Məhkəmə qərarları › İş №2(105)-840/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-840/2021

16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-840/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə,İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-363/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-363/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbi təmin edilməmiş, keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürül oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən ilk iddiaçı üzrə İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ekspert xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdeh X5 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Həsənqala kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsinə əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Həsənqala kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsinə əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsi, suvarma suyunun maneəsiz verilməsi və vurulmuş 64680 manat məbləğində pulun X2 onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X12 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 24000 manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Xaçmaz rayonunun, Həsənqala kəndində xüsusi mülkiyyətində 0.14 ha həyətyanı torpaq sahəsi var. Hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN 98A saylı, 30213078 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsində 1990- 1991-ci illərdə yaşayış evi tikərək, bağ salaraq orada ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə ata mülkiyyətində yaşayır və onun mülkiyyətinə keçən su arxını yuxarı hissədən qəsdən-2015-ci ildən doldurub, onu və ailə üzvlərini ata mülkiyyətinə buraxmır. Nəticədə bağını, bostanını suvara bilmir, bağda meyvə ağacları məhv edilir. Dəfələrlə cavabdehdən qanunsuz əməllərindən əl çəkməsini tələb etsə də, nəticəsi olmayıb. Cavabdehlə aralarında dəfələrlə mübahisələrlə bağlı məhkəmə iclasları olub. 2015-ci ildə keçirilən məhkəmə iclasında cavabdeh onun həyətinə gedən su arxının istiqamətini 2002-ci ildə dəyişdiyini bildirmişdir. Çünki, su arxı qonşunun tövləsinin yaxınlığından keçməklə, tövlənin altına gedərək, uçma təhlükəsi yaradırdı. Həmin iclasda cavabdeh suyun əvvəlki kimi onun həyətinə axdığını bildirmişdir. Lakin,cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi vermiş və qeyd edilənlərin ziddinə olaraq hər hansı su arxını doldurmadığını, orada arx olmadığını, həm onun mülkiyyət sənədlərində, həm də ərazinin ümumi xəritələrində qeyd edilən yerdən su arxının nəzərdə tutulmadığını və xəritələrdə göstərilmədiyini bildirmişdir. Cavabdehin su arxını doldurması, həyətinə su verilməsinin qarşısını alması nəticəsində onun həyətində olan meyvə ağacları qurumuş, məhsuldarlıq aşağı düşmüşdür. Bunun nəticəsində xeyli maddi zərərə məruz qalmışdır. Cavabdeh əvvəlki məhkəmə proseslərində 2007-ci ildə onun razılığı ilə ona məxsus olan həyətyanı torpaq sahəsində 90 kv.metr sahədə yaşayış evi tikdiyini, əvəzində ona öz mülkiyyətində olan torpaq sahəsindən 100 kv metrdən çox torpaq sahəsi verdiyini göstərməklə, onun torpaq sahəsini zəbt etdiyini göstərib. Cavabdehin ona məxsus olan torpaq sahəsini zəbt etməsi, onun həyətinə gedən suyu bağlaması nəticəsində onun həyətində olan meyvə ağacları quruyub, həyətdəki su quyusu və nasos yararsız vəziyyətə düşüb, o, başqa yerdən yol çəkməyə məcbur olub. Onun bu hərəkətləri nəticəsində ona ümumilikdə 64680 manat məbləğində maddi ziyan dəyib. Lakin məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ekspert xərcinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, təmsil etdiyi şəxs iddiaçının iddia etdiyi kimi hər hansı su arxını doldurmamışdır, çünki orada arx yoxdur. Həm onun mülkiyyət sənədlərində, həm də ərazinin ümumi xəritələrində qeyd edilən yerdən su arxının keçməsi nəzərdə tutulmamışdır. Əslində iddiaçı ona külli miqdarda ziyan vurmuşdur. Sonuncu məhkəmə qərarı elan olunduqdan sonra iddiaçı mərhum atalarından miras qalmış və məhkəmə qərarları ilə onun mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsini qanunsuz zəbt etmiş, mövcud olan 2 ədəd iri qoz ağaclarını və 6 ədəd çinar ağaclarını kəsib, məhv etmiş, torpaq sahəsinin ətrafına çəkilən dəmir torların bağlanması üçün nəzərdə tutulmuş 12 ədəd beton dirəkləri dəmir torlarla birgə çıxararaq aparmış, giriş-çıxış üçün qoyulmuş qapını da çıxarıb aparmaqla, ona külli miqdarda maddi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(105)840/221 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-363/2020 saylı qətnaməsi qismən, qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyularaq Xaçmaz rayonu, Həsənqala kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsinə əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsi, suvarma suyunun maneəsiz verilməsi barədə ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyularaq əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsi, suvarma suyunun maneəsiz verilməsi hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(067)-363/2020 saylı qətnaməsini ilk iddia tələbinin vurulmuş 64680 manat məbləğində X2 onun xeyrinə tutulması hissəsinin, eləcə də qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsini müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-363/2020 saylı qətnaməsini müzakirə edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu X8 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində 0,30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-098A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X4 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında Qurbanov Eldar Abdulla oğlunun, X1, X6, X3 və X7 mülkiyyətinə Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində 0,14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı X9 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasdan paylarının müəyyən edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3564/2018 saylı qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-447 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X5 qarşı cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, zəbt edilmiş 0.02 ha torpaq sahəsinin boşaldılaraq mülkiyyətinə qaytarılması, habelə cavabdehin evinin qarşısına atdığı zibillərin və digər predmetlərin onun hesabına təmizlənməsi, əvvəllər mövcud olmuş su arxının onun hesabına bərpa edilməsi tələblərinə dair iddiası qismən təmin edilərək, X12 tərəfindən İddiaçı evinin qarşısına atılmış zibillərin və digər predmetlərin təmizlənməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar X12 tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 10/2128 saylı ekspert rəyindən müəyyən olunur ki, mülki iş materiallarında iddia olunan torpaq sahəsindən su arxının keçməsi ilə bağlı hər hansı sənəd olmadığından və cavabdehin həyətindən iddiaçının həyətinə keçən hissədə, yəni iddiaçının iddia etdiyi ərazidə faktiki olaraq heç bir su arxı mövcud olmadığından, JN-098A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə, JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə suvarma suyunun verilməsinə X12 tərəfindən maneələr olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli Ekspertiza xərclərinə Dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertizanın xərci 100 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək ilk iddia tələbini yuxarıda qeyd edilən hissələrdə və qarşılıqlı iddia tələbini təmin etməmiş, gəldiyi nəticni aşağıda qeyd edilən maddi hüquq normalarına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, ilk iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı onlara ziyan dəyməsini əsaslandıra bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin edilməsinı görə haqlı olaraq ekspertiza xərcini ilk iddia üzrə iddiaçıdan tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)- 363/2020 saylı qətnaməsini ilk iddia tələbinin vurulmuş 64680 manat məbləğində X2 onun xeyrinə tutulması hissəsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, , 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-363/2020 saylı qətnaməsini müzakirə edilən hissədə, ilk iddia tələbinin vurulmuş 64680 manat məbləğində X2 onun xeyrinə tutulması hissəsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar