Məhkəmə qərarları › İş №2(105)-816/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-816/2025

18.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-816/2025 18.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi) X23 Süleymanovanın sədrliyi və məruzəsi, X6 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakda vərəsəlik paylarının müəyyən olunması tələbinə” dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-194/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İkram qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və digər tələblərinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı3 atası Əliyev İkram Əlipaşa oğlundan qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən olunması, mirasa pay, mülkiyyət hüququ tanınması, iddiaçılar: İddiaçı1 və Cəlalova (Əliyeva) Gülnarə İkram qızının ataları Əliyev İkram Əlipaşa oğlundan qalmış mirasın qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulmuş müddəti ötürmələri üzrlü sayılmaqla uzadılması, miras əmlakda, 1/4 hissədə iddiaçıların anası, X5 aid payın olmasının müəyyən edilməsi və həmin pay hissə idiaçılara ayrılaraq verilməsi, cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəliri olaraq tanınmaları və X10 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü M tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması və cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş həmin 14 mart 2023-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, dövlət reyestrində aparılmış istənilən əməliyyatı, o cümlədən Cavabdeh2 adına aparılmış qeydiyyatın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə vəfat etmiş anaları, X3 adına olmuş Bakı şəhərində, mikraroyanda yerləşmiş mənzil satılaraq, ünvan 2 ünvanındakı 13 saylı yaşayış binasının 41 nömrəli mənzili alınıb. Sonradan həmin mənzil satılmış və əldə olunan vəsait hesabına, hazırda yaşayış sahəsinə qeydiyyatda olduqları, ünvan 1 ünvanında torpaq sahəsi alınıb və qalıq pula da orada fərdi ev inşa olunub. Həmin evdə iddiaçılar qeydiyyatda olsalar da onlardan İddiaçı1 və X12 həmin evə tez-tez gedib gəlmişik, İddiaçı3 isə ev inşa olunub yaşayışa hazır olduğu gündən orada yaşayıb. Ev və yerləşdiyi torpaq sahəsi ataları Əliyev İkram Əlipaşa oğlunun adında və mülkiyyətində olub. Həmin evi və evin yerləşdiyi torpaq sahəsini sonradan ataları onlardan İddiaçı3 bağışlayıb. Atalarının vəfatından sonra cavabdehlər Cavabdeh2 və onun övladları olan Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı İddiaçı3 zorla evdən qovub çıxarıblar. Ona görə də İddiaçı3 cavabdehlərə qarşı, “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəs ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin özünün mülkiyyətində olan ərazini boşaltmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. İddia ərizəsi 2(012)-2478/2023 saylı mülki iş olaraq baxan məhkəmə (hakim C.Səfiyeva) iddianı təmin etməyib və bu barədə qəbul etdiyi 30 may 2023-cü il tarixli qətnaməsini onunla əsaslandırıb ki, mübahisələndirilən əmlak cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir və bunu təsdiq edən reyestrdən çıxarış var. Onlar həmin çıxarışın verilməsinə əsas olmuş sənəd araşdırarkən də müəyyən edilmişdir ki, İddiaçı3 adına olmuş çıxarış sonradan ləğv edilib və ev və yerləşdiyi torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh2 adına keçib, (bu barədə notariat ofisindən şəhadətnamə və həmin şəhadətnamə əsasında dövlət reyestrindən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib). Belə ki, cavabdeh 1 saylı Notariat Ofisinə, anaları X5 və ataları Əliyev İkram Əlipaşa oğluna münasibətdə onlardan qalan mirasa dair onlara vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdirlər. Müraciətlə əlaqədar cavabdeh notariat ofisindən verilən 24 iyun 2023-cü il tarixli imtina cavabı belə əsaslandırılmışdır ki, analarna münasibətdə miras əmlak yoxdur, atalarına münasibətdə də onlar qanunla nəzərdə tutulan müddətdə notariat ofisinə müraciət etməməmişdir, əmlaka faktiki sahiblik etdiklərinə dair də hər hansı sənədi notariat ofisinə təqdim etməmişdirlər. Onların miras əmlakda qeydiyyatda olmaqları, İddiaçı3 cavabdehlər tərəfindən zorla evdən qovulub çıxarılması, atalarının öldüyü günə kimi İddiaçı3 həmin evdə yaşaması, onun vəfatından sonra da (cavabdehlər tərəfindən qovulduqları günə kimi) İddiaçı3 həmin evdə qalıb yaşaması barədə göstərdikləri faktlara, eləcə də atalarından miras qalan əmlaklarda analarına aid payın olduğuna dair, yəni miras əmlakların analarının adına olmuş əmlak- satışından əldə olunan vəsait hesabına əldə olunması barədə faktlara münasibətdə də cavabdeh notariat ofisindən bildirilmişdir ki, miras əmlakda yaşayan cavabdehlərin notariat ofisinə təqdim etdikləri sənəddə, onların həmin evdə qeydiyyatda olmaqlarına, yaşadıqlarına dair məlumat yoxdur, bunun əksi olaraq həmin sənədlərdə bildirilir ki, ataları X11 vərəsələri olaraq, onun öldüyü günə kimi miras əmlakda onunla yaşayanlar rəsmi nikahda olduğu Cavabdeh2 və Cavabdeh2 ilə birgə nikahdan doğulmuş övladları: Cavabdeh3 və Cavabdeh4 olmuşdur. Əllərində olan danılmaz faktlar, o cümlədən məhkəmə aktları, cinayət işi üzrə qəbul edilmiş qərar MAPS idarəsindən verilmiş əmlakda qeydiyyatda olanlar barədə arayış Cavabdeh2, eləcə də digər cavabdehlərin faktları saxtalaşdırdığını, saxta nikah şəhadətnaməsini, saxta məlumatlara əsaslanan MİKS-nin arayışını notariat ofisinə təqdim etməklə atalarından və analarından onlara miras qalmış əmlakları özlərinin qanunsuz sahibliyinə, mülkiyyətlərinə keçirmişlər. X11 X13 ilə faktiki münasibətindən doğulduğu ehtimal olunan Cavabdeh3 və Cavabdeh4 İkram qızı şübhəsiz ki, bu saxtakarlıqda yaxından iştirak ediblər. Çünki onlar yaxşı bilirdilər ki, anaları Cavabdeh2 ilə iddiaçıların atası X25 arasında rəsmi nikah olmayıb və buna dair cinayət işi üzrə qərar və məhkəmə aktlar mövcuddur. Ona görə də cavabdehlər aşkar cinayət yolu ilə onlara məxsus ola bilməyən əmlaklara, qanunsuz sahiblik edirlər. Cavabdeh3 və X14 atalığın verildiyi barədə hər-hansı sənədin olması mübahisəlidir. Hətta cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 İkram qızı aonların atasının kəbindən kənar övladlarıdır, atalarının onaların atası olmasını müəyyən edən sənəd mövcuddur və onlar mirasda payları ola biləcək vərəsələridir, o halda da onların qanunsuz yolla mirasa sahib çıxmaq istəkləri, onların ləyaqətsiz vərəsə kimi tanınmalarına əsas verir. Cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının 03 fevral 2022-ci tarixdə vəfat etmiş X11 vərəsələri olaraq tanınmaları və X10 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Həmin şəhadətnaməyə əsaslanmaqla dövlət reyestrində aparılmış qeydiyyat etibarsız sayılmalıdır. Bizim bildiyimizə görə, miras əmlakların bizlərdən İddiaçı3 atamızın sağlığında bağışlanmış əmlak olması və həmin əmlakların İddiaçı3 mülkiyyətində olduğuna dair reyestrdən çıxarışın əslinin bizdə olması, həmin bağışlanmanın, İddiaçı3 adına olan dövlət reyestrindəki qeydiyyatın ləğvindən xəbərsiz olduqları səbəbindən (ləğv olunmuş çıxarışın əsli bu gün də onlardadır) mirasın qəbulu üçün notariat kontoruna müraciət etməməkləri onlara münasibətdə (İddiaçı3 istisana olmaqla, çünki o, mübahisəli ev əmlak tikildiyi tarixdən orada son iki üç aya kimi, cavabdehlər tərəfindən qovulduğu günə kimi yaşayıb) üzürlü sayılmalıdır və mirasın qəbulu müddəti uzadılmalıdır və mirasa pay mülkiyyət hüquqları tanınmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması və X10 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 İkrəm oğlunun və Cavabdeh4 hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması , 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq: iddiaçılar, yəni İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı tanınması və Əliyev İkram Əlipaşa oğlundan qalmış mirasda hər birinin payı 1/5 hissə müəyyən edilməklə həmin pay hissələrə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, Əliyev İkram Əlipaşa oğlunu və onun ailəsini uzun müddətdir ki, tanıyıb. İkram Əliyev ölən günə kimi ünvan 1 ünvanında yerləşən evdə oğlu İddiaçı3 yaşayıb. X32 Əliyevadan uzun müddət əvvəl boşandığı üçün Cavabdeh2 və övladları həmin evdə yaşamayıb.

6. xx.xx.1983-cü il tarixli № 361675 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X1 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 986 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əliyeva soyadı verilmişdir.

7. X-JQ № 325980 saylı, Xİ-JQ № 337198 saylı və Xİİ-JQ № 337198 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X25 ilə X3 nikahlarından xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.1987-ci il təvəllüdlü X19 adlı uşaqları anadan olmuşdur.

8. İV- JQ № 434205 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.

9. AN-İ№ ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əliyev İkram Əlipaşa oğlu X4 5000 manat məbləğində pul ödəməklə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.016 ha olan torpaq sahəsini almışdır.

10. xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Əliyev İkram Əlipaşa oğlu barəsində xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır.

11. xx.xx.2016-cı il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi Əliyev İkram Əlipaşa oğlunun xüsusi mülkiyyətindədir.

12. 27.04.2017-vi il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Əliyev X17 rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 68,3 kv.metr olan fərdi yaşayış evinin və Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 0,16 ha olan torpaq saəhəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı3 mülkiyyətinə vermişdir.

13. 03.05.2017-cı il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi İddiaçı3 xüsusi mülkiyyətindədir.

14. 5797974 saylı xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı2 xx.xx.2017-ci il tarixdən ünvan 3 ünvanda X26, İddiaçı3, İddiaçı1 qeydiyyatdadır.

15. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev İkram Əlipaşa oğlunun vərəsələri ünvan 4 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3, arvadı Cavabdeh2, qızı Cavabdeh4 Milas qızı və onların hər biri miras əmlakından 1/3 hissədə pay almalıdırlar.

16. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir.

17. xx.xx.2017-ci il tarixli, 2(105)-350/2017 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-401/2016 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 cavabadeh Əliyev İkram Əlipaşa oğluna qarşı nikahın pozulması tələbi təmin edilməsi qət edilmişdir.

18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3615/17 saylı, xx.xx.2017-ci il tarixli Qərarının surətindən görünür ki, cavabdeh Əliyev İkram Əlipaşa oğlunun kassasiya şikayəti təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-350/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

19. “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli 2887 saylı Qərardan görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisinə ünvan 5 ünvanında qeydiyyatda olanlar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2022-ci ildə vəfat etmiş ataları Əliyev İkram Əlipaşa oğlundan miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 21,06.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdirlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mirasın qəbul edilməsi barədə notariat ofisinə qanunda nəzərdə tutulduğu müddətdə ərizə ilə müraciət etməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etməmişdir. Digər vərəsələr Cavabdeh3, Cavabdeh2, və Cavabdeh4 İkram qızı vəfat etmiş ataları Əliyev İkram Əlipaşa oğluna vərəsəlik işinin açılması və miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar 12.01,2023-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinə müraciət etmişlər. Təqdim edilən Abşeron rayon 4 saylı MTİİTS-NİN xx.xx.2022-ci il tarixli 5137 saylı arayışına əsasən adları qeyd edilən vərəsələrin mərhum Əliyev İkram Əlipaşa oğlu ilə ölən günədək bir ünvanda yaşamış və bunula da mirası əmlaka sahiblik etmələrini və əmlakı idarə etmələrini sübut edərək faktiki olaraq mirası qəbul etmələrini sübut etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci və 1243.3-cü maddələrinə əsasən onlar mirası idarə etməklə mirası tamamilə qəbul etmişlər. Təqdim edilən sənədlər əsasında vərəsələr Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İkram qızına xx.xx.2023-cü ilədə 2v-66 reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir.Göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsini rəhbər tutaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

20. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-194/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması, X10 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147, 1151.1, 1151.2, 1159.1.1, 1163, 1164, 1318, 1321.1, 1321.2, 1321.3 və 1322-ci, “Notariat haqqında” Qanunun 55 və 56-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti və onun dəlilləri

22. Cavabdehlər Cavabdeh2 və Əliyeva X21 Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdehlərdən Cavabdeh2 ilə Əliyev İkram Əlipaşa oğlu rəsmi nikahda olmuş və mübahisələndirilən daşınmaz əmlak məhz nikah dövründə əldə edilmişdir. Əliyev İkram Əlipaşa oğlu ilə Cavabdeh2 arasında 14 dekabr 1999-cu il tarixdə Qobustan rayon Hilmili kənd nümayəndəliyində nikahları rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(102)-3615 nömrəli qərarı ilə nikahları pozulmuşdur. İş materialları ilə tam təsdiq edilir ki, mübahisələndirilən daşınmaz əmlak xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında alınmışdır. xx.xx.2016-cı il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi Əliyev İkram Əlipaşa oğlunun xüsusi mülkiyyətinə keçmişdir. Mübahisələndirilən daşınmaz əmlak nikah dövründə əldə edildiyi üçün həmin əmlakın ½ hissəsi cavabdehlərdən Cavabdeh2 mülkiyyətidir və miras əmlak hesab edilə bilməz. Cavabdeh4 və Cavabdeh3 miras əmlakdan onlara çatan paylarını Cavabdeh2 bağışlamışlar. Ona görə də mübahisələndirilən daşınmaz əmlak düzgün olaraq Cavabdeh2 mülkiyyətinə keçmişdir. Məhkəmə miras qoyanın xx.xx.2022-ci ildə ölməsi və həmin vaxt onun Cavabdeh2 ilə rəsmi nikahda olmaması əsası ilə iddianı qismən təmin etmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsi ilə bağlı bildirir ki, məhkəmə qeyd edilən şəhadətnamənin verildiyi vaxt qüvvədə olan qanunvericiliyə istinad etmədən qətnamə qəbul etmişdir. Məhkəmə prosessual hüquq normalarını da pozmuşdur. Miras qoyan öldüyü zaman qüvvədə olan normanın tələblərinə əsasən məhkəmə miras qoyan Əliyev İkram Əlipaşa oğlunun öldüyü zaman qüvvədə olan 1246-cı maddəsinin tələblərinə əsasən mübahisəyə hüquqi qiymət verməli idi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixində Elektron Kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

24. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin əsaslarından biri belədir ki,...mübahisələndirilən miras əmlak cavabdehlərdən Cavabdeh2 miras qoyan Əliyev İkram Əlipaşa oğlu nikahda olduqları dövrdə əldə edilib. Ona gorə də apellyatorlar hesab edir ki, miras əmlakın 2/1 hissəsi cavabdehlərdən Cavabdeh2 mülkiyyətidir və miras əmlak hesab edilə bilməz. Şikayətin bu dəlilinin əsassız olmasını belə cavablandırır ki, əvvəla əmlakın birgə nikah dövrü əldə olunması həmin əmlakın nikah tərəflərinin ortaq mülkiyyəti olmasına dəlalət etmir və bunun üçün əmlakın, nikah tərəflərinin birgə təsərrüfat aparılması qarşılığında əldə onunan vəsait hesabına alınması şərtdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü maddəsinin tələbi belədir ki, Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə görə də Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İşin halları isə, yəni cavabdeh (apellyator) Cavabdeh2 ilə miras qoyan Əliyev İkram Əlipaşa oğlu arasında "bağlanmış" (Qobustan rayon prokurorluğunda aparılmış cinayət işinin nəticəsi olaraq saxta sayılmış) nikah apellyatorun özünün də bildirdiyi kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23 may 2017-cı il tarixli 2(102)-3615 saylı qərarı ilə pozulub. Daha başqa, miras əmlakın alınmasına çəkilmiş xərc vəsait də Əliyev İkram Əlipaşa oğlunun əvvəlki və öldüyü günə kimi həqiqi nikahda olduğu 1994-cü ıl tarixdə vəfat etmiş arvadı X2 adında və mülkiyyətində olmuş mənzilin satışından əldə olunmuş vəsait hesabına alınmış, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən yaşayış binasındakı mənzilin satışından əldə olunan vəsait hesabına başa gəlib. Bütün bu qeyd olunan həqiqi hallar isə apellyatorun mübahisələndirilən miras əmlakın, Cavabdeh2 miras qoyan Əliyev İkram Əlipaşa oğlu ilə nikahda olduqları dövrdə əldə edildiyini əsas göstərməklə həmin əmlakın 2/1 hissəsinin Cavabdeh2 mülkiyyəti olması barədə dəlilinin cəfəngiyyat olduğunu göstərir. Apellyasiya şikayətinin əsaslandığı digər dəlil də ondan ibarətdir ki,... Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, 14 mart 2023-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsi ilə bağlı bildirir ki, məhkəmə qeyd edilən şəhadətnamənin verildiyi vaxt qüvvədə olan qanunvericiliyə istinad etmədən qətnamə qəbul etmişdir. Belə ki, “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli 2887 saylı Qərardadan görünür ki, Abşeron Rayon 1 saylı notariat ofisinə Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında qeydiyyatda olanlar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2022-ci ildə vəfat etmiş ataları X10 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdirlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mirasın qəbul edilməsi barədə notariat ofisinə qanunda nəzərdə tutulduğu müddətdə ərizə ilə müraciət etməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etməmişdir. Hesab edir ki, Abşeron Rayon 1 saylı notariat ofisindən verilmiş cavab həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olmuşdur. Belə ki, Mülki Məcəllənin 1146-cı maddəsində deyilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras açıldığı vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə əsasən 6 aydan çox vaxt keçdikdə miras əmlakın qəbul edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllıənin 217-ci maddəsinin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə miras qoyan Əliyev İkram Əlipaşa oğlunun öldüyü zaman qüvvədə olan 1246-cı maddəsinin tələblərinə əsasən mübahisəyə hüquqi qiymət verməli idi. Apellyasiya şikayətinin bu dəlilinin də əsasız olduğunu belə cavablandırır ki, əvvəla miras əmlakda atasının vəfat etdiyi günə kımı iddiaçılardan qardaşı İddiaçı3 qeydiyyatda olmaqla yaşayıb və bildiyinə görə onunla atası arasında atasının sağlığında mübahisəli əmlaka dair bağışlanma müqaviləsi imzalanıb və əmlak qardaşının adına qeydiyyatdan keçib. Digər iddiaçılar olan o və bacısı Gülnarə isə evdə qeydiyyatda olanlar olmaqla istər atasının sağlığında, istərsə də onun ölümündən sonra həmin evə mütamadi gedib-gələn şəxslər olmuşlar. Yekun olaraq isə bildirir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin (apellyatorun istinad etdiyi) 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü ii tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərti və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib və həmin qərara görə qərar üzrə nəticə mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Məhz yuxarıda qeyd etdiyi əsaslardan çıxış edərək, cavabdehlər tərəfindən verilmiş forml xarakterli, hüquq normalarından xəbərsizcəsinə yazılmış apellyasiya şikayətini əsassız hesab edir.

Apellyasiya istansiya məhkəməsinin məhkəmə aktı:

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, X10 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 hissədə olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi qət olunmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə mərhum İkram Əliyevin rəsmi nikahlarına hələ sonucunun ölümündən təxminən 5 il əvvəl xitam verildiyindən, mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından Cavabdeh2 miras qoyan Əliyev İkram Əlipaşa oğlunun qanun üzrə vərəsəsi hesab oluna bilməz. İddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan mərhum İkram Əliyevin əvvəlki nikahından Tünzalə, Elşad, Gülnarə adlı üç, sonuncu nikahından isə Rəşad və Vüsalə adlı iki övladı olmuş, xx.xx.2022-ci il tarixdə vəfat edərkən rəsmi nikahda olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, miras qoyan Əliyev İkram Əlipaşa oğlu hələ sağ ikən miras əmlakı hazırkı iş üzrə İddiaçı3 bağışlasa da, həmin bağışlama müqaviləsi hazırkı iş üzrə Cavabdeh2 tərəfindənməhkəmə qaydasında mübahisələndirilmiş və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi 15 saylı evin və 0,016 ha torpaq sahəsi onların birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Lakin notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunvericiliyin tələblərini pozmuş, həm vərəsələrin, həm də miras əmlakın dairəsini düzgün müəyyən etməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, şəhadətnamənin verilməsi zamanı iddiaçılar qanun üzrə vərəsəlikdən kənarda qalmaqla yanaşı, mərhum İkram Əliyev ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi 15 saylı ev və 0,016 ha torpaq sahəsinin Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyanın İkram Əiyevin qanun üzrə vərəsələrinin vərəsəlik hüququnun olmadığı nəzərə alınmamışdır.

27. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1162, 1163 və 1272-ci və Mülki Prosessual Məcəllənin 77.1, 88, 218.1, 384.0.2, 385.1.2, 385.1.3., 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

28. Qətnamədən İddiaçı1 (vəkil X28) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və vərəsəlik hüquqlarının mirasın tam kütləsinə münasibətdə təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2025ci il tarixli, 2(102)-894/2025 nömrəli Qərarına əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi “Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi” hissəsində, habelə iddia tələbinin “miras əmlakda vərəsəlik paylarının müəyyən olunması”na münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi və mülki işin qeyd olunan hissələrdə yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

30. Kassasiya instansiyası məhkəməsi Qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 ilə mərhum İkram Əliyevin rəsmi nikahlarına hələ sonucunun ölümündən təxminən 5 il əvvəl xitam verildiyindən, mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından Cavabdeh2 miras qoyan İkram Əliyevin qanun üzrə vərəsəsi hesab oluna bilməməsini, miras qoyan mərhum İkram Əliyevin əvvəlki nikahından Tünzalə, Elşad, Gülnarə adlı üç, sonuncu nikahından isə Rəşad və Vüsalə adlı iki övladı olmasını, xx.xx.2022-ci il tarixdə vəfat edərkən rəsmi nikahda olmadığını, miras qoyan İkram Əliyevin hələ sağ ikən miras əmlakı hazırkı iş üzrə İddiaçı3 bağışlasa da, həmin bağışlama müqaviləsi hazırkı iş üzrə Cavabdeh2 tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsi və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi 15 saylı evin və 0,016 ha torpaq sahəsi onların birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, lakin notariusun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunvericiliyin tələblərini pozmasını, həm vərəsələrin, həm də miras əmlakın dairəsini düzgün müəyyən etmədiyini, həmçinin şəhadətnamənin verilməsi zamanı iddiaçıların qanun üzrə vərəsəlikdən kənarda qalmaqla yanaşı, mərhum İkram Əliyev ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi 15 saylı ev və 0,016 ha torpaq sahəsinin Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyan İkram Əiyevin qanun üzrə vərəsələrinin vərəsəlik hüququnun olmadığının nəzərə alınmadığını qeyd etmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edilib-edilməməsi əsasında hüquqi qiymət verilməsi, mübahisəli əmlakın birgə nikah dövründə əldə edilməsi səbəbindən Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyan İkram Əiyevin qanun üzrə vərəsələrinin vərəsəlik hüququnun olmadığının nəzərə alınmaması barədə mövqeyi ilə razılaşır.

32. Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 80. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni sona qədər həll edərək iddia tələbinə “miras əmlakda vərəsəlik paylarının müəyyən olunması” hissəsində hər hansı münasibət bildirməməkdə, iş üzrə tərəflərin həm miras kütləsindəki paylarını, həm də ümumi əmlaka münasibətdə paylarını müəyyən etməməkdə səhvə yol vermişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 218.3-cü maddəsinin tələbini pozaraq, iddia tələbində nəzərdə tutulmadığı halda qətnamənin nəticə hissəsində “Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi” barədə səhv nəticəyə gəlmişdir.

34. Bundan başqa apellyasiya instansiyası məhkəməsi miras əmlaka münasibətdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 hissədə olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması barədə düz nəticəyə gəlsə də, həmin hüquq barəsində aparılmış qeydiyyatın ləğv edilməsi məsələsinə də hər hansı hüquqi qiymət verməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

35. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

36. ünvan 7 ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

37. İş üzrə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh3, Cavabdeh4 İkram qızı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ-nin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

38. Kollegiya qeyd edir ki, hazırki apellyasiya icraatının həddini Ali Məhkəmənin Qərarının göstərişinə uyğun olaraq Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-194/2024 nömrəli qətnaməsinin miras əmlakda vərəsəlik paylarının müəyyən olunmaması, hüquq barəsində aparılmış qeydiyyatın ləğv edilməsi məsələsinə qiymət verilməsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır.

43. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar mərhum atalarından miras qalmış əmlakın vərəsəlik qaydasında cavabdeh Mehriban Cavabdeh2nın adına keçməsinin, mirasda payların müəyyən edilməsi zamanı vərəsələr kimi onların mənafelərinin nəzərə alınmamasının qanunsuz olmasını qeyd edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması və İkram Əliyevdan miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/3 olmaqla payının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) İkram Əliyevin vərəsəsi olaraq iddiaçılar kimi onların və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızının tanınması, İkram Əliyevdən qalmış mirasda hər birinin payının 1/5 hissədə müəyyən edilməklə həmin pay hissələrinə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

44. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması, X10 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

45. Cavabdehin apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, X10 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 hissədə olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi qət olunmuşdur.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2025ci il tarixli, 2(102)-894/2025 nömrəli Qərarına əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-979/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi “Cavabdeh2 3 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X11 vərəsəsi olaraq tanınması hissəsində iddianın təmin edilməməsi” hissəsində, habelə iddia tələbinin “miras əmlakda vərəsəlik paylarının müəyyən olunması”na münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi və mülki işin qeyd olunan hissələrdə yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

47. Qeyd olunduğu kimi hazırki apellyasiya icraatının həddini Ali Məhkəmənin Qərarının göstərişinə uyğun olaraq Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-194/2024 nömrəli qətnaməsinin miras əmlakda vərəsəlik paylarının müəyyən olunmaması, hüquq barəsində aparılmış qeydiyyatın ləğv edilməsi məsələsinə qiymət verilməsinin yoxlanılması təşkil edir.

48. Məhkəmə kollegiyası qeyd olunan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini yoxlayaraq aşağıda şərh olunanları qeyd edir:

49. Göründüyü kimi birinci instansiya məhkəməsi miras əmlakda payların müəyyən edilməsi hissədə iddianı təmin etməmiş və gəldiyi nəticəni həqiqi vərəsələr arasında miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisə olmaması ilə əsaslandırmışdır.

50. Məhkəmə kollegiyası Ali Məhkəmənin Qərarının 80-ci bəndinin göstərişi üzrə araşdırma apararaq hesab edir ki, birinci instansiya məhkəməsi miras payda payları müəyyən etməməklə səhvə yol vermiş, iş üzrə natamam araşdırma aparmış, məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

51. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin iddiaçıların atası mərhum İkram Əliyevdən miras qalması və sonuncunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır.

52. Eyni zamanda İkram Əliyevin xx.xx.2022-ci il tarixdə vəfat edərkən rəsmi nikahda olmaması, Cavabdeh2 ilə 23 may 2017-ci il tarixli məhkəmə qərarına əsasən nikahlarının pozulması, miras əmlak - ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 ilə İkram Əliyevin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi və həmin əmlakda Cavabdeh2 çatası əmlak hissəsinin olması işin məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəsiz hallarıdır.

53. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsələr daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər.

54. Kollegiya araşdırması zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada vərəsə ola biləcək şəxslərin dairəsi araşdırılmış, miras qoyan İkram Əliyevin birinci növbə qanuni vərəsələrinin - İddiaçı3, İddiaçı1 , İddiaçı2, Cavabdeh3 və Cavabdeh4 olduğu müəyyən edildi.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

56. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən mövqedən çıxış edərək qeyd edir ki, miras qoyan İkram Əliyevin ölümündən sonra İddiaçı3, İddiaçı1 , İddiaçı2, Cavabdeh3 və Cavabdeh4 mirasdan imtina etmədiklərindən miras əmlaka münasibətdə vərəsə hesab olunurlar və miras əmlakda payları vardır. Şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

57. Kollegiya, araşdırılan iddianı miras əmlaka vərəsəlik hüququ ilə bağlı mübahisə konteksində qiymətləndirərək hesab edir ki, iddia tələbi bərabər payda vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı olduğundan miras əmlakda vərəsələrin payı müəyyən edilməklə iddiaya qiymət verilməlidir.

58. Kollegiya qeyd edir ki, miras qoyan X25 xx.xx.2022-ci tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras əmlaka X11 öldüyü məqamadək malik olduğu ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi daxildir. Məhkəmə araşdırması miras qoyan X11 öldüyü məqamda sağ olmuş övladları - İddiaçı3, İddiaçı1 , İddiaçı2, Cavabdeh3 və Cavabdeh4 - qanun üzrə birinci növbə vərəsələridir və onlar miras əmlakda bərabər pay hüququna malikdirlər.

59. Bununla yanaşı qeyd olunmalıdır ki, miras kütləsinə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ½ hissəsi daxildir.

60. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından, qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X25 ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlakdır, ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir.

61. Nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

62. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

63. Şərh olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X25 ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla, tərəflərin bu əmlakda payları bərabər (½ hissədə X11, ½ hissədə Cavabdeh2) hesab olunmalı, bu əmlakın X20 aid ½ hissəsi miras kütləsinə daxil olmaqla, vərəsəlik münasibətlərinin predmetini təşkil edir.

64. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vərəsələr İddiaçı3, İddiaçı1 , İddiaçı2, Cavabdeh3 və Cavabdeh4 miras qoyanın birinci növbə vərəsələri olmaqla miras kütləsinə aid olan əmlakın ½ hissəsində hər birinin bərabər payı (1/10 hissə) müəyyən edilməlidir.

65. Ali Məhkəmənin Qərarının 82-ci bəndi üzrə araşdırma aparan məhkəmə kollegiyası müəyyən etdi ki, 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüquqları 03 aprel 2023-cü il tarxdə dövlət qeydiyyatına alınmışdır.

66. Kollegiya Ali Məhkəmənin Qərarının 82-ci bəndinin göstərişini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 hissədə olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən həmin hüquq barəsində aparılmış qeydiyyat da ləğv edilməlidir.

67. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-194/2024 nömrəli qətnaməsi qismən- miras əmlakda payların müəyyən edilməsi iddia tələbi təmin edilməsin hissədə- ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İkram qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-194/2024 nömrəli qətnaməsi qismən – miras əmlakda payların müəyyən edilməsi iddia tələbi təmin edilməsin hissədə- ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. X10 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ½ hissəsində vərəsələr İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh3 və Cavabdeh4 hər birinin bərabər payı (1/10 hissə) müəyyən edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 hissədə olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən həmin hüquq barəsində aparılmış qeydiyyat ləğv edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar