Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-909/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)2347/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)2347/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Habil Əhmədov) Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, məhkəmə baxışının təzələnərək işə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(012)2347/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, bir neçə dəfə məhkəmə iclasında iştirak etmiş, sonuncu məhkəmə iclasında iştirak edə bilməmişdir. Hesab edir ki, qərardad ləğv olunmalı və işə baxılmalıdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)2347/2020 saylı qərardadının ləğv edilməsini xahiş edir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək xəstəlik səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehiin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iş üzrə tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə ərizəni baxılmamış saxlamış, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla baxılmamış saxlanılması barədə düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş baxılmağa hazırlanmış, işə baxılması 02.07.202-ci il tarixə təyin edilmiş, qeyd edilən məhkəmə iclası karantin rejiminin tətbiqi ilə əlaqədar keçirilməmiş və məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən iclas xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iştirak etmiş, məhkəmə iclası cavabdehin iştirakı ilə əlaqədar xx.xx.2020-ci il tarixə təxirə salınmış, həmin tarixli iclasda iddiaçı iştirak etmiş, məhkəmə cavabdehin iştirakını zəruri hesab etdiyindən iclas xx xxxxxx 2020-ci il tarixinə təxirə salınmışdır. Qeyd edilən tarixdə tərəflər iştirak etmədiyindən məhkəmə ərizənin baxılmamış saxlanılması qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından müəyyən edilir ki, təyin edilmiş məhkəmə iclaslarının ikisində iddiaçı iştirak etdiyindən hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı. maddəsinin tətbiq edilməsi düzgün hesab edilə bilməz. Çünki, iş materiallarından iddiaçının iki məhkəmə iclasında iştirak etməsi, həmin məhkəmə iclaslarının cavabdehin iştirakı ilə əlaqədar təxirə salınması müəyyən edilir. İddiaçının sonuncu məhkəmə iclasına gəlməməsi əsası ilə ərizənin baxılmamış saxlanılması qanunvericiliyə uyğun deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin.. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)2347/2020 saylı qərardadı ləğv edilsin Mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-909/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-909/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver