Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-911/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdeh və cavabdehlərin nümayəndəsi: Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı mülkiyyətin müdafiəsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, X3, Cavabdeh2 və Cavabdeh3 qarşı Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evinin və həmin evə aid 0,12 ha. torpaq sahəsinin başqa şəxslərin adına sənədləşdirilməsinin, o cümlədən həmin torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüquqlarının qeydiyyatının, X8 Sovetinin 26.02.1988-ci il tarixli qərarının, 04.03.91-ci il tarixli qeydiyyat vəsiqəsinin, 16 iyun 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın, JN059F saylı 10 dekabr 2002-ci il tarixli torpağın cavabdehin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus, Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evini və 0,12 ha. torpaq sahəsini öz adına sənədləşdirməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Nüydi kəndində ona məxsus fərdi yaşayış evi və 0,12 ha. torpaq sahəsi mövcuddur. 2021-ci il iyun ayının sonlarında ona təsadüfən məlum olmuşdur ki, qardaşı, Cavabdeh1 həmin evi qanunsuz yolla öz adına sənədləşdirib, başqa şəxslərə satmaq istəyir. O, evin və torpaq sahəsinin sənədlərini tələb etdikdə cavabdeh onları verməkdən boyun qaçırmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin, Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3 və X7 əlavə cavabdeh qismində cəlb edilməsini, ona məxsus Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evinin və həmin evə aid 0,12 ha. torpaq sahəsinin başqa şəxslərin adına sənədləşdirilməsinin, o cümlədən həmin torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3, X7 mülkiyyət hüquqlarının qeydiyyatının, X8 Sovetinin 26.02.1988-ci il tarixli qərarının, 04.03.91-ci il tarixli qeydiyyat vəsiqəsinin, 16 iyun 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın, X9 ilə Cavabdeh1, Cavabdeh5, X4, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış 18 iyun 2021-ci il və 16 iyul 2021-ci il tarixli alqı satqı müqavilələrinin, 12 iyul 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evinin və həmin evə aid 0,12 ha. torpaq sahəsinin başqa şəxslərin adına sənədləşdirilməsinin, o cümlədən həmin torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3 mülkiyyət hüquqlarının qeydiyyatının, X8 Sovetinin 26.02.1988-ci il tarixli qərarının, 04.03.91-ci il tarixli qeydiyyat vəsiqəsinin, 16 iyun 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın, JN059F saylı 10 dekabr 2002-ci il tarixli torpağın cavabdehin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ş.N.Ağaveys apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə qanunu düzgün təfsir etməyib və sübutlara düzgün hüquq qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almayıb ki, Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin ev və torpaq sahəsi yoxdur və ya sovxozların mülkiyyətində olmayıb, iddiaçı öz evini və həmin evə aid torpaq sahəsini pay haqqı kimi almamışdır. Mübahisəli torpaq sahəsi pay torpağı yox, həyətyanı torpaq sahəsidir. Cavabdeh tərəf mübahisəli evi və torpaq sahəsini saxta yolla mövcud olmayan sənədlər əsasında öz adlarına sənədləşdiriblər. Belə ki, mübahisəli evin Rəsulov Abuzərin adına sənədləşdirilməsinə dair mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsində göstərilib ki, guya mübahisəli ev üzərində cavabdeh Ə.Rəsulovun hüququ X8 Sovetinin 26 fevral 1988ci il tarixli 136 saylı qərarı əsasında qeydiyyata alınıb. Lakin X8 Sovetinin 26 fevral 1988-ci il tarixli 136 saylı qərarı olmayıb və mövcud deyil. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinin tələbləri pozulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(074)-869/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək apellyasiya icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətindən imtinanı müdafiə etdi və icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və cavabdehlərin nümayəndəsi Cavabdeh1 iddiaçı ilə məsələni barışıq yolu ilə həll etdiyini bildirdi və apellyasiya şikayətinin icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh AR DƏDRX-nin 14 saylı Şamaxı Ərazinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin fikrini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, İddiaçı apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-911/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-911/2022
28.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver