Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-907/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X3 İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatlarının ləğv olunması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(031)-1007/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X3 İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində düzgün olmayan məlumatlar əsasında aparılmış, xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-06301 reyestr nömrəli (xx.xx.2008-ci il tarixli, 001116 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməyə və xx.xx.2008-ci il tarixli, 003156 qeydiyyat nömrəli, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməyə əsasən, Cavabdeh2 və Şabran rayon Dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmiş, xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyatların hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ləğv olunması, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə onun şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarılış verilməsi məqsədilə ərizəsinin və ona əlavə olunan sənədlərin icraata götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan düzgün olmayan məlumatlar əsasında aparılmış, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-06301 reyestr nömrəli Cavabdeh2 və həmin əmlakın Şabran rayon Dövlət notariat kontorunun 08.08ö2012-ci il tarixli, 4G-283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək Cavabdeh1 adına aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatlarının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan düzgün olmayan məlumatlar əsasında aparılmış, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-06301 reyestr nömrəli Cavabdeh2 və həmin əmlakın Şabran rayon Dövlət notariat kontorunun 08.08ö2012-ci il tarixli, 4G-283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək Cavabdeh1 adına aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatlarının ləğv olunması qət edilmişdir (hakim Çingiz İsgəndərov) Cavabdeh1 Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayətinə Vəkil2 Cavabdeh1 vəkili və nümayəndəsi olması barədə sənədlərin işə əlavə olunmaması əsası ilə geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Şabran Rayon Məhkəməsinin e-2(031)- 1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən 15 fevral 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir Şabran Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Şabran rayon məhkəməsinin e-2(031)- 1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. İş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 yenidən apellyasiya şikayəti verərək, eyni zamanda, ərizə ilə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilmiş, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Çingiz İsgəndərov). İddiaçı şikayət verərək Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericilikdə prosessual hərəkətlərin edilməsi üçün müddətin bərpasına görə prosesdə iştirak edən tərəfin "mən səhv (və ya səhlənkarlıq) etmişəm, bu hal üzürlü hesab edilsin" müddəaları yoxdur. Müddətin bərpa edilməsi üçün səbəblər dedikdə məhkəmə təcrübəsində elə hallar qəbul edilir ki, şikayət verilməsi üçün müəyyən edilmiş müddətdə tərəfin şikayət vermə istiqamətində hərəkətlər etməsinə maneələr olsun və ya bunu hər-hansı şərait qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər mümkün hesab oluna bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Cavabdehin nümayəndəsinin prosessual müddətin bərpa edilməsi üçün ərizəsində yuxarıda qeyd etdiyi hallar mövcud deyil. Şabran Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli e-2(031)-1007/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti vaxtında verilmiş, ona görə də, apellyasiya şikayətinin verilməsi müddəti bərpa olunmalı, Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)- 1007/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. İş materiallarından aydın olur ki Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixli məktubla tərəflərə göndərilmiş, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə qətnaməni əldə etmişdir. Bu halda qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin axımı qətnamənin surətinin ona təqdim edildiyi tarixin səhəri günündən, yəni xx.xx.2023-cü il tarixdən başlanır və xx.xx.2023-cü il tarixdə bitir. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət daxilində, yəni xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə göndərilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Vəkil2 Cavabdeh1 vəkili və nümayəndəsi olmasını təsdiq edən sənədlərin işə əlavə olunmaması əsası ilə geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən təkrar apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, prosessual nöqsan səbəbindən cavabdeh və onun nümayəndəsi və vəkili tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması onların qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə əsas ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfin təqsiri və ya hər hansı üzrsüz səbəbdən ötürülməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda, cavabdeh və onun nümayəndəsi və vəkilinin qətnamədən verdiyi apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddət daxilində verilməməsi əsası ilə geri qaytarılmasına heç bir zərurət yoxdur, şikayətin bu əsasla geri qaytarılması ədalətli yanaşma hesab edilə bilməz. Eləcə də bu hal hər hansı ciddi zərurət olmadan tərəflərin prosessual hüquqlarının məhdudlaşmasına xidmət etdiyindən kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. İşdən görünür ki, Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də apellyasiya şikayəti verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(031)-1007/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli e-2(031)-1007/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-907/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-907/2023
30.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver