Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-910/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsinə (hakim Füzuli Pənahov) əsasən, İddiaçı iddiası təmin edilmiş, Quba şəhəri 22-ci məhəllədə, 56 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (mağaza binasına) faktiki ölçüləri müəyyən edilməklə bütövlükdə İddiaçı mülkiyyət hüquqları müəyyən olunmuşdur. Mülki iş üzrə işdə iştirak etməyən Maraqlı şəxs2 MMC apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-83/2015 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)- 83/2015 saylı qətnaməsindən mülki iş üzrə işdə iştirak etməyən üçüncü şəxs Maraqlı şəxs2 MMC-nin hüquq və vəzifələrinə toxunması müəyyən edilmiş, apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-910/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-83/2015 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikayət verilmiş, lakin həmin şikayətə münasibət bildirilmədən iş apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 mülki-prosessual qanunvericiliyə uyğun olaraq mülki işin məhkəmə baxışından çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-910/2025 nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(027)-83/2015 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun yoxlanılması üçün iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-910/2025 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-83/2015 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun yoxlanılması üçün iş məhkəmə baxışından çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-910/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-910/2025
24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver