Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-810/2022 25.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı etirazın həll edilməsi üçün onun Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Cavabdeh 2(012)-7344/2021 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi ittiham qaydasında ittiham olunmasına dair 1(012)-519/2021 saylı iş üzrə Cavabdeh bütün tərkibinə etdiyi etiraz məsələsinin həll edilməsi üçün etirazının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 2(012)-7344/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. (hakim M.Abbasova) Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Cavabdeh 2(012)-7344/2021 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(012)-7344/2021 saylı, 30.12.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.(hakim M.Abbasova) Həmin qərardaddan da İddiaçı tərəfindən şikayət verilmişdir. Cavabdeh 2(012)-7344/2021 saylı, 04 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Nümayəndə şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Cavabdeh 2(012)-7344/2021 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yenə həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh 2(012)-7344/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 2(012)- 7344/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən onun şikayəti geri qaytarılmalıdır və bu barədə işə baxan məhkəmə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, İddiaçı şikayətində göstərdiyi dəlillər əsassızdır. Ona görə də, birinci instansiya məhkəməsi onun şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1.3, 263-264, 357, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cavabdeh 2(012)-7344/2021 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-810/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-810/2022
25.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver