Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-84/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X11 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,iddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-686/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-686/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 X6 qarşı mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin olunmaması, məhkəmə xərci 128,69 manat məbləğində pulun İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq Karitalbankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VOEN ********** AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir. (hakim A.B.Sadıqov). Qətnamədən narazı qalan İddiaçı1 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-686/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində həyətyanı torpaq sahələrinin qarşısında yerləşən, bələdiyyənin mülkiyyəti sayılan onların və digər şəxslərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolun cavabdeh tərəfindən zəbt olunması və mülkiyyətləri olan evdən və torpaq sahəsindən sərbəst istifadəyə maneələrin törədilməsi ilə əlaqədar həmin hərəkətlərə son qoyulması, müvafiq olaraq həmin yolun özbaşına tutulmuş hissəsinin aidiyyəti üzrə geri qaytarılması cavabdehdən tələb olunması, yolu zəbt etməsi ilə əlaqədar özbaşına quraşdırdığı hasarın öz hesabına sökülməsi, müvafiq xəritələrə uyğun olaraq yolun 10 metrlik eninin bərpa edilməsi və su arxının yolun kənar xətti boyu öz hesabına çəkilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə və iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətini onunla əsaslandırdı ki, işə baxmış məhkəmə iddianın təmin edilməməsi barədə gəldiyi qənaətini qətnaməsində aşağıdakı qaydada əsaslandırmışdır: İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 242F saylı 30219078 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxx 2017ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4, Seyidov İslam Mövlüd oğlu, X12 və X3 rayonu Müzəffər-oba kəndi ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 0,192 ha hissəsini Cavabdeh bağışlamışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1i ərazisində yerləşən JN-242F kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0,12 ha, JN 314 F Kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,08 ha, JN-0xx xxx 3021907olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətində olan 0,08 ha torpaq sahələrinə gediş-gəliş yolu kəndin yer quruluşu planına əsasən 276 kv.metr hissəsi cavabdeh X10 tərəfindən istifadə edilir və orada hər hansı bir tikili inşa edilməmişdir. Kəndin yerquruluşu planına əsasən cavabdeh X10 tərəfindən yolun 276 kv.metr hissəsindən 238 kv.metr hissəsi onun DƏDRX tərəfindən mülkiyyətinə verilmiş **********66- 10301 reyestr nömrəli çıxarışın hüdudları daxilindədir. İddiaçı və yaxud cavabdeh tərəfindən zəbt edilmiş yol tərəflərə məxsus torpaq sahələrinə gedib gəlməklə istifadə edilməsinə maneçilik törədilib-törədilməməsinin müəyyən edilməsi Layihə-tədqiqat İdarəsinin səlahiyyətinə aid deyildir. Hazırda gediş-gəliş yolunun eni mübahisəli torpaq sahəsinin ön tərəfindən qərb tərəfdə 4,70 metr, şərq tərəfdə isə 6,00 metr təşkil edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə zamanı müəyyən olundu ki, Xaçmaz rayonu, Müzəffər-Oba kəndi ərazisində yerləşən JN 242F Kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 mülkiyyətində olan 0,12 ha, JN 314F Kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,08 ha, JN-065F Kod 30219078 olar, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətində olan 0,08 ha torpaq sahələrinə gediş-gəliş yolu kəndin yer quruluşu planına əsasən 276 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir və orada hər hansı bir tikili inşa edilməmişdir. Kəndin yerquruluşu planına əsasən cavabdeh X10 tərəfindən yolun 276 kv.metr hissəsindən 238 kv.metr hissəsi onun DƏDRX tərəfindən mülkiyyətinə verilmiş **********66-10301 reyestr nömrəli çıxarışın hüdudları daxilindədir. Göründüyü kimi mütəxəssis rəyi ilə tam təsdiq olunmuşdur ki, cavabdeh X10 ümumi istifadədə olan yolun 276 kvm hissəsini zəbt edərək öz torpaq sahəsinə qatmışdır. Buna baxmayaraq, məhkəmə tam əsassız olaraq iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-686/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 digər iddiaçının izahatı ilə eyniməzmunlu izahat verərək apelyasiya şikayətinin təmin olunmasını, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 686/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı3 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçıların izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə» dair kod JN 242F 30219078 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə» dair kod JN 314 F 30219078 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı2 mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə» dair kod JN 065F saylı 30219078 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan **********66-10301 reyestr saylı, 1474 inventar saylı fərdi yaşayış evinin texniki pasportunun surətindən müəyyən olunur ki, ünvan 2i ünvanında yerləşən yaşayış evinə dair xx.xx.2018-ci il tarixdə Cavabdeh adına texniki pasport işlənmişdir. İş materiallarında olan ********** saylı, xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2ində ümumi sahəsi 280,4 kv.metr olan 0,2083 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4, Seyidov İslam Mövlüd oğlu, X12 və X3 rayonu, Müzəffər oba kəndi ünvanında yerləşən üumi sahəsi 0,24 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 0,192 ha hissəsini Cavabdeh bağışlamışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 2i ərazisində yerləşən JN-242F kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 mülkiyyətində olan 0,12 ha, JN 314F kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,08 ha, JN-065F kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətində olan 0,08 ha torpaq sahələrinə gediş-gəliş yolu kəndin yer quruluşu planına əsasən 276 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir və orada hər hansı bir tikili inşa edilməmişdir. Kəndin yerquruluşu planına əsasən Cavabdeh tərəfindən yolun 276 kv.metr hissəsindən 238 kv.metr hissəsi onun DƏDRX tərəfindən mülkiyyətinə verilmiş **********66-10301 reyestr nömrəli çıxarışın hüdudları daxilindədir. İddiaçı və yaxud cavabdeh tərəfindən zəbt edilmiş yol tərəflərə məxsus torpaq sahələrinə gedib gəlməklə istifadə edilməsinə maneçilik törədilib-törədilməməsinin müəyyən edilməsi Layihə-Tədqiqat idarəsinin səlahiyyətinə aid deyildir. Hazırda gediş-gəliş yolunun eni mübahisəli torpaq sahəsinin ön tərəfindən qərb tərəfdə 4,70 metr, şərq tərəfdə isə 6,00 metr təşkil edir. İş üzrə keçirilmiş xx xxxxxxx 2020-ci il tarixli, 10/1785 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, **********99 №-li mütəxəssis rəyinə əsasən, Xaçmaz rayonu, Müzəffəroba kəndi ərazisində yerləşən JN-242F kod ********* olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 mülkiyyətində olan 0,12 ha, JN 314F Kod ********* olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,08 ha, JN-065 kod ********* olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətində olan 0,08 ha və cavabdeh X5 mülkiyyətində olan qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2018-ci il olan RX seriyalı ******* saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 1ində yerləşən 0,2083 ha torpaq sahələrinin hər birinin sərhədləri müəyyən edilmişdir. Müzəffəroba kəndinin yerquruluşu planına əsasən iddiaçıların torpaq sahələrinə nəzərdə tutulmuş gediş-gəlişyolunun 276 kv.metr hissəsiu Cavabdeh tərəfindən istifadə edilir və həmin hissə DƏDRX tərəfindən Seyidova iSəbinə islam qızının mülkiyyətinə verilmiş **********66-10301 reyestr nömrəli Çıxarışa əsasən 0,2083 ha torpaq sahəsinin hüdudları daxilindədir. Ekspert tərəfindən qeyd olunur ki, Şəhər, Qəsəbə və Kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1, cədvəl 9-un tələblərinə əsasən, məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsində hərəkət zolağının eni minimum 2,75m-3m, mal-qara yolu və həyətyanı sahələrə yük maşınlarının keçidi üçün hərəkət zolağının eni minimum 4,5 metr təşkil edir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, mübahisəli hissədə ərazidə yolun eni qərb tərəfdə 4,7 metr, şərq tərəfdə isə 6 metr təşkil edir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2i ərazisində yerləşən JN-242F kod 30219078 olan «Torpağın mülkiyyətə verilməsinə» dair şəhadətnaməyə əsasən İddiaçı1 mülkiyyətində olan 0,12 ha, JN 314F kod 30219078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,08 ha, JN-065F kod 30219078 olan «Torpağın mülkiyyətə verilməsinə» dair şəhadətnaməyə əsasən X1 mülkiyyətində olan 0,08 ha torpaq sahələrinə gediş-gəliş yolu kəndin yer quruluşu planına əsasən 276 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir və orada hər hansı bir tikili inşa edilməmişdir. Kəndin yerquruluşu planına əsasən Cavabdeh tərəfindən yolun 276 kv.metr hissəsindən 238 kv.metr hissəsi onun DƏDRX tərəfindən mülkiyyətinə verilmiş **********66-10301 reyestr nömrəli çıxarışın hüdudları daxilindədir. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçılar cavabdehə məxsus **********66- 10301 reyestr nömrəli çıxarışı mübahisələndirməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onların hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçıların hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onların hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Bundan başqa mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə dəşikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində cavabdeh tərəfindən torpağın qanunsuz olaraq zəbt edildiyi qeyd edilsə də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, cavabdehin mübahisəli sahəyə dair reyestrdən çıxarış mövcuddur, iddiaçılar tərəfindən isə həmin çıxarış mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, İddiaçı1 apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-686/2019 saylı,xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçı1 apelyasiya şikayəti təmin olunmasın. İddiaçı1 ekspertiza xərci 50.00 (əlli) AZN tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Az.MEM, VÖEN **********, AZ 34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİİFT BİK CTREAZ 22 hesabına, 62 manat “xxxx” ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-84/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-84/2021
02.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver