Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-810/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin müraciətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 MMCyə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1675/2023 nömrəli qərardadı ilə 2(060)-1675/2023 saylı mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1675/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 36.1, 44.2ci maddələrinin tələbinə əsasən mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mülki işə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmamalıdır. AR MPM-nin 44.2-ci maddəsində nəzərdə tutulmuş işin başqa məhkəmədə baxılmağa verilməsi əsaslarından hər hansı biri yaranmamışdır. Mülki qanunvericiliyin tələblərinə görə iş göstərilən məhkəmənin icraatına qəbul edildiyindən, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də mülki iş AR MPM-nin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığının həll olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiya məhkəməsində verilən izahatlar və etirazlar İddiaçı məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında əslində hazırki mülki işə Nərimanov Rayon Məhkəməsində baxılmasını istədiyini, bununla bağlı şikayət versə də, şikayəti elektron olmadığından geri qaytarıldığını, indiki halda Sumqayıt Şəər Məhkəməsində baxmağa etirazının olmadığını, bu məhkəmədə baxılmasını istədiyini bildirərək, hazırki mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılması məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası mülki prosessual qnaunveriicliyin tələbinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.1-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən məhkəmə işi əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; başqa məhkəmədə baxılmağa verir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə cavabdehlərdən biri olan Cavabdeh1 MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəriman Rayon Məhkəməsinə verilmiş, həmin məhkəmənin müvafiq qərardadı ilə qeyd eidlən iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonar iddiaçının yazılı ərizəsi əsasında cavabdehin əsl cavabdehlə əvəz edilmiş, əsl cavabdehin rəsmi qeydiyyat ünvanı isə ünvan 2 ünvanı olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi müvafiq məhkəmə qərardadı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi, əsl cavabdehin rəsmi qeydiyyat ünvanının ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə aid olması halını əsas götürərək, mülki işin baxılması üçün həmin məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi mülki işi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, hazırki mülki işin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş ərazi aidiyyət qaydalarının tələblərinə riayət edilməklə, icraata götürülmüşdür. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə sonrakı məhkəmə prosesində cavabdehin əsl cavabdehlə əvəz edilməsi və bunun nəticəsində isə iş üzrə ərazi aidiyyətinin dəyişilməsi halı MPM-nin 44.1-ci maddəsinin tələbi baxımından işin ərazi aidiyyəti üzrə göndərilməsinin əsası kimi çıxış etmir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halları və mülki prosessual qanunvericiliyinin tələbini əsas götürərək, belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-810/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-810/2023
06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver