Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-846/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər Qobustan rayon bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi) qarşı, qərarın, alqısatqı aktının, Cavabdeh adına olan ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2(060)-193/2022 saylı qərardadından İddiaçı şikayətinin mümkümlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh (üçüncü şəxslər Qobustan rayon bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi) qarşı qərarın, alqı-satqı aktının, Cavabdeh adına olan ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə göndərərək məhkəmə araşdırılması yekunlaşdırılana qədər Cavabdeh adına olan 03 aprel 2015-ci il tarixli ******* saylı RX seriyalı və 02 noyabr 2017-ci il tarixli ******* saylı RX seriyalı çıxarışa əsasən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(026)-193/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh adına olan 03 aprel 2015-ci il tarixli ******* saylı RX seriyalı çıxarışa əsasən torpaq sahəsinin və 02 noyabr 2017-ci il tarixli ******* saylı RX seriyalı çıxarışa əsasən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi qadağan olunması qərara alınmışdır. Daha sonra Qobustan Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(026)-193/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh, üçüncü şəxslər Qobustan rayon bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı Cavabdeh adına olan ******* saylı RX seriyalı 03 aprel 2015ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qobustan Rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli, 2(026)-193/2021 saylı qərardadı ilə Cavabdeh onun adına olan 03 aprel 2015-ci il tarixli ******* saylı RX seriyalı çıxarışa əsasən torpaq sahəsinin və 02 noyabr 2017-ci il tarixli ******* saylı RX seriyalı çıxarışa əsasən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin qadağan olunmasının ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 30 aprel 2021ci il tarixli, 2(026)-193/2021 saylı qərardadı ləğv edilmişdir . (hakim M.Quliyev). Həmin qərardaddan İddiaçı verdiyi şikayət Qobustan rayon məhkəməsinin 09 fevral 2022-ci il tarixli e-2(026)-193/2021 saylı qərardadı ilə təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir Qərardaddan verilmiş şikayət hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yenə həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı Qobustan Rayon Məhkəməsinin 2(026)- 193/2021 saylı, 17 yanvar 2022-ci il tarixli qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-193/2021 saylı, 17 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apelyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh (üçüncü şəxslər Qobustan rayon bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi) qarşı qərarın, alqı-satqı aktının, Cavabdeh adına olan ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-193/2021 saylı, 17 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-846/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-846/2022
01.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver