Məhkəmə qərarları › İş №2(105)-832/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-832/2021

21.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-832/2021 21.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X10 və X9 ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2254/2020 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2254/2020 saylı qərardadı ilə (hakim A.B.Sadiqov) İddiaçı cavabdehlər X5 və X8 qarşı pul tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraatına xitam verilmişdir. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2254/2020 saylı qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2254/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və X4 35200 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə cavabdehlərə qarşı pul tələbi ilə bağlı deyil, cavabdehlərin evdən çıxarılması və evə dair sənədlərin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi onunla cavabdehlər arasında eyni predmet barəsində artıq yekun məhkəmə aktının mövcudluğuna istinad edib, iddia ərizəsinin icraatına xitam vermişdir. Halbuki iddia tələblərinin predmeti fərqlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclsında İddiaçı şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər X5 və X8 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər L.Ç.Abiyeva və N.R.Abiyevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə nəticəyə gəldikdə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-356 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilib, X5, X11, X6, X12, X13, X14 və X1 İddiaçı məxsus Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində yerləşən yaşayış evindən çıxarılmaları, mübahisəli evə dair sənədlərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi və qarşılıqlı iddianın qismən təmin edilib, İddiaçı 1600 ABŞ dolları məbləğində pul və pulun onda saxlanıldığı 22 il müddət üçün illik 5 faiz olmaqla əlavə 1760 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə 3360 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla tutularaq X8 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilir ki, məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlər Abiyev ailəsinin onun mülkiyyətində olan Xaçmaz rayonu, Ağşağı Zeyid kəndində yerləşən evdən çıxarılmaları, həmçinin ona dəymiş 57200 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi, bununla yanaşı ona məxsus olan evin sənədlərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin qətnamə ilə müəyyən olunur ki, məhkəmə araşdırması zamanı İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və qarşılıqlı iddianı isə qəbul etməyərək göstərmişdir ki, Aşağı Zeyid kəndində ona miras qalmış evi 1998-ci ildə mərhum Rasim Abiyev ilə şifahi olaraq 1600 ABŞ dllarına razılaşmışlar və evi ona 1998-ci ildə satmışdır. Keçən illər ərzində Abiyevlər ailəsi ona məxsus miras qalmış evdən yaşayış üçün istifadə etmişlər. 0,26 ha bağ sahəsinin fındıq və digər ağaclar məhsulunu yığaraq satmışdır. O, bütün instansiya məhkəmələrində 1600 ABŞ dollar pulu aldığını etiraf etmişdir. Odur ki, onlar 20 il ona məxsus evdən istifadə etmişlər. Minimum ayda 50 manat kirayə haqqı hesablanmaqla Nurlan Abiyev və onun ailəsi ona 12000 manat ev kirayəsi, 0,26 ha bağ sahəsindən alınan məhsulun gəlirindən 30000 manat gəlir əldə etmişlər və borcludurlar. Ümumilikdə ona 42000 manat pul verməlidirlər. İş materialları ilə müəyyən olur ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-356 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin qarşılıqlı iddiasını təmin edərək, pulun 22 il saxlanılmasını və illik 5 faiz olmaqla 1760 ABŞ dolları olmasını müəyyən edir, amma 22 il cavabdehlərin onun evində qalması və 0,26 ha torpaq sahəsində olmuş fındığın yığılıb satımasını və kirayə haqqını qeyd etmir. Cavabdeh onun atasından qalmış miras evi əsaslı təmir etdirib və 0,26 ha torpaq sahəsində müxtəlif bar verən ağaclar əkmiş və bunun nəticəsində ona 5000 manat da pul verməlidir. 1995-ci ildə aldığı 1600 ABŞ dolları da qaytarmalıdır. Cavabdehlər 22 il onun evində qalaraq həmin evin 0,26 ha torpaq sahəsində olan fındıq ağaclarından fındıqları yığaraq satmışlar və 22 il onun evində qalmış, lakin ona kirayə haqqı ödəməmişlər. Odur ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin ondan 1600 ABŞ dolları məbləğində pul və pulun onda saxlanıldığı 22 il müddət üçün illik 5 faiz olmaqla 1760 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 3360 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla tutularaq N.R.Abiyevə verilməsi olan hissəsinin qətnamədən çıxarılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 1589/2020 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)- 356/2020 saylı qətnaməsi qismən ləğv edilib, İddiaçı X5, X11, X6, X12, X13, X14 və X2 qarşı evdən çıxarılma, sənədlərin ona geri qaytarılması və pul tələbinə dair ilk iddiası qismən təmin edilib, X7 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək X5, X11, X6, X12, X13, X14 və X1 İddiaçı məxsus Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində yerləşən yaşayış evindən çıxarılmaları, mübahisəli evə dair qeydiyyat vəsiqəsinin və texniki pasportun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı 1600 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla tutularaq X8 verilməsi qət edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə müəyyən olur ki, İddiaçı cavabdehlərdən 57200 manat ziyan tələbi irəli sürsə də iddiasını bu hissədə təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının cavabdehlərin ona məxsus olan evdə 22 il müddətində yaşamaqla fındıq bağlarından istifadə etməklə varlanması barədə gətirdiyi dəlili qəbul etməmişdir. İddiaçı yenidən ona məxsus yaşayış evindən cavabdehlərin 22 il ərzində istifadə etməsi nəticəsində kirayə haqqı və onun həyətyanı torpaq sahəsindən əldə edəcəkləri gəlirdən məhrum etməsi nəticəsində ümumilikdə 35200 manat puldan məhrum olmasına istinad edib, maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırki iddia ərizəsinin də predmeti İddiaçı məxsus Xaçmaz rayonu, Aşağızeyid kəndində yerləşən yaşayış evindən və həyətyanı torpaq sahəsindən cavabdehlərin qeyri-qanuni istifadə nəticəsinə yönələn maddi ziyan (əldən çıxmış fayda) tələbidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.2-ci maddələrinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2254/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar