Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-835/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-yə (üçüncü şəxs Maraqlı şəxs) qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığı tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-yə (üçüncü şəxs Maraqlı şəxs) qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığı tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və Maraqlı şəxsnə qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, "xxxx" MMC tərəfindən 18 mart 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə Y-48/1 nömrəli protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və Maraqlı şəxsnə qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığı barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, lakin şikayətin “xahiş edirəm” hissəsində Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 8(060)-691/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Hansı ki, belə bir qərardad mövcud deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı ilə şikayət elektron qaydada tərtib edilmədiyindən geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan da şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı ilə şikayət yenə də eyni əsaslara görə təmin olunmamış və geri qaytarılmışdır. Bundan sonra iddiaçı sonuncu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadının ləğv olunmasını və həmin məhkəmənin 27 dekabr 2022-ci il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayət elektron qaydada verilmədiyindən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3, 13.4, 357.1, 361.1.2, 363.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı qərardaddan şikayət vermişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə”informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı qəbul edərkən məhkəmə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, onun tərəfindən verilmiş şikayət elektron qaydada tərtib edilməyərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki yuxarıda qeyd olunan maddənin normasından göründüyü kimi şikayətin yalnız kommersiya mübahisələri üzrə elektron qaydada göndərilməsi məcburidir. Hazırki iş isə mülki iş olduğu üçün şikayətin elektron qaydada verilməsi zəruri deyildi. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Göründüyü kimi elektron qaydada aparılan mülki işlər üzrə icraat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Lakin tərəfindən verilən hərracın nəticələri barədə protokolun etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə icraat elektron qaydada aparılmırdı və buna görə də şikayətin poçt vasitəsilə verilməsi tamamilə qanunauyğun və əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qərardadın ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadının tam yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, öyrənilən işdən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və Maraqlı şəxsnə qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı ilə cavabdehlərin hüquqi ünvanlarının Sumqayıt şəhərində yerləşməməsi səbəbindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçı aidiyyəti qərardadlardan şikayət vermişdir. İşdən görünür ki, iddiaçı əvvəlki şikayətləri elektron qaydada verməməklə yanaşı, həm də qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəllənin olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Şikayətlər birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən hər dəfə şikayətçiyə qanunvericiliyin tələbləri baxımından şikayət vermək hüququ izah olunmuşdur. Bundan əlavə kollegiya qeyd edir ki, İddiaçı birinci dəfə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadından şikayət verərkən şikayətin “xahiş edirəm” hissəsində Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 8(060)-691/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Halbuki hazırki işdə belə bir qərardad mövcud deyil. Beləliklə yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki belə olan təqdirdə apellyasiya şikayətində konkret dəlillər, qərardadın tarixi və nömrəsi dəqiq göstərilmədiyindən şikayətə hüquqi qiymət verilməsi qeyri-müəyyən olur. Ona görə də qeyd edilənlər sonrakı şikayətlərin əsassız hesab edilməsi üçün əsasdır. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və birinci instansiya məhkəməsi şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-835/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-835/2023
27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver