Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-891/2021 18.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı əmlakın həbsdən azad olunması və icraatın dayandırılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-6601/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakim A.İsmayılov) iddianın təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 25C nömrəli evə dair hər hansı bir icra hərəkətlərinin aparılmasının cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Hüquqlarına toxunulan şəxs Samir Rəhimov qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) şikayətin təmin olunması, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-2872/2018 nömrəli icra sənədi üzrə icra tədbirləri görülməsinin qanunsuz hesab edilməsi, həmin icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması və Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C nömrəli evin həbsdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə müraciət edərək, mübahisəyə məhkəmə tərəfindən baxılıb qurtarana kimi Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 25C nömrəli evə dair hər hansı bir icra hərəkətlərinin aparılmasının cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qadağan edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Əhədov X1 şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, şikayətinin təmin edilməyəcəyi təqdirdə şikayətini işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 379.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin etmə tədbirini ləğv edən birinci instansiya məhkəməsi gəldiyini nəticəni mülki iş üzrə icraata xitam verildiyindən, hazırki vəziyyətdə iddianı təmin etmə tədbirinin görülməsinə zərurət qalmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-6601/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı əmlakın həbsdən azad olunması və icraatın dayandırılması tələbinə dair iddia tələbi rədd edilmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-6601/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1057/222 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-6601/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1057/2020 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-5023/2020 saylı qərarı ilə İddiaçı şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1057/2020 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı əmlakın həbsdən azad olunması və icraatın dayandırılması tələbinə dair mülki işi üzrə icraata işə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1. maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Mülki Prosessual Məcəlləsinin 158.1.1. maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, bununla da iddianın təmin etmə tədbirinə ehtiyac qalmadığından, iddianın təmin etmə tədbirinin tətbiq edilməsi barədə qərardadının ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-891/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-891/2021
18.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver