Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-813/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)- 7652/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aldığı X1 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefona dair aralarında bağlanmış 08.03.2020-ci il tarixli, ST33792 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin telefona görə ödənilmiş 587.43 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 08.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və 289 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.03.2020-ci il tarixdə Cavabdeh MMCdən X1 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefon almışdır. Həmin telefonun qiyməti 587.43 manat təşkil etmişdir. İlkin olaraq 239 manat ödəniş etmişdir. Qalan 348.43 manat məbləğində pulun 7 ay ərzində ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən qrafik tərtib olunmuşdur. Aprel ayında 40 manat ödəniş etmişdir. Sonradan telefonda nasazlıq yaranmışdır. Onun tərəfindən servis xidmətinə müraciət olunmuşdur. Servis tərəfindən telefona baxış keçirilmiş, müayinə nəticəsində cihazda mexaniki zədə və maye izləri aşkar olunmaması qeyd olunmuş, telefondakı qüsurun zavod qüsuru olduğu müəyyən olunmuşdur. Servis tərəfindən telefonun dəyişdirilməli olduğu barədə akt tərtib olunmuşdur. Lakin cavabdeh həmin telefonu yenisi ilə əvəz etməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək ondan 318.43 manat pulun tutulması ilə bağlı ərizə vermişdir və məhkəmə tərəfindən pulun tutulması ilə bağlı əmr verilmişdir. Ona görə də hazırda cavabdeh tərəfindən ona dəymiş zərərlə bağlı bir istehlakçı kimi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)-7652/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 08.03.2020-ci il tarixli, ST33792 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 289 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, "xxxx" MMC-nin 13.05.2020-ci il tarixli dəyişilmə aktına istinad etmişdir. Həmin aktdan görünür ki, 09.05.2020-ci il tarixində "xxxx" MMS Şirkətinə Redmi Note 8 Blue (İMEl-**********90065) markalı telefon gətirilmişdir. Bildirilmiş qüsur kimi “Whatsappda danışanda səs normal getmir” kimi göstərilmişdir. Müayinənin nəticəsi kimi cihazda mexaniki zədə ve maye izləri aşkar olunmamışdır, məhkəmə 25.11.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Mikayıİ oglu ilə cavabdeh "xxxx" ММС arasında baglanmış 08.03.2020-ci il tarixli, ST33792 saylı nisyə alqı-satqı muqaviləsini ləğv edərkən, Mülki Məcəllənin 423.2-ci maddəsinə riayət olunmasını araşdırmamışdır. Belə ki, MM-nin 423.2сi maddəsinə əsasən, muqavilənin dəyişdirilməsi və уа ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız muqaviləni dəyişdirmək və уа ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və уа təklifdə gostərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gun müddətində ondan cavab almadıqda irəli sürə biləг. Bundan əlavə, həmin müqavilə üzrə öhdəliklər İddiaçı oglu tərəfindən pozulduğundan kreditor Cavabdeh ММС borclu İddiaçı Mikayıİ oğluna qarşı «əmr icraatı qaydasında pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15.03.2021-ci il tarixli məhkəmə əmri qəbul edilmişdir. Həmin əmrdən borclu tərəfindən etiraz verilməmiş, əmrin icra olunması icra şöbəsinin icraatındadır. Artıq həmin müqavilə üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qəraп mövcudddur. Belə olan halda həmin müqavilə ləğv edilə bilməz. Məhkəməyə təqdim edilən "xxxx" MMC-nin təqdim etdiyi гəу ilə гаzı deyillər. Belə olan halda məhkəmə ekspertiza təyin edə bilərdi. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)-7652/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: 08.03.2020-ci il tarixli zəmanət talonundan görünür ki, X1 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefon İddiaçı təhvil verilmişdir. 08.03.2020-ci il tarixli ST33792 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, 08.03.2020-ci il tarixində İddiaçı tərəfindən 50 manat məbləğində ilkin ödəniş edilmişdir. F00041100 №-li mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən 08.03.2020-ci il tarixində ilkin olaraq 239 manat ödəniş edilmişdir. 13.05.2020-ci il tarixli dəyişilmə aktından görünür ki, 09.05.2020-ci il tarixində "xxxx" MMC şirkətinə Redmi Note 8 Blue (İMEİ-**********90065) markalı telefon gətirilmişdir. Bildirilmiş qüsur kimi “Whatsappda danışanda səs normal getmir” kimi göstərilmişdir. Müayinənin nəticəsi kimi cihazda mexaniki zədə və maye izləri aşkar olunmadığı, bildirilmiş qüsurun zavod qüsuru olduğu bildirilmişdir. Qeyd kimi “aksessuarlar dəyişilmir” kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, əşyanın qüsurlarının onun alıcıya verilməsindən əvvəl əmələ gəldiyi sübutlarla və işin faktiki halları ilə təsdiqləndiyindən, həmin qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmadığından və telefon yenisi ilə əvəz olunmadığından iddia əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Məhkəmə kollegiyası cavabdehin Mülki Məcəllənin 423.2-ci maddəsinə riayət olunmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 08.03.2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC sonuncuya dəyərini hissə-hissə ödəmək şərti ilə X1 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefon satmışdır. Telefonu aldıqdan bir müddət sonra həmin telefonda qüsur yaranmış, iddiaçının telefonun dəyişdirilməsi və ya yenisi ilə əvəz olunması tələbi cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)-7652/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-813/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-813/2022
14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver