Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-887/2021 06.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının nümayəndəsi X2, maraqlı şəxs DƏDRX-nin 2 saylı X7 nümayəndəsi X1 iştirak ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadından maraqlı şəxs DƏDRX-nin 2 X11 rəisi F.Atakişiyevin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) iddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, alqı-satqının bağlanmış hesab olunması, plan və ölçünün verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 2 X11 verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs DƏDRX-nin 2 X15 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsi ilə iddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, alqı-satqının bağlanmış hesab olunması, plan və ölçünün verilməsi tələbinə dair iddiası təmin edilib, Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı iclas protokolu qərarı ilə Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan 295 saylı həyətyanı torpaq sahəsinə dair Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında alqı-satqı müqaviləsi torpaq sahəsinin dəyəri Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının tərəfindən 2005- ci ildə mövcüd olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kv.metrinə görə 180 manat ödənilməklə bağlanmış hesab edilmiş, həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının qanuni sahibliyində olması faktı tanınmış, qətnamə sözügedən torpaq sahəsinin planı və ölçüsüsının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilərək Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızına verilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanaraq Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızına verilməsi üçün əsas hesab edilməsi qət edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 2 saylı X12 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs DƏDRX-nin 2 X11 rəisi F.Atakişiyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs DƏDRX-nin 2 saylı X7 nümayəndəsi X3 şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 şikayətə yzılı etiraz verib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Sumqayıt bələdiyyəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh Sumqayıt bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsinin surəti üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmiş, xx xxxxxx 2012-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir, ona görə də üçüncü şəxsin apelyasiya şikayətinin verilməsi müddəti xx xxxxxx 2012-ci il tarixdə bitmiş və qanunla müəyyən edilmiş müddət ərzində apelyasiya şikayəti verilməmişdir. Məhkəmənin hansı əsasla hazırda mübahisələndirilən qərardadında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mövcud olmayan bir səlahiyətinin onun hüquqi varisi kimi DƏDRX-nin 2 saylı X10 keçdiyini əsas tutaraq sonuncunun apelyasiya şikayəti vermə müddətinin iş üzrə üçüncü şəxsin apelyasiya şikayəti vermə müddəti ilə məhdudlaşdığını qeyd etməsi qeyrimüəyyəndir və heç bir sübutla öz təsdiqini tapmır. İş materialları ilə müəyyən olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsi mübahisəli torpaq sahəsinin planı və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızına verilməsi və mülkiyyət hüququ haqqında çıxarışın hazırlanaraq Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızına verilməsi üçün əsas hesab edilmişdir. Hazırda Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızı həmin qətnamənin artıq qanuni qüvvəsini almış məhkəmə aktı kimi DƏDRX-nin 2 saylı X10 təqdim edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmz əmlakın dövlət reyesterində qeydiyyata alınmasını tələb edir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsinin tərəflərə göndərilməsi barədə məktub olsa da, həmin qətnamənin poçt xidməti vasitəsi ilə məhz DƏDRX-nin 2 X14 göndərilməsi və ya qətnamənin surətinin maraqlı şəxs tərəfindən rəsmi qaydada qəbul edilməsi və ya qətnamənin alınmasından imtina barədə bildiriş mövcud deyildir. DƏDRX-nin 2 saylı X12 04 avqust və xx xxxxxxx 2020-ci il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)- 4430/2012 saylı qətnaməsinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsi xx xxxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 295 saylı həyətyanı torpaq sahəsi üzərində iddiaçı Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edildiyindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 bilavasitə maraqlarına toxunduğundan qətnamədən xx xxxxxxx 2020-ci il tarixli **********56 qeydiyyat nömrəli apelyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. X13 Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina etdikdə işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 2 X11 verdiyi apelyasiya şikayəti üzrə prosessual müddət ötürülməmiş və qanunla müəyyən edilmiş vaxtda verilmiş hesab edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs DƏDRX-nin 2 X11 verdiyi şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4430/2012 saylı qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-4430/2012 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 2 X11 verdiyi apelyasiya şikayəti prosessual müddət ötürülməmiş və qanunla müəyyən edilmiş vaxtda verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Məhəmmədəli Rzayev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-887/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-887/2021
06.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver