz, 6 ədəd göy rəngli servis fincanı, 2 ədəd ağ rəngli şüşə mürəbbə qabı, 6 ədəd göy rəngli servis nəlbəki, 3 ədəd göy rəngli nazik və dayaz boşqab, 1 ədəd xrustal şüşə konfet qabı, 1 ədəd göy-qızılı rəngli nahar servisi (içərisində 1 böyük, 6 dayaz boşqab, 1 çaynik, 6 fincan, 6 nəlbəki, 1 mürəbbə qabı, 1 böyük fincan, 1 kiçik fincan, 1 ədəd dəmir altlıq) dəsti, köhnə uşaq paltarları, 1 ədəd göy rəngli böyük vaz, 2 ədəd göy rəngli kiçik vaz, 2 ədəd şüşə şam qabı, 1 ədəd şüşə külqabı, 1 ədəd şüşə sirkə qabı, 1 ədəd göyümtül şüşə qrafin, 6 ədəd bir rumka dəsti, 6 ədəd ağ rəngli böyük rumkar, 6 ədəd sarımtıl orta ölçülü rumka, 6 ədəd kiçik ağ rumka, 1 ədəd çıraq (lampa), 1 ədəd çay servis (içərisində 1 böyük çaynik, 2 ədəd mürəbbə qabı, 1 ədəd qab, 1 ədəd fincan, 6 ədəd kiçik fincan nəlbəki ilə, 1 adi boşqab və servis qapağı, 1 ədəd şüşə konfet qabı və 2 ədəd salfet qabı) 1 ədəd mücrü sandıqça (içərisində bir külqabı, 2 ədəd şüşə qəndqabı), 5 ədəd ağ güllü dovğa kasası (4 şüşə qaşığı ilə), 1 ədəd göy-qızılı ləbləbi qabı (qoşa), 5 ədəd narıncı rəngli kasa, 1 ədəd qulpu sınıq kasa, 1 ədəd böyük qırmızı güllü boşqab, 6 ədəd orta ölçülü qırmızı güllü boşqab, 1 ədəd şüşə mala, 3 ədəd göy-qızılı nəlbəki, 6 ədəd göy qızılı kiçik nəlbəki, 1 ədəd mini wonder (meyvə doğrayan), 1 ədəd ağ rəngli kiçik şüşə mürəbbə qabı, 1 ədəd dəmir asılqan (üzərində qaşıq, kəfkir, çəngəl, çömçə, 7 ədəd qırmızı qulplu kiçik çay qaşığı, 8 ədəd çox kiçik müxtəlif ölçülü çay qaşığı, 1 ədəd böyük dəmir xörək qaşığı, 6 ədəd dəmir çəngəl, 6 ədəd dəmir şiş, 6 ədədli bir bıçaq dəsti, 6 ədəd dəmir meyvə bıçağı, 2 ədəd taxta qaşıq və çəngəl, 1 ədəd rezin kisə (içərisində dımaqtutan, qıyıq və jilka), 1 ədəd şüşə qənd qabı, 6 ədəd böyük bakal, 12 ədəd orta ölçülü bakal, 6 ədəd kiçik rumka, 1 ədəd göy böyük bidon, ətrafında 6 ədəd nəlbəkili fincan, yanında 2 ədəd orta ölçülü eyni bidonlar, 2 ədəd şüşə konfet qabı, 6 ədəd kiçik duz qabı, 1 ədəd qəndqabı, 16 ədəd stəkan, 12 ədəd armudu stəkan, 1 ədəd nahar servisi (içərisində 1 ədəd qab, ikisi dəyirmi, biri uzun olmaqla 3 böyük servis boşqab, 2 servis dərin boşqab, 6 orta ölçülü boşqab, 6 nisbətən kiçik orta ölçülü boşqab, 6 dayaz boşqab, 1 ədəd uzunsov dərin boşqab), 1 ədəd təsbeh, 1 ədəd göy balaca plastik vanna, 5 ədəd dəmir qaşıq, 6 ədəd ağ şəffaf şüşə nəlbəki, 3 ədəd dayaz nazik boşqab, 3 ədəd qırmızı gülü kasa, 2 ədəd qırmızı güllü nəlbəki, 4 ədəd mürəbbə qabı, 1 ədəd qırmızı güllü boşqab, 1 ədəd batareya, 1 ədəd çörək qabı, 4 ədəd qırmızı güllü dərin boşqab, 7 ədəd qırmızı güllü böyük dayaz boşqab, 3 ədəd qırmızı güllü nisbətən dayaz boşqab, 7 ədəd qırmızı güllü nazik dayaz boşqab, 2 ədəd göy-qızılı nəlbəki, 1 ədəd narıncı kasa, 2 ədəd ağ şəffaf kasa, 1 ədəd qırmızı güllü kasa, 1 ədəd dəmir tonqal üstü qazanaltı, 1 ədəd ağ-göy güllü qazan, 1 ədəd sarı-qırmızı güllü qazan, 1 ədəd sini, 1 ədəd ağ rəngli böyük ləyən, 1 ədəd böyük, 1 ədəd kiçik şüşə qazan qapağı, 1 ədəd dəmir lehimləyən, 1 ədəd biz, 1 ədəd elektrik atverkası, 1 ədəd adapter və 1 ədəd televizor naqilindən ibarət olduğunu bildirdi. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır və ləğv edilməlidir. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-200/2012 saylı qətnaməsinə əsasən o və həyat yoldaşı Cavabdeh2 azyaşlı uşağı ilə birlikdə tikdirdikləri ünvan 4 evdən istifadə hüquqları tanınmış və evə köçürülmüşlər. Eyni zamanda həmin iş üzrə cavabdeh İddiaçı onlara qarşı cehiz əmlakların evdən çıxarılmaya dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Ona görə də eyni eyni tərəflər üzrə, eyni predmetə təkrar baxılması Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinin tələblərinə ziddir və qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən iddiaçının ərizəsi MPM-nin 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalı idi. Bundan əlavə, evin faktiki sahibi onlardır, İddiaçı mülkiyyətçi deyildir və iddiaçının onlara qarşı evdən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması tələbi Qobustan Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(026)-36/2015 saylı qətnaməsi ilə rədd edilmiş, qətnamədən İddiaçı verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 15 iyul 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamaxı şəhəri, S.Əskərova küçəsi ev 10 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 tərəfindən verilmiş 08 dekabr 2006-cı il tarixli, 648/721 saylı arxiv çıxarışının surətindən görünür ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 07 aprel 1989-cu il tarixli, 7 saylı qərarına əsasən İddiaçı 400 kv.metr həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona həmin sahədə fərdi ev tikməyinə icazə verilmişdir. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən faktiki torpaq sahəsi 0.0811 ha, tikinti altı sahəsi 0.01395 ha, yaşayış sahəsi 34.4 kv metr olan fərd yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına 26.10.2013-cü il tarixli, **********77-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.07.2021-cı il tarixli, 2027 saylı arayışdan görünür ki, İddiaçı Şamaxı şəhəri, S.Əskərova küçəsi, 10 saylı evdə yaşayır. İş materiallarına əlavə olunmuş Şamaxı Rayon Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2(074)-200/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair ilk iddiası təmin edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə tikdirdikləri ünvan 4 ünvanda yerləşən özləri tərəfindən tikilmiş evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, İddiaçı Cavabdeh1 qarşı cehiz əmlakların evdən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan Rayon Məhkəməsinin 19.03.2015-ci il tarixli, 2(026)-36/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı evdən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2015-ci il tarixli, 2(105)-1119/2015 saylı qətnaməsinin surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 19.03.2015-ci il tarixli, 2(026)-36/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2015-ci il tarixli, 2(102)-4977/2015 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 24 iyun 2015-ci il tarixli, 2(105)- 1119/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(074)-1496/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə iddiası rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(105)-1429/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1496/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı hesab edilə bilməz. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus cehiz əmlakın və digər avadanlıqların ona məxsus evdən və həyətyanı sahədən çıxarılması barədədir. İş materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 25.04.2013-cü il tarixli, 2(074)-200/2013 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair ilk iddia təmin edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə tikdirdikləri ünvan 4 ünvanda yerləşən özləri tərəfindən tikilmiş evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri qət edilmişdir. Bundan başqa, iş materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş Qobustan Rayon Məhkəməsinin 19.03.2015-ci il tarixli, 2(026)-36/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı evdən istifadə hüququnun itirilməsi və evdə qeydiyyatdan çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(074)- 1496/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 25.04.2013cü il tarixli, 2(074)-200/2013 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 ünvan 4 evdən istifadə hüquqları tanınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə ünvan 4 evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinə dair Şamaxı Rayon Məhkəməsinin 25.04.2023-cü il tarixli, 2(074)-200/2012 saylı qətnaməsini, eləcə də İddiaçı Cavabdeh1 qarşı evdən istifadə hüququnun itirilməsi və evdə qeydiyyatdan çıxarılmaya dair iddiasının təmin edilməməsinə dair Qobustan Rayon Məhkəməsinin 19.03.2015-ci il tarixli, 2(026)-36/2015 saylı və İddiaçı Cavabdeh1 qarşı evdən çıxarılmaya dair iddiasının rədd edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(074)-1496/2018 saylı qətnamələrini nəzərə almamış, hazırki iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-1021/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakın və digər avadanlıqların mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar