Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-890/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh İddiaçı qarşı ziyan tələbinə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı-Cavabdeh, cavabdeh-İddiaçı iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-68/2024 nömrəli qətnaməsindən iddiaçı-Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli aktda əsasən həqiqətən Şabran rayonunun Maytablı kənd sakini İddiaçı Əlixan qızına məxsus 13-14 baş iribuynuzlu mal olan camışlar Şabran rayon Rəhimli kənd sakini Cavabdeh məxsus 3.60 ha olan pay torpağında əkdiyi yonca, bostan və tərəvəz sahələrinə dəfələrlə girərək ciddi ziyan vurmuşdur. Əkilmiş tərəvəz və bostan yararsız hala düşmüş və Cavabdeh ciddi şəkildə maddi ziyan dəymişdir. Aktın doğruluğunu M. Zeynalov, R. İsgəndərov, D. Həşimov, Ə. Əhmədov və E. Əliyev öz imzaları ilə təsdiq etmişlər.
2. Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şabran rayonunun Maytablı kənd sakini Cavabdeh 04 avqust 2023-cü il tarixində nümayəndəliyə ərizə ilə müraciət edərək pay torpağında əkdiyi yonca və tərəvəz sahəsinə 3 baş camışın dəfələrlə ziyan vurduğunu və sahibi məlum olmadığı həmin camışları qardaşı X4 məxsus tövlədə saxladığını yazılı müraciətində bildirmişdir.
3. Şabran rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli rəydən görünür ki, həmin idarənin əməkdaşları Şabran rayon Rəhimli kənd Maytablı Sovxozunda yaşayan İddiaçı məxsus olan 01 (bir) baş iri buynuzlu camış heyvanının öldüyü həyətdə olublar və ölmüş camışın cəsədinə kliniki baytar baxışı keçiriblər. Baxış nəticəsində cəsədin dərisinin tamlığının pozulmadığı və heç bir zədə əlaməti olmağı müəyyən edilmiş, camışın ölüm səbəbini müəyyən etmək üçün və laborator müayinə aparmaq istənilsə də, heyvan sahibi cəsəd üzərində yarma aparılmasına icazə verməyib. Bu barədə ilkin olaraq ərazi baytar həkimləri tərəfindən akt tərtib edilmişdir. Akt cavab məktubuna əlavə edilir. Bu səbəbdən də 01 (bir) baş camışın ölüm səbəbin müəyyən etmək mümkün olmamışdır.
4. Torpağa Mülkiyyət Hüququna Dair JN-198 KOD 30408018 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X3 və ailə üzvlərinin birgə mülkiyyətlərinə Dəvəçi (Şabran) rayonu Rəhimli kəndi ərazisindən 3.61 ha pay torpaq sahəsi verilmişdir.
5. Şabran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(031)-344/2023 saylı qərarından görünür ki, Cavabdeh 04 avqust 2023-cü il tarixdə, səhər saatlarından etibarən İddiaçı məxsus 02 (iki) baş camışı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən və özünə məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində aç və susuz saxlaması səbəbi ilə 01 (bir) baş camışın ölməsi nəticəsində İddiaçı ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan dəydiyi üçün Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X12” X17 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının soğusuna verilmiş 14 iyun 2024cü il tarixli cavab məktubundan görünür ki, Şabran rayonunda bir baş beş yaşlı dişi camışın orta bazar qiyməti 1500-1800 manat aralığında dəyişir.
Birinci instansiya məhkəməsində icraat
7. Cavabdeh məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq cavabdeh İddiaçı ona dəymiş 3000 (üç min) manat məbləğində ziyan pulunun və 50 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 01 (bir) baş boğaz camışının ölməsi nəticəsində ona vurduğu zərərə görə 3000 (üç min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şabran Rayon Məhkəməsinin 2(031)-963/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı qarşı ziyan tələbinə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
10. Əhmədov X5 Gülnarə Alxan qızına qarşı “ziyan” tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şabran rayon, Maytablı kənd sakini İddiaçı məxsus 13-14 baş iri buynuzlu camışları ona məxsus olan, Şabran rayon Rəhimli kəndi ərazisində yerləşən 3.60 ha torpaq sahəsində əkdiyi yonca, bostan və tərəvəz sahələrinə dəfələrlə girərək yararsız hala salmış və ona 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Hətta o, onun camışlarından ikisini sahəsinə girdiyi üçün tövləyə salıb saxlamışdır, camışlardan biri öldüyü üçün ona cərimə də kəsilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, cavabdeh İddiaçı ona dəymiş 3000 (üç min) manat məbləğində ziyan pulunun və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın.
11. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus 02 (iki) baş camışı Şabran Rayonunun Rəhimli kəndi ərazisində yerləşən qardaşına məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi 5 gün müddətində ac və susuz saxladığı üçün 01 (bir) baş boğaz camışının ölməsi nəticəsində ona 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur. Etdiyi müraciət əsasında aparılmış araşdırılma nəticəsində Şabran Rayon Polis X7 təhqiqatçısı X8 17 avqust 2023-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilmişdir. Şabran Rayon Polis X1 Bölməsinin sahə rəisi X11 tərəfindən tərtib olunmuş 04 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh zərər çəkmiş şəxs İddiaçı məxsus 02 (iki) baş camışı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən və özünə məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində as və susuz saxlaması səbəbi ilə 01 (bir) baş camışın ölməsi nəticəsində zərər çəkmiş şəxs İddiaçı ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan dəydiyi üçün Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Nəticədə Şabran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(031)-344/2023 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(031) 344/2023 saylı qərarında göstərilir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh özgənin əmlakını qəsdən məhv etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi aparılan araşdırmaların nəticəsi olaraq Cavabdeh tərəfindən ona maddi zərər vurulduğu öz təsdiqini tapmışdır. Lakin, cavabdeh ona vurduğu zərərin əvəzini bu günə kimi ödəməmişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh 01 (bir) baş boğaz camışının ölməsi nəticəsində ona vurduğu zərərə görə 3000 (üç min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılsın.
12. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-68/2024 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsi, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilməsi, Cavabdeh 2500 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 50 manat alınaraq İddiaçı ödənilməsi, İddiaçı Cavabdeh qarşı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Cabbarov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.6, 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1115-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli Qərarı, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18 mart 2019-cu il tarixli Qərarı ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 78.1, 82.4, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verib Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-68/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və İddiaçı ona qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini əsassız və qeyri obyektiv hesab edir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Belə ki, o, sübut kimi məhkəməyə 2 ədəd video çəkiliş diskini və 5 ədəd fotoşəkilər təqdim etmişdir. Həmin fotoşəkilərdə İddiaçı məxsus iri buynuzlu mal olan camışların ona məxsus torpaq sahəsinə girdiyi açıq-aşkar görünməkdədir. Həmçinin video çəkiliş diskində də bu canlı şəkildə öz təsdiqini tapmaqdadır. Video çəkiliş disklərindən birində 6 nəfər şəxs İddiaçı məxsus iri buynuzlu mal olan camışların ona məxsus torpaq sahəsinə girdiyinə şahidlik edərək bunu təsdiq edirlər. Lakin, işə baxan hakim həmin sübutları tədqiq etməmiş, ümumiyyətlə qətnamədə həmin sübutların adını belə çəkməmişdir. O, məhkəmədə şahidlərinin dindirilməsini xahiş etsə də, tələbim təmin edilməmişdir. Ona vurulan zərərin hesablanması üçün iş üzrə ekspertiza keçirilməsini məhkəmədən xahiş etsə də, onun bu xahişi də rədd edilmişdir. Məhkəmədə işə birtərəfli qaydada baxılmış və yekunda məhkəmə aktında hakim qeyd etmişdir ki, Cavabdeh tərəfindən mülkiyyətində olan 3.60 ha olan pay torpağında əkdiyi yonca, bostan və tərəvəz sahələrinə İddiaçı məxsus malqaranın daxil olması nəticəsində ona ziyan dəyməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, onun əlində iş üzrə kifayət qədər sübutlar vardır. Sübutları göz qabağındadır. O, həmin sübutları məhkəməyə təqdim etsə də, hakim bu və digər mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmayaraq ona qarşı qeyriobyektiv qətnamə çıxarmışdır. Məhkəmə onun məhkəməyə təqdim etdiyi sübutlara tənqidi yanaşsa da, ona dəymiş ziyan məhkəməyə təqdim etdiyi sübutlarla birbaşa öz təsdiqini tapmaqdadır. İddiaçı iddiasına gəldikdə isə qeyd edir ki, torpaq sahəsində sahibsiz camışların olduğunu görüb yiyəsinə sübut etmək üçün 2 baş camışı qardaşına məxsus tövlədə saxlamışdır. Lakin, həmin camışları ac və susuz saxlamamışdır. Əksinə o dərhal bu barədə Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinə məlumat vermişdir. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli arayışla da qeyd etdikləri öz təsdiqini tapmaqdadır. Həmin camışların İddiaçı məxsus olmasına əmin olandan sonra dərhal ona camışlarını gəlib götürməsi və heyvanlarına sahib çıxması barədə xəbər göndərmişdir. Lakin, İddiaçı özü qəsdən gəlib heyvanlarını götürməmiş və onlara sahib çıxmamışdır. O da bununla əlaqədar həmin camışları 4 gün tövlədə saxlamışdır. İddiaçı məxsus camışın ölməsində onun heç bir təqsirli hərəkəti və hərəkətsizliyi olmamışdır. Şabran rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli rəydən görünür ki, həmin idarənin əməkdaşları Şabran rayon Rəhimli kənd Maytablı Sovxozunda yaşayan İddiaçı məxsus olan 01 (bir) baş iri buynuzlu camış heyvanının öldüyü həyətdə olublar və ölmüş camışın cəsədinə kliniki baytar baxışı keçiriblər. Baxış nəticəsində cəsədin dərisinin tamlığının pozulmadığı və heç bir zədə əlaməti olmağı müəyyən edilmiş, camışın ölüm səbəbini müəyyən etmək üçün və laborator müayinə aparmaq istənilsə də, heyvan sahibi cəsəd üzərində yarma aparılmasına icazə verməyib. Bu barədə ilkin olaraq ərazi baytar həkimləri tərəfindən akt tərtib edilmişdir. Akt cavab məktubuna əlavə edilmişdir. Bu səbəbdən də 01 (bir) baş camışın ölüm səbəbin müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır. Bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, həm ona dəymiş ziyanın qaytarılması öz müsbət həllini tapacaqdır, həm də İddiaçı əsassız iddiası rədd ediləcəkdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı-Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh-İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-68/2024 nömrəli qətnaməsinin Cavabdeh iddiasının təmin edilməyən və İddiaçı Cavabdeh qarşı iddiasının təmin edilən hissələrini mübahisələndirmişdir.
35. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndiirlən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh 1800 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir, qətnamə qalan mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
37. Kollegiya əvvəla qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edə bilərlər.
39. İşin hallarından görünür ki, Şabran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(031)-344/2023 saylı qərarına əsasən Cavabdeh 04 avqust 2023-cü il tarixdə, səhər saatlarından etibarən İddiaçı məxsus 02 (iki) baş camışı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən və özünə məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində aç və susuz saxlaması səbəbi ilə 01 (bir) baş camışın ölməsi nəticəsində İddiaçı ümumilikdə 2500 manat məbləğində maddi ziyan dəydiyi üçün Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 2500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
40. Hazırkı iş üzrə İddiaçı iddiası həmin inzibati xətanın törədilməsi nəticəsində ona Cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi barədədir.
41. Cavabdeh iddiası isə ona məxsus torpağında əkdiyi yonca və tərəvəz sahəsinə İddiaçı məxsus camışları tərəfindən dəfələrlə ziyan vurulması ilə bağlıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh iddiasını rədd etməklə düzgün nəticəyə gəlsə də, Cavabdeh 2500 manat məbləğində pul vəsaitin İddiaçı xeyrinə tutulması hissəsində səhvə yol vermişdir.
43. Belə ki, apellyant şikayətin dəlillərində fotoşəkillərə, video, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2023-cü il tarixli akta istinad etmişdir. Lakin kollegiya hesab edir ki, həmin sübutlar məhz İddiaçı Əlixan qızına məxsus camışların Cavabdeh məxsus torpaq sahəsində əkdiyi yonca və tərəvəz sahəsinə ziyan vurduğunu təsdiq edən təkzibedilməz və mötəbər sübut kimi qiymətləndirilə bilməz.
44. Kollegiya tərəfindən İddiaçı vurulmuş zərərin məbləğinin düzgünlüyünü yoxlamaq məqsədi ilə əldə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X12” X17 tərəfindən 14 iyun 2024-cü il tarixli cavabına əsasən Şabran rayonunda bir baş beş yaşlı dişi camışın orta bazar qiyməti 1500-1800 manat aralığında müəyyən edilmişdir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
46. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 2500 manat məbləğində pul vəsaitin tutulması hissəsində dəyişdirilərək tutulan pulun məbləği 1800 manat müəyyən olunmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
48. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
49. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
50. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, Cavabdeh 1800 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir, qətnamə qalan mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-68/2024 nömrəli qətnaməsi “Cavabdeh 2500 manat məbləğində pul vəsaitin alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.