Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-979/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X18 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İkram qızının nümayəndəsi vəkil, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ) vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakda vərəsəlik paylarının müəyyən olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-194/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İkram qızı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması, X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Mehriban və Cavabdeh4lar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və digər tələblərinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı3 atası X6 qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən olunması, mirasa pay, mülkiyyət hüququ tanınması, iddiaçılar: İddiaçı1 və Cəlalova (Əliyeva) Gülnarə İkram qızının ataları X6 qalmış mirasın qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulmuş müddəti ötürmələri üzrlü sayılmaqla uzadılması, miras əmlakda, 1/4 hissədə iddiaçıların anası, X4 aid payın olmasının müəyyən edilməsi və həmin pay hissə idiaçılara ayrılaraq verilməsi, cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəliri olaraq tanınmaları və X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması və cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş həmin 14 mart 2023-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, dövlət reyestrində aparılmış istənilən əməliyyatı, o cümlədən Cavabdeh2 adına aparılmış qeydiyyatın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması, X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq: iddiaçılar, yəni İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı tanınması və X6 qalmış mirasda hər birinin payı 1/5 hissə müəyyən edilməklə həmin pay hissələrə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə vəfat etmiş anaları, X3 adına olmuş Bakı şəhərində, mikraroyanda yerləşmiş mənzil satılaraq, ünvan 2 ünvanındakı 13 saylı yaşayış binasının 41 nömrəli mənzili alınıb. Sonradan həmin mənzil satılmış və əldə olunan vəsait hesabına, hazırda yaşayış sahəsinə qeydiyyatda olduqları, ünvan 1 ünvanında torpaq sahəsi alınıb və qalıq pula da orada fərdi ev inşa olunub. Həmin evdə iddiaçılar qeydiyyatda olsalar da onlardan İddiaçı1 və İddiaçı2 həmin evə tez-tez gedib gəlmiş, İddiaçı3 isə ev inşa olunub yaşayışa hazır olduğu gündən orada yaşayıb. Ev və yerləşdiyi torpaq sahəsi ataları X8 adında və mülkiyyətində olub. Həmin evi və evin yerləşdiyi torpaq sahəsini sonradan ataları onlardan İddiaçı3 bağışlayıb. Atalarının vəfatından sonra cavabdehlər Cavabdeh2 və onun övladları olan Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı İddiaçı3 zorla evdən qovub çıxarıblar. Ona görə də İddiaçı3 cavabdehlərə qarşı, “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin özünün mülkiyyətində olan ərazini boşaltmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. İddia ərizəsi 2(012)-2478/2023 nömrəli mülki iş olaraq baxan məhkəmə (hakim C.Səfiyeva) iddianı təmin etməyib və bu barədə qəbul etdiyi 30 may 2023-cü il tarixli qətnaməsini onunla əsaslandırıb ki, mübahisələndirilən əmlak cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir və bunu təsdiq edən reyestrdən çıxarış var. Onlar həmin çıxarışın verilməsinə əsas olmuş sənəd araşdırarkən də müəyyən edilmişdir ki, İddiaçı3 adına olmuş çıxarış sonradan ləğv edilib və ev və yerləşdiyi torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh2 adına keçib, (bu barədə notariat ofisindən şəhadətnamə və həmin şəhadətnamə əsasında dövlət reyestrindən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib). Belə ki, cavabdeh 1 saylı Notariat Ofisinə, anaları X4 və ataları X10 münasibətdə onlardan qalan mirasa dair onlara vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdirlər. Müraciətlə əlaqədar cavabdeh notariat ofisindən verilən 24 iyun 2023-cü il tarixli imtina cavabı belə əsaslandırılmışdır ki, analarına münasibətdə miras əmlak yoxdur, atalarına münasibətdə də onlar qanunla nəzərdə tutulan müddətdə notariat ofisinə müraciət etməməmişdir, əmlaka faktiki sahiblik etdiklərinə dair də hər hansı sənədi notariat ofisinə təqdim etməmişlər. Onların miras əmlakda qeydiyyatda olmaqları, İddiaçı3 cavabdehlər tərəfindən zorla evdən qovulub çıxarılması, atalarının öldüyü günə kimi İddiaçı3 həmin evdə yaşaması, onun vəfatından sonra da (cavabdehlər tərəfindən qovulduqları günə kimi) İddiaçı3 həmin evdə qalıb yaşaması barədə göstərdikləri faktlara, eləcə də atalarından miras qalan əmlaklarda analarına aid payın olduğuna dair, yəni miras əmlakların analarının adına olmuş əmlak- satışından əldə olunan vəsait hesabına əldə olunması barədə faktlara münasibətdə də cavabdeh notariat ofisindən bildirilmişdir ki, miras əmlakda yaşayan cavabdehlərin notariat ofisinə təqdim etdikləri sənəddə, onların həmin evdə qeydiyyatda olmaqlarına, yaşadıqlarına dair məlumat yoxdur, bunun əksi olaraq həmin sənədlərdə bildirilir ki, ataları X9 vərəsələri olaraq, onun öldüyü günə kimi miras əmlakda onunla yaşayanlar rəsmi nikahda olduğu Cavabdeh2 və Cavabdeh2 ilə birgə nikahdan doğulmuş övladları: Cavabdeh3 və Cavabdeh4 olmuşdur. Əllərində olan danılmaz faktlar, o cümlədən məhkəmə aktları, cinayət işi üzrə qəbul edilmiş qərar MAPS idarəsindən verilmiş əmlakda qeydiyyatda olanlar barədə arayış Cavabdeh2, eləcə də digər cavabdehlərin faktları saxtalaşdırdığını, saxta nikah şəhadətnaməsini, saxta məlumatlara əsaslanan MİKS-nin arayışını notariat ofisinə təqdim etməklə atalarından və analarından onlara miras qalmış əmlakları özlərinin qanunsuz sahibliyinə, mülkiyyətlərinə keçirmişlər. X9 X11 ilə faktiki münasibətindən doğulduğu ehtimal olunan Cavabdeh3 və Cavabdeh4 İkram qızı şübhəsiz ki, bu saxtakarlıqda yaxından iştirak ediblər. Çünki onlar yaxşı bilirdilər ki, anaları Cavabdeh2 ilə iddiaçıların atası X17 arasında rəsmi nikah olmayıb və buna dair cinayət işi üzrə qərar və məhkəmə aktlar mövcuddur. Ona görə də cavabdehlər aşkar cinayət yolu ilə onlara məxsus ola bilməyən əmlaklara, qanunsuz sahiblik edirlər. Cavabdeh3 və X12 atalığın verildiyi barədə hər-hansı sənədin olması mübahisəlidir. Hətta cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 İkram qızı onların atasının kəbindən kənar övladlarıdır, atalarının onların atası olmasını müəyyən edən sənəd mövcuddur və onlar mirasda payları ola biləcək vərəsələridir, o halda da onların qanunsuz yolla mirasa sahib çıxmaq istəkləri, onların ləyaqətsiz vərəsə kimi tanınmalarına əsas verir. Cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının 03 fevral 2022-ci tarixdə vəfat etmiş X9 vərəsələri olaraq tanınmaları və X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Həmin şəhadətnaməyə əsaslanmaqla dövlət reyestrində aparılmış qeydiyyat etibarsız sayılmalıdır. Miras əmlakların İddiaçı3 atasının sağlığında bağışlanmış əmlak olması və həmin əmlakların İddiaçı3 mülkiyyətində olduğuna dair reyestrdən çıxarışın əslinin onlarda olması, həmin bağışlanmanın, İddiaçı3 adına olan dövlət reyestrindəki qeydiyyatın ləğvindən xəbərsiz olduqları səbəbindən (ləğv olunmuş çıxarışın əsli bu gün də onlardadır) mirasın qəbulu üçün notariat kontoruna müraciət etməməkləri onlara münasibətdə (İddiaçı3 istisana olmaqla, çünki o, mübahisəli ev əmlak tikildiyi tarixdən orada son iki üç aya kimi, cavabdehlər tərəfindən qovulduğu günə kimi yaşayıb) üzrlü sayılmalı və mirasın qəbulu müddəti uzadılmalı və mirasa pay mülkiyyət hüquqları tanınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh2 və Əliyeva X15 Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. X17 ilə Cavabdeh2 arasındaki nikah xx.xx.2017-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə pozulmuş, X17 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Belə olan halda, qanunvericiliyə əsasən Cavabdeh2 mərhumun varisi ola bilməzdi (Mülki Məcəllə 1163-cü maddə). Həmçinin Notariat Ofisində vərəsəlik haqqında şəhadətnamə verilərkən, mərhumun digər vərəsələri, yəni hazırki iş üzrə iddiaçıların da vərəsə olmaları araşdırılmamışdır. Göstərilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır”. İşin bu halı ilə bağlı bildirir ki, cavabdehlərdən Cavabdeh2 ilə X16 rəsmi nikahda olmuş və mübahisələndirilən daşınmaz əmlak məhz nikah dövründə əldə edilmişdir. X16 ilə Cavabdeh2 arasında 14 dekabr 1999cu il tarixdə Qobustan rayon Hilmili kənd nümayəndəliyində nikahları rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(102)-3615 nömrəli qərarı ilə nikahları pozulmuşdur. İş materialları ilə tam təsdiq edilir ki, mübahisələndirilən daşınmaz əmlak xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında alınmışdır. xx.xx.2016-cı il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi X8 xüsusi mülkiyyətinə keçmişdir. Mübahisələndirilən daşınmaz əmlak nikah dövründə əldə edildiyi üçün həmin əmlakın ½ hissəsi cavabdehlərdən Cavabdeh2 mülkiyyətidir və miras əmlak hesab edilə bilməz. Məhkəmə baxışı zamanı nümayəndə Vəkil bu barədə bildirmişdir. Cavabdeh4 və Cavabdeh3 miras əmlakdan onlara çatan paylarını Cavabdeh2 bağışlamışlar. Ona görə də mübahisələndirilən daşınmaz əmlak düzgün olaraq Cavabdeh2 mülkiyyətinə keçmişdir. Məhkəmə miras qoyanın xx.xx.2022-ci ildə ölməsi və həmin vaxt onun Cavabdeh2 ilə rəsmi nikahda olmaması əsası ilə iddianı qismən təmin etmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsi ilə bağlı bildirir ki, məhkəmə qeyd edilən şəhadətnamənin verildiyi vaxt qüvvədə olan qanunvericiliyə istinad etmədən qətnamə qəbul etmişdir. Məhkəmə prosessual hüquq normalarını da pozmuşdur. Miras qoyan öldüyü zaman qüvvədə olan normanın tələblərinə əsasən məhkəmə miras qoyan X8 öldüyü zaman qüvvədə olan 1246-cı maddəsinin tələblərinə əsasən mübahisəyə hüquqi qiymət verməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İkram qızının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh3, Abşeron rayon 1 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestrinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Notariat Ofisində vərəsəlik haqqında şəhadətnamə verilərkən, mərhumun digər vərəsələri, yəni hazırki iş üzrə iddiaçıların da vərəsə olmalarının nəzərə alınmadığı ilə əsaslandırmış və bu nəticədən narazı qalan cavabdehlər Mehriban və Cavabdeh4lar apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etsələr də, şikayətin məzmununa əsasən qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, mübahisəni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması və 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması barədədir. Mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1159, 1162, 1163, 1272-ci maddələri nəzərdən keçirilə bilər. ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və üzərindəki tikilinin iddiaçıların atası mərhum İkram Əliyevdən miras qalması və sonuncunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz hallarına görə isə mərhum İkram X1 ilə olan nikahından xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.1987-ci il təvəllüdlü Gülnarə Əliyeva, Cavabdeh2 ilə olan nikahından isə xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 anadan olmuşdur. X2 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, bundan sonra Cavabdeh2 ilə 14 dekabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuş və onların bu nikahları Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2017-ci il tarixli qərarı ilə pozulmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Qanunun mənasına görə boşanmış ər-arvad dedikdə, bütün boşanma prosedurlarını başa çatdıraraq rəsmən nikahlarına xitam verilmiş və bütün qarşılıqlı münasibətlərinə son qoyulmuş keçmiş ər-arvad anlaşılır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə mərhum İkram Əliyev ilə arasında rəsmi nikahlarına hələ sonucunun ölümündən təxminən 5 il əvvəl xitam verildiyindən, mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından Cavabdeh2 miras qoyan X8 qanun üzrə vərəsəsi hesab oluna bilməz. İddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mülki Məcəllənin 1159.1.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşdən görünür ki, miras qoyan mərhum İkram Əliyevin əvvəlki nikahından Tünzalə, Elşad, Gülnarə adlı üç, sonuncu nikahından isə Rəşad və Vüsalə adlı iki övladı olmuş və xx.xx.2022-ci il tarixdə vəfat edərkən rəsmi nikahda olmamışdır. Həmçinin o da qeyd olunmalıdır ki, miras qoyan X16 hələ sağ ikən miras əmlakı hazırkı iş üzrə İddiaçı3 bağışlasa da, həmin bağışlama müqaviləsi hazırkı iş üzrə Cavabdeh2 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi 15 saylı evin və 0.016 ha torpaq sahəsi onların birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Lakin notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunvericiliyin tələblərini pozmuş, həm vərəsələrin, həm də miras əmlakın dairəsini düzgün müəyyən etməmişdir. Halbuki, Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Göründüyü kimi şəhadətnamənin verilməsi zamanı iddiaçılar qanun üzrə vərəsəlikdən kənarda qalmaqla yanaşı, o cümlədən də mərhum İkram Əliyev ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi 15 saylı ev və 0.016 ha torpaq sahəsinin Cavabdeh2 çatası əmlak hissəsinə miras qoyanın İ.Əiyevin qanun üzrə vərəsələrinin vərəsəlik hüququnun olmadığı nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından hesab edir ki, X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İkram qızının apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X7 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin 1/3 olmaqla payının müəyyən edilməsi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılsın. Cavabdeh2 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması hissəsində iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-979/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-979/2024
23.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver