Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-797/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2972/2019 saylı qərardadından İddiaçı1 verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2972/2019 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2972/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi ərizə təmin edilməmiş və apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2972/2019 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5482 (beş min dörd yüz səksən iki) manat məbləğində pul vəsaitinin və ödəniliş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2972/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada apelyasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci madəsinin və Azərbaycan Respublikası MPM-nin 131.1 və 133.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, müddətin bərpasından imtina barədə qərardadın ləğv edilməsi və apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2972/2019 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina etdikdə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)- 2972/2019 saylı qətnaməsinin surəti iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddətin üzrlü səbəblərdən ötürülməsini sübut edən əsaslandırıcı dəlilləri məhkəməyə təqdim etməmişlər. Ona görə də apelyasiya şikayətinin verilməsi müddəti üzürlü hesab edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. İşdə olan xəbərnamələrdən görünür ki, tərəflərə poçt vasitəsi ilə göndərilmiş Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2972/2019 saylı qətnaməsinin surətini İddiaçı1 xəbərnamənin kötüyünə xx xxxxxxxx 2019-cu il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İddiaçı1 Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2972/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin təqdim edildiyi günün sabahı, yəni xx xxxxxxxx 2019-cu il tarixdən başlanmışdır. Lakin iddiaçının apelyasiya şikayəti və qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsini aldıqdan sonra İddiaçı1 tərəfindən apelyasiya şikayəti 1 ay müddətində deyil, 1 il, 22 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apelyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. X2 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-ci maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı1 qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi üçün verdiyi şikayətin dəlillərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2972/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2972/2019 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-797/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-797/2021
02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver